(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Zirə” yarımfinalda, "Neftçi" revanş almağı bacarmadı - YENİLƏNİB

“Zirə” yarımfinalda, "Neftçi" revanş almağı bacarmadı - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları start götürüb.

Futbolinfo.az xəbər verir ki, ilk gündə iki yarımfinalçının adına aydınlıq gəlib. 

Əvvələcə “Zirə” "Səbail”i qəbul edib. Bu komandalar arasında ötən həftə "Dalğa Arena”da keçirilmiş görüş qəsəbə təmsilçisinin qələbəsi ilə yekunlaşmışdı. Bu dəfə də qələbəni bayram edən tərəf zirəlilər olub və sözügedən kollektiv ilk yarımfinalçıya çevrilib.

Günün digər qarşılaşması Sumqayıtda olub. Bu şəhərin eyni adlı təmsilçisi "Neftçi” ilə üz-üzə gəlib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk oyunda inamlı və bir o qədər də gözlənilməz qələbə qazanmışdı. Paytaxt təmsilçisi səfərdə minimal hesabla qalib gəlsə də, bu, "Sumqayıt" səddini aşmaq üçün yetərli olmayıb. Nəticədə, ikinci yarımfinalçı məhz sumqayıtlılar olub.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu sabah keçiriləcək: "Sabah” "Qəbələ”ni, "Keşlə” isə "Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Kuboku
1/4 final, cavab oyunları

19 dekabr

Səbail - Zirə 2:3
Qol: A.Skarlatake, 3-öz qapısına. R.Qurbanov, 83 - A.Nağıyev, 45+2; 73. P.F.Azad, 63.
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov.
Bakı. "Bayıl Arena”, 16:00.
İlk oyun - 0:1.

Səbail: 1. Emil Balayev, 4. Enrike Perilyo, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 18. Aqşin Qurbanlı, 26. Kamal Qurbanov, 27. Emil Martinov, 28. Kevin Kubemba, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 71. Mövlan Kərimov, 11. Ruslan Qurbanov, 88. Orxan Qurbanlı, 70. Urfan İsmayılov, 17. Elçin Rəhimli, 30. Nazim Kərimli, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Zirə: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 7. Pərdis Fərcad-Azad, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 11. Dilan Duvetru, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 3. Budaq Nəsirov, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 8. Kamal Mirzəyev, 13. Murad Musayev, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov.
Baş məşqçi: Samir Abasov.

Sumqayıt - Neftçi 0:1
Qol: N.Ələsgərov, 43.
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Sumqayıt. “Sumqayıt Arena”, 19:00.
İlk oyun - 2:0.
 
Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev,  7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım.
Ehtiyat oyunçular:15. Orxan Sadıqlı, 6. Səbuhi Abdullazadə, 8. Orxan Əliyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov 77Murad Xaçayev, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi:1. Səlahət Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov (k), 28. Slavko Braliç, 26. Ömər Buludov, 17. Rəhman Hacıyev, 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 93. Soni Mustivar, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular:12. Kamran İbrahimov, 94. Rəşad Əzizli, 77. Elvin Sərkərov, 33. Ricat Qarayev, 18. Tural Axundov, 70. Əli Şirinov, 37. Vüsal Əsgərov, 4. Rəşad Eyubov.
Baş məşqçi: Roberto Bordin.

 
tarix: 19-12-2018 20:58


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az