(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Kamranın şousu və sayılmayan Axundov

Kamranın şousu və sayılmayan Axundov

Kamran Ağayev hakimlər otağına yox, Zaur Axundovun xarizmasına hücum etdi. Bu hərəkəti ilə həm “Keşlə”nin Müşahidə Şurasının sədrini saya salmadı, həm də özü üçün bəraət qazanmağa cəhd etdi.
 
***
 
Ölkə kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsindəki son matç çox sakit keçdi. “Qarabağ” “Keşlə”dən aşkar üstün idi və bunu yalnız bir qolla ifadə edə bildi. Bir neçə gün öncə çempionat matçında 5 qol buraxan qonaqlar indi canını minimal hesablı məğlubiyyətlə qurtardı.
 
***
 
Bəli, oyunda hakim səhvləri var idi. Vüqar Həsənli heç kimə kömək etmədən, sadəcə, öz təcrübəsizliyi üzündən bəzi yanlışlıqlara yol verdi. Niyyətdə qərəz yox idi, görə bildiyinə fit çalırdı. Onun son dəqiqələrdə, oyunu uyğun olmayan məqamda bitirməsi də öz ziyanına idi. 90 dəqiqə rəqib qapısına yaxınlaşa bilməyən “Keşlə”nin bu alaçiy hücumu da nəticəsiz qurtaracaqdı. Sadəcə, Həsənli bir qədər tələsdi, özünü hədəfə gətirdi.
 
Emosiyaları coşduran bu epizoda görə bakılıların müdafiəçiləri Tərlan Quliyevlə Sərtan Taşkın sarı vərəqə aldı. Onlar iradlarını əsəbi şəkildə çatdırdı və bu aqibətə layiq idi. Hakimlər hətta haqsız da olsa, kimsənin onların üzərinə getməyə ixtiyarı yoxdu.
 
“Keşlə”ni narazı salan digər epizod qolun vurulduğu künc zərbəsinə görə idi. Çünki həmin vaxt oyundankənar vəziyyət qeydə alınmalıydı. Lakin hətta bu səhvi də nəticəyə təsir edən kimi qəbul etməməliyik. Daha ciddi səhv “Keşlə”nin qapısına penaltinin təyin edilməməsi idi. Abdullah Zubirin kobudluqla dayandırıldığı epizodda ağ nöqtə göstərilməliydi və göstərilmədiyinə görə “Qarabağ”narazı qalmalıdı.
 
***
 
Meydanı tərk edən “Keşlə”  futbolçuları həşir qoparmışdı. Tərlan Quliyevin hakimlərin ünvanına səsləndirdiyi nalayiq ifadələr bir yana, Kamran Ağayevin qoçu kimi koridorda cövlan etməsi diqqət çəkirdi. Bakılıların kapitanı hakimlər otağını axtarır, ədalət təmsilçilərinə sözünü çatdırmaq istəyirdi. Tapdı və otağa daxil oldu.
 
***
 
Bunun hansı cəzayla nəticələnəcəyini AFFA İntizam Komitəsinin üzvləri müəyyənləşdirməlidi. Amma hakimlərin mühafizəsini təşkil etməli olan polislərin olayların qarşısını almaması, hadisələrə seyrçi qalması da maraqlı idi. Kamran hakimlərə xəsarət yetirsəydi, bunun cavabını kim verəcəkdi?
 
İnsafən Zaur Axundov Ağayevi sakitləşdirməyə çalışdı, ona hakimlər otağına girməməyi məsləhət bildi. Lakin onu dayandırmaq üçün başqa heç nə etmədi, əksinə, özü də arxasınca yollandı. Axundov həqiqətən nüfuz sahibi olsaydı, Kamran ona qulaq asar, saymamazlıq göstərməzdi. Lakin Zaur bəyin klubunda 90-cı illərin qoluzorluluq metodları hökm sürür, bizə qəribə gəlməməlidi.
 
