(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
GİZLİ SKANDAL: Elxan Məmmədov bu şirkətin əliylə SOCAR-ın "cibini soyub"

GİZLİ SKANDAL: Elxan Məmmədov bu şirkətin əliylə SOCAR-ın "cibini soyub"

Cari futbol mövsümünün yarılanmasına bir şey qalmayıb.

Premyer Liqa 14 turdan sonra yeni il fasiləsinə yollanıbsa, 8 klubun ölkə kubokunun yarımfinal mərhələsinə çıxmaq uğrunda mübarizəsinə dekabrın 19-20-si aralağında aydınlıq gələcək.

Qış qapıdan içəri daxil olub. Elxan Məmmədov və əlaltıları üçün fəslin isti-soyuqluğu əhəmiyyət daşımır. Təki pul gəlsin, qazansınlar. Yol-irz ikinci, üçüncü dərəcəlidi.

Onları futbolçular, məşqçilər maraqlandırmır. «KitPro» üzərindən həyata keçirilən maxinasiyalardan bəlli oldu bütün bunlar.

Baş katibin təsiri keçən klublar hələ də qış geyimlərini gözləyə-gözləyə qalıb. Halbuki sifariş olunan mallara görə ödəmələr bəribaşdan edilib və xaricə çıxan məbləğ heç də az deyil.

Adətən, bu cür anlaşmaların ortalama 150-300 min manata başa gəlməsini düşünsək, «KitPro»nun müştərilərinə vurduğu ziyanın  miqyasını təxmin etmək çətinlik törətməz.

Biz sözügedən şirkətin fəaliyyətinin qaranlıq yönləri ilə bağlı araşdırmalarımızın son hissəsində qeyd etmişdik ki, «KitPro» AFFA-nın çətiri altında qurulub və şəbəkəsini genişləndirib.

Federasiyanın bu şirkətin yaranmasında və gəlirlə çalışmasında birbaşa marağı var. Keçən dəfə bir dəlil qoymuşduq masanın üzərinə – «KitPro»nunAFFA-ya aidiyyatı olmasaydı, Dövlət Gömrük Komitəsinə göndərilən siyahıda bu şirkətin məhsulları qeyd edilməzdi.

Bu, artıq federasiya ilə «KitPro» arasında bağlılıq, əlaqə deməkdi. Futbol təsərrüfatına yaxın gəlmək istəyən, belə deyək, bu camiəyə üzv olub, qazanacağını bilən «x» bir kənar iş adamı/firma AFFA-ya müraciət etsə, Elxan Məmmədov həmin şəxsin, şirkətin məhsulların adını Gömrük Komitəsinə göndərərmi?

Dünyasında eləməz!

Çünki AFFA-nın xətti ilə ölkəyə gətirilən bütün növ inventarlardan (texniki təhcizat da bura daxildi) gömrükdə rüsum tutulmur.

Baş katib xarici səfərlər zamanı jurnalistləri restoranda görüb, onlara jest etməyən, quruca salamlaşıb keçən, yəni, yeməyin pulunu verməyən adamdı, razılaşarmı ki, «x» iş adamı AFFA-nın hesabına pul qazansın?

Bir halda mümkündü – şərik gedirlərsə.

«KitPro»nun təpəsindəki zat - Murad Nağıyev Elxan Məmmədovun çoxdankı tanışıdı. İkisinin də atası rəssamdı.

Ailə həyatı qurandan sonra - 2007-ci ildə Bakını Londona dəyişən, bu iki ölkə paytaxtı ilə yanaşı, «İST Holdinq»in rəhbərliyində yer alan yaxın qohumları vasitəsilə Rusiyada da özünə biznes quran Nağıyev Məmmədovun nəfsinə bələd olmasaydı, heç şübhəsiz, «KitPro»nu ərsəyə gətirmək ideyasının arxasınca düşməzdi.

Adam uzaqgörən, «fərasətliymiş»…

Klublardan istədiyi qədər pul qəbul edən kimi aradan çıxıb. Usta və incə tərpənib. Var da gedib, dövlət də!

Amma sifariş olunan məhsullardan yenə xəbər yoxdu. AFFA indi bir yol fikirləşir ki, necə eləsin, klubların texniki təhcizat poblemi həllini tapsın.

Alternativ geyim brendlərinə üz tutmaq - hələlik bunun üzərində dayanıblar. Hansı ki, ucuz mal satan şirkətləri Çində də, Türkiyədə də, Pakistanda da tapmaq mümkündü.

Məsələni müşkül edən klubların özünü razı salmaq deyil. Narazıların əsas maliyyə mənbəyi SOCAR-dı və Elxan Məmmədov bilir ki, neft şirkətində vəzifə sahibi olanların heç də hamısı onu sevmir.

«KitPro»ya ödənilən külli miqdarda vəsaitin müqabilində başqa şirkətlərin məhsulları ilə çatışmazlıqları ört-basdır eləməyin sonrası var axı.

Baş katib istəməz ki, ondan soruşulsun: dünya üzrə geyim istehsalı olan yüzlərlə şirkət var ikən, nə üçün pulların «KitPro»ya axmasına göz yummusan?

Adıçəkilən firma klublar qarşısında götürdüyü öhdəliklərin, heç olmasa, yarısını yerinə yetirsəydi, E.Məmmədov bu «əməliyyat»dakı marağını hansısa formada gizlədərdi.

Dostu ona elə atış gəlməyib ki, özünü kolun arxasına da verə bilsin. Sözün bütün mənalarında gecikib.

İnişil «Kəpəz»də üstü açılan maxinasiyalara görə başı pis ağrıyan E.Məmmədov indi ondan da ağır cəncəldədi.

O, həmin vaxt «gözəgörünməz qüvvə»nin sayəsində çulunu sudan quru çıxarmağa müvəffəq oldu. Hazırkı məqamda bunu etmək daha mürəkkəbdi. Bu səbəbdən ki, «KitPro»nun məhsullarının satışı zamanı gömrükdən rusum tutulmaması nəzərə alınmalıydı, «alınmayıb».

Rüsum tutulmayan malların maya dəyəri 30-36% aşağı düşməli olduğu halda, şirkət onları bazar qiymələrindən də yüksək rəqəmlərlə müştərilərinə sırıyıb.

Belədə təqribi hesabla aparmaq olar ki, E.Məmmədovu içinə alan «KitPro» klubların, dolayısı ilə neft şirkətinin büdcəsindən neçə yüzminlərlə artıq pul «sovurub».

Baş katibin barmağını qoyduğu hər işin üstü bəzək, altı təzəkdi. Biz hələ onun klubları zəlil edən «tender»lərinə toxunmamışıq. Bu barədə gələn dəfə yazacağıq. (Sportinfo.az)


 
tarix: 19-12-2018 11:54


 
Xəbər lenti
17.06.2019

19:05   “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33   “Roma”nın əfsanəsi klubdan getdi

17:16   “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10   “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:45   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

15:35   İsayevə görə Rəfiyev danlandı

15:27   ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11   “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15   Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42   Milli komandada ciddi itki

13:14   ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45   Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17   Mahir “Qarabağ”dan gedir?

11:50   “Qarabağ”lı üçün 90 dəqiqə

11:25   Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00   Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az