(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
"Topaz": Ərzurum klubu ilk dəfə “Fənərbaxça”ya qarşı

"Topaz": Ərzurum klubu ilk dəfə “Fənərbaxça”ya qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" yeni iş həftəsinin ilk günündə proqnoz həvəskarlarına 27 qarşılaşma təklif edir. Bu oyunlardan 16-na canlı, 3-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar. "Təkli" oyunlar sırasında Türkiyə Super Liqasının 16-cı turunun son matçı - "Fənərbaxça" - "Ərzurum Büyukşehir" görüşü də var. Bu, Ərzurum klubunun Türkiyə futolunun nəhənglərindən olan "Fənərbaxça" ilə ilk qarşılaşması olacaq. Hərçənd olduqca uğursuz mövsüm keçirən "Fənər" hazırda "türk futbolunun nəhəngi" statusundan çox uzaqdır. "Sarı-lacivərdlilər"in elə bugünkü rəqibi ilə birgə autsayderlər qrupunda qərarlaşması çox şeydən xəbər verir. Hətta "Fənərbaxça" top fərqinə görə "Ərzurum Büyukşehir"dən geri qaldığı üçün cədvəldə yalnız "Rizəspor"u qabaqlayır - 17-ci yer. Ərzurumlular isə 16-cı sıradadır. Tərəflərdən hansı bu axşam qalib gələrsə, 14-cü yerə qalxacaq. "Fənər"də zədəli Andre Ayyu və diskvalifikasiyalı Jalison oynamayacaq. "Topaz"da canlı və "təkli" mərc edə biləcəyiniz bu qarşılaşmanın əmsalları belədir: "Fənərbaxça"nın qələbəsi 1.45, heç-heçə 3.65, "Ərzurum Büyukşehir"in qələbəsi 5.65.

İtaliya A seriyasında 16-cı tura Berqamoda yekun vurulacaq. Çempionatın 11-cisi "Atalanta" 5-ci sıradakı "Latsio"nu qəbul edəcək. Romalılar ardıcıl 6 oyundur (A seriyasında 4, Avroliqada 2) qələbə qazana bilmir. "Atalanta" isə düz 7 turdur bütün görüşlərini "üst" oynayır. Tərəflərin Berqamodakı son 2 mövsüm qarşılaşması da məhsuldar keçib (2016-cı ildə 3:4, 2017-də isə 3:3). Göründüyü kimi, "Latsio" son 2 səfər görüşündə "Atalanta"ya uduzmayıb. "Topaz"ın bu maraqlı matç üçün təklif etdiyi əmsallar belədir: "Atalanta"nın qələbəsi 2.10, heç-heçə 3.40, "Latsio"nun qələbəsi 3.10.

Gecənin daha bir "təkli" oyunu isə "Alaves" - "Atletik” matçıdır. Ötən tur "Jirona"ya qalib gələn (1:0) Bilbao klubu 14 oyun sürən qələbə həsrətinə son qoydu. Amma bir qələbə təbii ki, komandanı təhlükəli zonadan çıxara bilməz. Hazırda 18-ci sırada qərarlaşan "Atletik" bu axşam da 3 xal qazanarsa, cədvəldə daha bir pillə irəliləyə bilər. "Topaz"da oyuna bu əmsallarla mərc etmək olar: "Alaves"in qələbəsi 2.60, heç-heçə 2.85, "Atletik”in qələbəsi 2.40.

Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.


 
tarix: 17-12-2018 11:45


 
Xəbər lenti
27.06.2019

13:58   “Qarabağ”ın albanlarla cavab matçının da vaxtı məlum oldu

13:23   “Tapşırıqları düzgün yerinə yetirsək, mərhələni keçəcəyik”

13:07   “Barselona”dan 35 milyonluq transfer - RƏSMİ

12:45   Emil Balayev üçün yeni rəqib

12:23   “Qarabağ”ın legioneri üçün Kanada

12:02   Misir və Nigeriya 1/8 finalda!

11:43   “Atletiko”dan rekord transfer - RƏSMİ

11:26   “Qarabağ”dan bir məşq

11:04   Dadaşov erkən qayıtdı

10:30   Millidən qovuldu – intim foto tələbinə görə

10:14   Premyer Liqa klubundan 20 milyonluq transfer

10:00   “Vilyarreal”ı Yunanıstan klubuna dəyişdi

09:45   Rəfiyevin “İsayev oyunu”: Portuqaliyadan gələn 100 min avro kimə çatacaq?

09:30   Vüqar Əsgərov penaltini boşa verdi, “Dauqavpils”...

09:00   “Qarabağ”ın rəqibi yenə uduzdu

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az