(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Neftçi”nin kötəklənməsi

“Neftçi”nin kötəklənməsi

“Neftçi” enişdədi. Roberto Bordinin monoton taktikasını hamı “oxuyub” və rəqiblər çempionatın liderini dayandırmağın yollarını tapıblar. İtaliyalı mütəxəssis isə fərqli heç nə edə bilmir, bakılılar relsdən çıxmış qatara çevrilib.

Ötən həftə “Sumqayıt” səfərdə, çempionat matçında “Neftçi”dən xal alanda (0:0) bunu təsadüf sayanlar da oldu. Amma dünən kubok matçında Ayxan Abbasov rəqib həmkarının daha güclü heyəti qarşısına fərqli taktika ilə çıxıb, ona dərs keçdi, hətta inamlı qələbəyə nail oldu. Heyət sıxıntısı olan, faktiki hücumçusuz oynayan “Sumqayıt” 2 qol vurdu, daha 3-4 real şansı qaçırdı.

Evdə 0:2 gesablı məğlubiyyət kubokda mübarizəni dayandırmaq deməkdi. Düzdü, qarşıda cavab oyunu var, lakin Bordin fərqli bir şey fikirləşməsə, bir cəbhədən çəkilməli olacaq. Komandada ruh düşkünlüyü var, məşqçi isə vəziyyəti düzəltməyi bacarmır. İndiyəqədərki bütün oyunlarında qol vurmağı bacarmış komanda 180 dəqiqədi sınıq-salxaq heyəti olan “Sumqayıt”ın torunu silkələyə bilmir.

Abbasova əhsən, rəqibə uyğun taktika seçmək baxımından ağıllı tərpənmişdi. “Neftçi”nin hücum potensialından qorunmaq üçn 4 (!) mərkəz müdafiəçisi ilə oynayan qonaqlar rəqibin təhlükəli cinah oyunçularını bağlamışdı. Dayaq bölgəsi də betonlanmışdı, lakin hətta bu vəziyyətdə də 2-3 hücum oyunçusu ilə “Neftçi” müdafiəsi tar-mar edilirdi. Aleksey İsayev təkbaşına bakılıların müdafiəsini dəfələrlə yardı, penalti qazandı. Müdafiədən hücuma sürətli keçidlər, zonaların vaxtında bağlanması “Sumqayıt”da məşqçi işinin göstəricisi idi.

“Sumqayıt” İsayevlə yanaşı, Əli Babyevi də Azərbaycan futboluna qazandırıb. Bu dayaq yarımmüdafiəçisi “Neftçi”nin hücumlarını vaxtında pozur, özü oyun qururdu. Onun zədələnməsindən sonra qonaqların müqaviməti zəiflədi, komanda bir qədər xaotik oynadı. “Neftçi”də zədəli Emin Mahmudovun yoxluğu da komandanın monoton oyununu şərtləndirirdi. Rəhman Hacıyev “öz oxu ətrafında” fırlanmaqla kifayətlənir, hücumları rəngarəng edə bilmirdi.

“Neftçi”nin müdafiəsinin ciddi güclənməyə ehtiyacı var. Kiril Petrov nəinki kapitan sarğısına, heç “Neftçi”yə layiq deyil. İlk qolda uşaq kimi aldadılan ukraynalı, standart vəziyyət zamanı da fərqlənən Şəhriyar Əliyevlə bacarmadı. İki fərdi səhv isə matçın nəticəsini müəyyənləşdirdi. “Sumyatıt”da Atilla Yıldırımın əvəzinə səviyyəli bir hücumçu olsaydı, oyun böyük hesabla da başa çatardı.

“Sumqayıt” məsələni bir hissəyə həll etdi. Fasilədən sonra Abbasov daha çox top buraxmamaq üçün yetirmələrini geri çəkdi. Bunda məcburi əvəzləmələr də rol oynadı. “Sumqayıt”ın oyununu gücləndirmək üçün ehtiyat qüvvəsi yox idi, əvəzləmədən oyuna qoşulanlar ümumi ansamblı pozurdu. Ayxan bəy azı 5 dəfə taktikanı dəyişdi, hər əvəzləmədə müəyyən oyunçuların mövqeyinə əl gəzdirdi. Babayev və Əliyev zədələnəndə hətta sistemi də dəyişdi. Əvəzində Bordin heç nə edə bilmədi və məğlubiyyətlə barışdı.

İtaliyalı məşqçi qış fasiləsində özünü də təkmilləşdirməlidi. O, artıq neçənci dəfədi komandanı vəziyyətdən çıxara bilmir. “Neftçi”də işlədiyi yarım il ərzində o heç vaxt hesabda geri düşdükləri oyunu çevirməyi bacarmayıb. Macarıstanda da belə olmuşdu, Qəbələdə də. İlk qolu buraxan “Neftçi”disə, məğlubiyyət qaçılmazdı. Bu fakt isə məşqçinin bacarığına dəlalət edən məsələdi.

“Neftçi” futbolçuları Bordindən yalnız cığallıq öyrənib. Oyunboyu hakimlərdən narazılıq edən oyunçular heç bir halda haqlı deyildi. 3 dəfə simulyasiya edib penalti qazanmağa çalışan bakılılar hakimi aldada bilmədilər, əvəzində aqressiyaya səbəb oldular, azarkeşləri ədalət təmsilçilərinə qarşı yönəltdilər, söyüşlərə səbəbkar oldular. Halbuki hakimlər bütün qərarlarında haqlı idi.

Anton Krivotsyukun hərəkəti isə ciddi ölçü götürmək üçün nümunədi. Südəmər ukraynalı hakimin təyin etdiyi cərimə zərbəsi zamanı canlı səddlə top arasındakı məsafənin uzaq olduğunu düşünüb, nümayişkaranə şəkildə özü addımladı, metrələdi, hakimi alçaldaraq haqsız çıxarmağa çalışdı. Əliyar Ağayev onun bu hərəkətini “sarı”ya layiq bildi, lakin klub da mütləq ona qulaqburması verməlidi. Başından böyük işlərə qarışan, təcrübəli oyunçuların yanında özünü “ağsaqqal” kimi aparan Antonun xilaskar olmaq cəhdi də uğursuz alındı. 1 dəqiqə sonra biabırçı simulyasiya edib, meydandan qovuldu, komandanın bütün ümidlərinin üstündən xətt çəkdi.

İndi “Neftçi” cavab matçında vəziyyəti düzəltməyə çalışmalıdı. Bacaracaqmı? Qo qarşıdakı həftədə bunu Bordin düşünsün.

FƏRİD


 
tarix: 16-12-2018 11:52


 
Xəbər lenti
17.10.2019
16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az