(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanov: “Bu kluba hörmətsizlik etmək istəmirəm”

Qurban Qurbanov: “Bu kluba hörmətsizlik etmək istəmirəm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 2018-ci ilin ən yaxşı məşqçisi kimi mükafatlandırılıb. 

Futbolinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda qalib olub. 

Səsvermədə 59 mətbuat orqanından (1-i müstəqil jurnalist) 63 jurnalist iştirak edib. 49 səs toplayan Qurban Qurbanov son 10 ildə 9-cu dəfə ilin ən yaxşı məşqçisi seçilib. “Fairmont” otelində təşkil olunmuş tədbirdə mükafatı saytın baş redaktoru Rəşad Ergün təqdim edib.

Tədbirdən sonra Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün yenə məni seçdiniz, deyiləcək çox sözüm yoxdur. Bu ada layiq görüləndən sonra məsuliyyətimiz daha da çoxalır. Gələn il daha diqqətli və ciddi olmalıyıq. Futbolumuza daha çox vaxt ayırmalıyıq. Çalışacağıq ki, ildən-ilə işimizdə irəliləyiş olsun və futbolumuz üçün faydalı olaq. Hər birinizə təşəkkür edirəm. 
 
- İlin məşqçi sorğusunda siz kimin adını çəkərdiniz?
- Bu suala cavav verməyə hazır deyiləm. Hansısa fikir bildirsəm, bəlkə də düzgün olmaz. Bu, sizə yaxın olan bir sahədir. Dünən ilin futbolçusunu soruşdular, ona tam dəqiq cavab verəcəyəm (gülür).

- Reynaldonun "Qarabağ”da dönüşünün reallaşdığını demək olar?
- Hələ tam yox. O, Bakıdadır, tibbi müayinədən keçəcək. Sabah görüşümüz olacaq, bundan sonra qəti qərar verəcəyik. 

- Reynaldo əyləncəyə meyilli oyunçudur. Yəqin ki, onunla bu barədə şərtiniz olar...
- Son vaxtlar əyləncəyə meyilli olmuşdu və formasından uzaq idi. Bu cür danışığımız mütləq olacaq və müqavilə bağlsaq, bu məqam orada göstəriləcək. Məncə, belə hal olmamalıdır. Görüşdən sonra tam detallı cavab verəcəyəm. 

- Qışda klubu tərk edən olacaq?
- Hər zaman transfer dönəmində belə hallar gözlənilir. Bizdə hazırda belə bir məlumat yoxdur. Ola bilər ki, hansısa futbolçumuzla maraqlansınlar və ya biz kiməsə baxaq. Həm gedən, həm də gələ ola bilər.

- Con Delarj "Qarabağ”da qalmağı düşünmədiyini söyləyib...
- Açığı, onunla söhbətim olmayıb. Ona görə də cavab verməyəcəm.

- Qış fasiləsində sonra bütün diqqətinizi "Qarabağ”a yönəldəcəksiniz...
- Hər il gəgrin mübarizə gedir. Bizim məqsədimiz ildən-ilə daha yaxşı nəticə göstərmək olub. Hər işi peşəkar səviyyədə görməyə, iştirak etdiyimiz turnirdə maksimum nəticə qazanmağa çalışırıq. Avropa Liqası bitdi, qaldı Premyer Liqa və Azərbaycan Kuboku. Hər iki yarışda uğur qazanmağa səy göstərəcəyik. 

- Rəşad Sadıqov Avropa Liqasında İngiltərə "Arsenal”ı ilə səfər matçında erməni təxribatına cavab verdiyi halda, Araz Abdullayevin səssiz qalması müzakirələrə səbəb oldu. Onun sakit dayanmasına necə şərh verərdiniz?
- Hansısa futbolçu haqda fikir bildirmək düzgün olmaz. Çünki bu, gözlənilmədən, ani olan bir şeydir. Futboçu reaksiya verməyib deyə, onun üzərinə getmək düzgün olmaz. Bəlkə, Araz heç onu tanımamışdı, əlindəki nə bayrağı olduğuna fikir verməmişdi. Kimləsə vuruşmaq, kiminsə üzərinə getmək lazım olsa, heç bir azərbaycanlı geri addım atmaz. Bu, 6-8 saniyəlik hadisə idi. Orada hər bir insanın düşüncə qabiliyyəti ortaya çıxır. Ola bilər ki, Araz epizodu görmədi.  O, kimdənsə qorxub qaçan, geri duran oğlan deyil. 

- Qardaşınız Musa Qurbanovun "Zirə”nin prezidenti təyin olunacağı deyilir...
- Musa Qurbanov hazırda Zaqataladadır (gülür). Mən də eşitdim ki, belə bir şey yazılıb. Nəsə olsa, biləcəksiniz.

- İlin futbolçusu seçilən şəxsdən karyerasını Avropada davam etdirməsini istəyirlər. Artıq 9-cu ildir ilin ən yaxşı baş məşqçisi seçilirsiniz. Bəs, sizin Avropaya getmək planınız var? Ümumiyyətlə, təklif var?
- Bir azərbaycanlı kimi Azərbaycan futboluna xidmət etməyi çox istərdim. Bu gün buna, yerli məşqçilərin öz futboçularımızla işləməsinə daha çox ehtiyac var. Ciddi bir təklif yoxdur, olmayıb. Açığı, bu barədə düşünmürəm. Hər şeyə real baxmaq lazımdır. Desəm ki, "Qarabağ”ı atıb xaricdə işləmək istəyirəm” - bu, düzgün olmaz. Bu kluba hörmətsizlik etmək istəmirəm. Klubda 11-ci ildir işləyirəm və həmişə sadiq olmağa çalışmışam. Ayrıldıqda da sadiq biri kimi bunu etmək istəyirəm.


 
tarix: 17-12-2018 18:33


 
Xəbər lenti
26.04.2019

09:25   “Qəbələ” “Keşlə”ni 4 qolla məğlub etdi

09:12   “Sabah”ın əsas komandasından azyaşlı futbolçulara dəstək

09:00   AFFA-da oğurluq: kamera görüntüləri onları ifşa etdi

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az