(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qızıl buts” yenə Messinin oldu - 5-ci dəfə!

“Qızıl buts” yenə Messinin oldu - 5-ci dəfə!

Ötən mövsüm İspaniya La Liqasında 34 qol vuraraq bombardir olan “Barselona”nın hücumçusu Lionel Messiyə “Qızıl buts” mükafatı təqdim olunub.

Futbolinfo.az xəbər verir ki, argentinalı futbolçu 5-ci dəfə bu mükafata layiq görülüb və bu göstərici üzrə yeni rekord müəyyənləşdirib. O, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında ən yaxşı bombardir olub.

Qeyd edək ki, "Qızıl buts" reytinqində oyunçunun vurduğu qolların cəmi çempionatın müvafiq əmsalına vurulur. "Böyük 5-lik" çempionatlarında hər qol 2 xalla qiymətləndirilir.


 
tarix: 18-12-2018 22:59


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az