***
 
Mən və daha bir həmkarım olanları lentə alarkən Axundov bunu gördü. Gücü özünə yaraşan qeyri-etik ifadəyə çatdı. Peşə borcunu yerinə yetirən jurnalistin üstünə isə klub mühafizəçisini göndərdi. Onun “nəyi çəkirsiz və niyə çəkirsiz” sualına aldığı cavab isə gəldiyi kimi də geri qayıtması üçün yetərli oldu.
 
***
 
İndi İntizam Komitəsinin qərarlarını intizarla gözləyəcəyik. Hakimlərin protokolda nə qeyd etdiyini bilmirik, amma ən azı bizim çəkdiyimiz video həm Ağayevin, həm də Axundovun cəzalanması üçün kifayət etməlidi. AFFA rəhbərliyinin hansı cəsarətə sahib olduğunu həftə içində biləcəyik. Hətta Zaur bəyin İcraiyyə Komitəsinin üzvü olması da ikili standartlara, ona güzəşt edilməsinə əsas verməməlidi. Ona qalsa, İK üzvü özünə bu hərəkəti rəva bilməməliydi.
 
Ən maraqlısı odur ki, Ağayev bu hərəkəti ilə özünə bəraət qazanmağa çalışdı. Axundov soyuq başla düşünsə, özü də Kamranı cəzalandırmalıdı. Kapitanın çıxışdakı ciddi səhvindən sonra oyundakı yeganə qol vuruldu. Qapıçı bu səhvini unutdurmaq üçün şou yaratdı, şura sədri də bu oyuna uydu. Halbuki həmin səhv olmasaydı, “Keşlə”nin yarımfinal ümidləri daha çox olardı. Axundov kapitanın şousunu izləyə-izləyə bunu da düşünməli, hətta hakimlər otağına gedən qapıçıya “sən öz səhvinin hesabatını verərsən” deyə qulaqburması verməliydi.
 
***
 
Oyunda hakim səhvləri varsa da, bunu daha sivil yolla araşdırmaq lazımdı, kiməsə təzyiq etməklə, əzələ nümayiş etdirməklə yox. Axundov dostu, AFFA-nın baş katibi Elxan Məmmədovu qoltuğuna vurub təyinatına səs verdiyi Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin üstünə getməli, ondan izahat istəməlidi.
 
***
 
“Keşlə” AFFA-dan maliyyələşən klublar içində ən yaxşı bəslənənidi. Autsayder komandanın əsas ümidi ölkə kubokunadı. Amma ilk oyundakı nəticədən sonra bu ümidlər xeyli azalıb. Axundov isə qalmaqal yaradıb, bəhanə tapmaqda maraqlıdı.
 
CAVAD

 
tarix: 17-12-2018 09:00


 
Xəbər lenti
18.02.2019

18:20   Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15   Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46   Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19   “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50   Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24   Messi bunu da bacardı

13:51   Birinci Divizion: 16-cı turun hakimləri

13:17   Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55   “Arsenal”dan “Napoli”yə

12:38   Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24   Azərbaycan çempionatının 99-cusu

12:02   Namiq Ələsgərov üçün əlamətdar tur

11:49   “Sumqayıt” 70-ə çatdı

11:25   Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19   İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15   Mbappe tarixə düşdü

11:11   Qadına görə qadağa

10:56   Zidanın tələbləri

10:49   Almeyda həsrəti bitirdi

10:41   Xal itirməyən qalmadı

10:27   Məğlublar hakimlərdən şikayətləndi

10:17   “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10   Lukaku satılır

10:01   “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52   Axundovun xilası naminə səhv...

09:41   Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31   Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24   “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11   “Eştoril” Dadaşovsuz xal itirdi

09:00   Maksim Medvedev: “Mahir Mədətovun hərəkətlərinə əsəbləşirik”

02:08   PSJ 3 xalı tək qolla qazandı

01:56   “Real” autsayderə uduzdu, “Sevilya” darmadağın oldu

01:40   “İnter”dən qələbə, “Napoli”dən xal itkisi

01:06   Millimizin baş məşqçisi: “Futbolçularda güc hiss etdim”

00:55   Millimiz İspaniya toplanışını məğlubiyyətlə başa vurdu

00:23   “Qalatasaray”dan səfərdə darmadağın

17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az