(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Keşlə” üçün “malalama kampaniyası”

“Keşlə” üçün “malalama kampaniyası”

“Keşlə”nin bəyanatını oxuyub, gülürəm. Dünən aslan kimi görünənlər niyə bu vəziyyətə düşdü? Axı, “Qarabağ”la matçdan sonra hakimlər otağını axtarır, ədalət təmsilçilərindən hesabat istəyirdilər.
 
Klubun yaydığı açıqlamada yazılıb: “16.12.2018-ci il tarixdə futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Keşlə” matçından sonra “Keşlə”nin futbolçusu Kamran Ağayevin hakimlər otağına daxil olaraq müəyyən hərəkətlərə yol verməsi barədə bəzi elektron kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumat yayılmışdır. Bildirmək istəyirik ki, Kamran Ağayev hakimlərə qarşı hər hansı bir qeyri-adekvat hərəkətə yol verməmişdir, o, oyun zamanı sarı vərəqə ilə cəzalandırılmış komanda yoldaşı haqqında doğru qərar qəbul etməsini hakimlər heyətindən xahiş etməyə çalışmışdır. Bu hadisə “Keşlə” FK-nın müşahidə şurasının sədri və AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun diqqətindən yayınmamış və o, Kamran Ağayevdən hakimlər otağını dərhal tərk etməsini tələb etmişdir. Klub rəhbərliyi belə davranışı heç bir halda məqbul saymır”.
 
Əvvəla, Ağayevi otaqdan çıxarmaq yox, ora buraxmamaq lazım idi. Buna Axundovun imkanı da var idi – hər şey gözümüzün önündə olub. Lakin bunu etmədi.
 
Təbii ki, hadisələrin böyüməsində yaydığımız videonun da rolu oldu. Hakimlərin otağına kütləvi hücumu izləyən AFFA rəsmiləri buna görə cəza verilməli olduğunu bilir. Bu səbəbdən “malalama kampaniyası” başlayıb. Bəyanatdakı son sətirlərə diqqət edin: “Nəzərinizə çatdırmaq istəyirik ki, klub rəhbərliyi xırda nöqsanlar istisna olmaqla, “Qarabağ” - “Keşlə” matçının hakimlər heyətinin idarəçiliyi ilə bağlı ciddi narazılığı yoxdur və istənilən etirazın əsasnamə qaydalarına uyğun ifadə edilməsinin tərəfdarıdır”.
 
Bu, dərisi çıxarılmış canavardan nümunə götürmək deməkdi. “Neftçi”nin “Sabah”la oyundakı hakim səhvlərinə etirazına görə hansı təzyiqlərə məruz qaldığı uzaq keçmişin nümunəsi deyil. Hakimlərdən danışanların, onlara etiraz edənlərin cəzası ağır olur.
 
Əslində, heç bir halda kiminsə hakimlər otağına daxil olmağa icazəsi yoxdu. Yalnız AFFA nümayəndəsinin dəvəti və icazəsi ilə klub nümayəndələri bura gələ və iradlarını protokola qeyd edə bilər. Lakin belə olmadı. Oyunun AFFA nümayəndəsi, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin qohumu Eldəniz Musayev nəinki kimsəni dəvət etmədi, hətta Ağayevə mane olmağa çalışdı, o isə otağa daxil oldu. Bu, cəza üçün əsas verir.
 
Axundov da dəvət edilməmişdi, amma hakimlər otağına qədəm qoydu və onlar protokola heç nə qeyd etmədilər, sadəcə, hakimlərə sözlü təzyiq edərək çıxdılar. Protokolda qeyd yoxdusa, Eldəniz Musayev də cavab verməlidi. Ümumiyyətlə, onun raportunda nələri qeyd etdiyi maraqlıdı. Gizlətməyə çalışsa, özü üçün yaxşı olmayacaq, çünki ortada video var və bu material İntizam Komitəsinin işinə yaramalıdı.
 
Əldə etdiyimiz məlumata görə, oyunun baş hakimi Vüqar Həsənli də protokolda hər hansı qeyd etməyib. Yəqin Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik videoyla rəsmi protokolu üz-üzə qoyub, onun haqqında müəyyən ölçü götürəcək.
 
İstənilən halda, sabah saat 14.00-da başlayacaq İntizam Komitəsinin növbəti iclasından ədalətli qərar gözləyirik. İzləyirik...
 
FƏRİD

 
tarix: 17-12-2018 13:11


 
Xəbər lenti
25.06.2019

09:30   “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00   “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

24.06.2019

23:43  “Səbail”in “Beroe” ilə matçının başlanma saatı bəlli oldu

23:33  “Qarabağ”ın rumınlarla oyun saatı açıqlandı

21:31  Azərbaycan Premyer Liqasında son mövsümün ən yaxşı 10 qolu – VİDEO

20:45  “Milan”da ayrılıq

19:03  “Neftçi”nin Türkiyədə ikinci rəqibi müəyyənləşdi

18:43  “Səbail”in Avroliqada debüt matçının başlama saatı açıqlandı

18:09  Sənan Qurbanov: “Verdiyimiz pulu bəyənmirlər”

17:17  Türkiyə klubu seneqallı forvardla gücləndi

16:48  Baş məşqçi “sarı” aldı, tarixə düşdü

16:17  Benites Premyer Liqa klubundan getdi

15:54  “Speranta” - “Neftçi” matçının başlama saatı açıqlandı

15:12  “İnanırıq ki, növbəti mərhələyə yüksələn biz olacağıq”

14:50  Səmədov Azərbaycandan təklif alıb: “İndi bu variant haqda düşünürəm”

14:26  Super Liqa klubunda yeni hücumçu

14:00  “Real”la “Çelsi”nin əfsanələrindən 9 qolluq oyun

13:36  Şeydayevin komandası Avstriyaya yollandı

13:00  A Seriyası təmsilçisindən Kipr klubuna

12:41  Rodalleqa Super Liqa klubunda

12:15  Seneqalla Əlcəzair 3 xalı 2 qolla qazandı

12:00  Emil Balayev: “Narahat olmaq üçün hər hansı bir səbəb yoxdu”

11:45  “Zirə” çempion oldu – 1500 manatlıq mükafat

11:30  “Qarabağ”ın yaxşı komanda olduğunu bilirəm, amma onlara qalib gələ bilərik“

11:15  “Səbail”dən Albaniya klubuna - FOTO

11:00  İlkin Qırtımov “Keşlə”də!

10:45  “Qarabağ”ın rəqibinə 5 qol vurdular

10:30  “Qarabağ”da 3 illik müqavilə: “Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm”

10:15  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

10:00  La Liqaya sonuncu vəsiqənin sahibi bəlli oldu

09:45  Bilal Həmdi “Səbail”ə keçidindən danışdı

09:30  Kolumbiya və Argentina da 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az