(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qəbələ” daha şanslı olsa da, mərhələ keçmək istəyirik”

“Qəbələ” daha şanslı olsa da, mərhələ keçmək istəyirik”

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı səfərdə 0:1 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:

“Kubok oyunu gərginliyi ilə yadda qaldı. İkinci hissənin sonunda qol imkanlarımız oldu, ancaq bundan istifadə edə bilmədik. Bu, öz günahımızdı. İlk hissənin sonuna yaxın boşluq verdik, rəqib bundan yararlandı. İkinci hissə daha maraqlı keçdi. Oyundan əvvəl şanslar bərabər idisə, indi 60 faiz "Qəbələ"nin xeyrinədi. Buna baxmayaraq, cavab görüşündə daha yaxşı oynayıb mərhələ keçmək istəyirik. 

Qışda bizə 1-2 futbolçu lazımdı. Hücumda problemimiz var. Marko Deviç zədəli olanda çətinliklə üzləşirik. Ön xətdə dəyişiklik olması gözlənilir”.


 
tarix: 16-12-2018 17:28


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az