(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Bordin: “Bu məğlubiyyəti həzm etdikdən sonra…”

Bordin: “Bu məğlubiyyəti həzm etdikdən sonra…”

Azərbaycan kubokunun cavab 1/4 final qarşılaşması çərçivəsində “Sumqayıt”ı səfərdə 1:0 məğlub etməsinə rəğmən, növbəti mərhələyə yüksələ bilməyən “Neftçi”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib. İtaliyalı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.
 
- Bu gün ikiqat mübarizə apardıq. Təəssüf ki, ilk oyunda qol imkanlarından istifadə edə bilmədik. Evdəki fürsətlərdən istifadə etsəydik, bu gün vurduğumuz top bəs edərdi. Bizim üçün üzücü haldır ki, mərhələni keçə bilmədik. Qarşıdan fasilə gəlir. İmkanımız var ki, yaxşı hazırlaşaq.
 
- Ehtiyat oyunçular skamyasına baxdıqda qəribə mənzərə gördük. Komandanı gücləndirmək iqtidarında olan futbolçu qalmamışdı. Bu, o demək deyil ki, qışda 1-2 deyil, daha çox sayda futbolçuyla güclənməlisiniz?
- Əlbəttə, zədəli, cəzalı futbolçular olur. Onu deyə bilərəm ki, heyətimiz məni qane edir. Meydana daxil olan futbolçular da əllərindən gələni etdilər və üzərlərinə düşəni bacardılar. Rəqib müdafiədən oynayırdı, bizi əks-hücumlarda yaxalamağa çalışırdı. Bütün hallarda, əvəzetmədən meydana daxil olan futbolçular bacardıqlarını etdilər.
 
- Qışda hansı mövqeləri gücləndirəcəksiniz?
- Kifayət qədər vaxtımız olacaq. Nəyisə dəyişmək yox, nələrisə gücləndirməyi düşünməliyik. Bu məğlubiyyəti həzm etdikdən sonra bu haqda düşünəcəyik.
 
- Komandanı hansı futbolçular tərk edəcək?
- Buna vaxtımız var. Müzakirə etdikdən sonra qərarımızı açıqlayacağıq.
 
- Konkret hansı mövqeləri gücləndirməyi düşünürsünüz?
- Konkretləşdirmək istəmirəm. Buna vaxtımız olacaq.
 
- Final fitindən sonra baş hakimə etiraz edirdiniz. Səbəb nə idi?
-  Oyunun tempinin aşağı düşməsinə. Həkimlər oyuna daxil olurdu, oyunçular yerə sərilirdi. Səbəb bu idi (sport24.az).

 
tarix: 19-12-2018 21:25


 
Xəbər lenti
17.06.2019

18:33   “Roma”nın əfsanəsi klubdan getdi

17:16   “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10   “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:45   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

15:35   İsayevə görə Rəfiyev danlandı

15:27   ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11   “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15   Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42   Milli komandada ciddi itki

13:14   ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45   Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17   Mahir “Qarabağ”dan gedir?

11:50   “Qarabağ”lı üçün 90 dəqiqə

11:25   Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00   Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az