(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
AFFA daha 2 komandaya texniki məğlubiyyət verdi

AFFA daha 2 komandaya texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasında “Salyan” – “Astara” matçında “Astara”nın məşqçisi Qəhrəman Mirzəyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasında “Kürdəmir” – “Füzuli” matçının 85-ci dəqiqəsində “Kürdəmir”in futbolçusu Elşad Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasında “Tufan” – “Uğur” matçının 66-cı dəqiqəsində “Tufan”ın futbolçusu Fəqan Məsimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasında “Neftçala” – “Alyans” matçının 63-cü dəqiqəsində “Alyans”ın futbolçusu Tural Məmmədli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasında “Ağsu Siti” – “İmişli” matçının 25-ci dəqiqəsində “İmişli”nin futbolçusu Allahverdi Fərzəliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Gənclər Liqasında “Qarabağ” – “Sabah” matçının 84-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Zamiq Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Mil-Muğan” – “Neftçi” İK İB matçının 66-cı dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Babək Yaqublun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Sumqayıt” – “Keşlə” matçının 78-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Ridan Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 90+3-cü dəqiqəsində “Keşlə”nin digər futbolçusu Murad Salahzadə də ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Səbail” – “Xəzər Lənkəran” matçının 67-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Məhəmməd Ağazadə hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

U-16 Liqasında “Gəncə TİM” – ROİL matçında ROİL komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-15 Liqasında “Qarabağ” – “Zirə” matçının 42-ci dəqiqəsində “Zirə”nin futbolçusu Mahmud Ağayev rəqibi təhqir etdiyinə görə 2 oyun cəzalanıb. Oyunun 44-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Vasif Fərəcov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Qəbələ” – “Şüvəlan” matçının 54-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Rüfət Bəbəlzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Neftçi” – “Qarabağ” matçının 60-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Hacı İbrahim ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 40-cı dəqiqəsində “Neftçi”nin məşqçisi İlyas Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Sumqayıt” – “Əlincə” matçının 25-ci dəqiqəsində “Əlincə”nin futbolçusu Ayxan Əsgərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 45-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Murad Rüstəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Xətai” – “Səbail” matçının 20-ci dəqiqəsində “Səbail”in futbolçusu Raul Zeynalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-13 Liqasında “Neftçi” İK İB – “Sabah” matçının 38-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Həsən Məmmədov və “Sabah”ın futbolçusu Anar Cəbiyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-12 Liqasında “Təhsil” RİM – “Səbail” matçının 49-cu dəqiqəsində “Səbail”in futbolçusu Rəşad Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Yüksək qızlar Liqasının “Uğur” FK (Sumqayıt) – “Veqa” (Bakı) matçında “Veqa” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Təbriz” – “Atletiko Baku” matçının 27-ci dəqiqəsində “Təbriz”in futzalçısı İlqar Qazıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Hicran” – “Obolon” matçının 23-cü dəqiqəsində “Hicran”ın baş məşqçisi Elşən Ağaverdiyev hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Neftçi” – “Liman” matçının 23-cü dəqiqəsində “Liman”ın futzalçısı Elsevən Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Yasamal” FK B – “Füzuli” FK matçının 21-ci dəqiqəsində “Yasamal” FK B klubunun futzalçısı Məhəmməd Osmanovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Green Log” FK – ADBTİA matçının 24-cü dəqiqəsində “Green Log”un futzalçısı Rafail Nağıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Metropoliten” FK – U-19 matçının 11-ci dəqiqəsində U-19-un futzalçısı Vladislav Reznov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


 
tarix: 18-12-2018 14:02


 
Xəbər lenti
23.04.2019

09:41   “Zirə”nin ilk yarımfinalı

09:20   Əzizovun komandasından əzmkar qələbə

09:00   “Qəbələ” “Qarabağ”a qarşı - YENİLƏNİR

01:10   “Çelsi” doğma meydanda xal itirdi

00:25   Hərəyə 1 qol, 1 xal

22.04.2019

23:15  “Beşiktaş”dan çətin qələbə

22:56  “Napoli” doğma meydanda uduzdu

20:10  “Neftçi”də ciddi itki: mövsümü bitirdi

19:48  Premyer Liqada son 10 ilin ən yaxşı göstəricisi

18:00  Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

17:25  Region Liqasında ilk finalçı bəlli oldu

16:51  Braziliyalı futbolçudan 39-cu çempionluq

16:14  Yarımfinalı buraxacaq 3 futbolçu

15:59  Nəbiyevdən Çexiyada dubl, “Slaviya”dan darmadağın

15:29  Rəşad Qasımov məhkəmədə ifadə verdi

14:43  “Sabah”ın ulduzları” Madridə gedir: ÇL-in finalı da onları gözləyir

14:17  Modriçdən “Real”da yubiley matçı

13:57  “Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

13:15  Yarımfinal rəqəmlərin gözü ilə

13:00  Biabırçı statistika: AFFA-ya təklifimiz var

12:54  Braziliyada da çempion bəlli oldu

12:37  Millimiz Qazaxıstan və Belarusla qarşılaşacaq

12:10  İlk dubl və 10-cu qol

11:51  Mbappe ölkə tarixinə düşdü

11:32  Yunanıstanda çempion bəlli oldu

11:18  “Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı

11:00  Biabırçı statistika: əcnəbilər üçün “qocalar evi”

10:44  Rizvanov üçün 34 dəqiqə və darmadağın

10:20  Eratın komandasından daha bir qələbə

10:00  Millimizin sabiq futbolçusu döyüldü

09:42  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:21  Ayaz Quliyev qol vurdu, “Spartak”...

09:00  Biabırçı statistika: veteranlar Premyer Liqası

01:10  PSJ - çempion!

00:45  “Real”dan darmadağın

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az