(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Heç kəs istəməz ki, qapısına qol vursun” - İvanoviç

“Heç kəs istəməz ki, qapısına qol vursun” - İvanoviç

“Sabah”ın müdafiəçisi Filip İvanoviçin futbolinfo.az saytına müsahibəsi:

- Kubokun ilk oyununda “Qəbələ”yə məğlubiyyət  haqqında fikirlərin necədir?
- Səfərdə yaxşı oyun göstərdik. Uğursuz şəkildə uduzduq. Sonradan geridönüş etməyə cəhd etsək də, alınmadı. Ən azından səfərdə uduzmamaq istəyirdik. Lakin bizim üçün uğurlu gün olmadı. Uduzduq. 

- “Məğlubiyyətə layiq deyildik” deyə düşünürsən?
- Əibəttə. Çünki xeyli sayda qol imkanları yaratdıq. Yəni bu nəticəyə layiq deyildik. İkinci oyunda bunun əvəzini çıxmağa çalışacağıq. Düşünürəm ki, nöqsanlarımızı aradan qaldırmaqla mərhələ adlayan tərəf ola bilərik. 

- Oyunda yeganə qolun müəllifi sən oldun. Avtoqol vurdun və rəqib qalib gəldi. Epizodu necə izah edə bilərsən?
- Avtoqol hər kəsin başına gələ bilər və bu uğursuz şərtlər qarşısında olur. Futbolu canlılar oynayır və belə şeylər normaldır. Müdafiəçilərin başına belə hallar gəlir. Heç kəs istəməz ki, öz qapısına qol vursun. 

- Ağlında belə fikir varmı ki, ikinci oyunda qol vurub avtoqolun əvəzini çıxasan?
- Mənim ilk oyundakı çıxışım göz önündədir. Əlimdən gələni etdim. İkinci matçda da çalışacam ki, yaxşı oyun göstərim. Mənimlə və ya mənsiz komandamızın gücü var və mərhələyə keçməyə qadirik. Bizə qayğı göstərən, inanan hər kəsə təşəkkür edirəm. 

- Kubok oyunu ilə mövsümün ilk yarısı yekunlaşır. Özünüz üçün uğurlu ilk yarı sayırsız?
- Maraqlı və baxımlı bir ilk yarı izlədik. Hər klub öz xüsusiyyətini göstərdi. Şəxsən bir klub olaraq inkişaf etməyə, yaxşı olmağa çalışdıq. Bəzi səhvlərimiz oldu və bunların üzərində fasilədə işləyəcəyik.

FƏRİD


 
tarix: 19-12-2018 12:55


 
Xəbər lenti
20.02.2019
19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:30  “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az