(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Finalda yeni ad. Bordinsiz...

Finalda yeni ad. Bordinsiz...

Ölkə kubokunda ilk yarımfinal cütü bəllidi. Cəmi 12 klubun mübarizə apardığı yarışda ən yaxşı 4 komanda sırasına çıxanlar Samir Abasovla Ayxan Abbasovun komandalarıdı. Onlar indi yeni iş yerində sabiq komandalarına qarşı mübarizə aparacaq.
 
“Bayıl Arena”da 8 “Zirə”, 22 “Səbail” azarkeşinin izlədiyi oyunda hesab erkən açıldı. İlk oyunda yeganə qola sevinən, daha sonra penaltini qaçıran “qartallar”ın bu üstünlüyü artıq 3-cü dəqiqədə aradan qalxmışdı. Ağabala Ramazanovun cərimə meydançası qarşısına ötürməsindən sonra Adrian Skarlatake topu öz qapısından keçirdi.
 
Lakin “Səbail”in buraxacağı bir qol komandanın işini xeyli çətinləşdirəcəkdi. Bu səbəbdən meydan sahibləri risk etməyi deyil, müdafiədə diqqətli oynayıb, hücumdakı hər şansı dəyərləndirməyi lazım bildilər. Taktika buna uyğun seçildi, amma həm düzgün tətbiq edilmədi, həm də onun icrası mümkün olmadı. 90 dəqiqə boyunca daha üstün oynayan “Zirə” epizodlar yaradıb, istəyinə nail oldu.
 
Bərabərlik qolu fasilə ərəfəsində vuruldu. Zədələnmiş İlkin Qırtımovu əvəzləyən Adil Nağıyev heyətdən kənar qalmasının acığını əla baş zərbəsi ilə çıxdı. İkinci hissənin əvvəlində növbəti künc zərbəsi, növbəti qol – bu dəfə qapıçı və müdafiəçilər Pərdiz Fərcad-Azadı müşahidə etməklə kifayətləndilər.
 
“Səbail”in 3-cü qolu da eyni ssenariylə vuruldu. Nağıyev xəttdən çıxmaqda olan topu “çərçivə”yə yönəltdi, qapıçı səhvə yol verdi, Rahid Əmirquliyev isə onu yalnız qapı xəttini keçdikdən sonra meydana qaytara bildi – 3:1.
 
Bir çox oyunda rəqibləri üçün qol vuran, ciddi səhvlər edən Adil bir anda qəhrəmana çevrildi. Sanki ehtiyatda qaldığı vaxt nəticə çıxarıb. Əvəzində bu dəfə Skarlatake rəqibin qol vurması üçün hər şey edirdi. “Zirə”nin sərgilədiyi məzmunlu oyunu başlayan, ilk ötürməni edən, fədakar oynayan Adrianın növbəti texniki səhvi matçdakı son qolun vurulması ilə nəticələndi. Rumın legioner adi epizodda topu itirdi və fasilədə oyuna girən Ruslan Qurbanov toru silkələdi.
 
İlk oyunda da uduzan “Səbail” beləcə ümumi hesabda 2:4 məğlub olaraq mübarizəni dayandırdı. Lakin komandayla bağlı xeyli sual var və qış fasiləsində onlara cavab tapılmalıdı. Aftandil Hacıyev postunda qalsa, ilk öncə transferlərə görə bəhanə tapmalıdı. Yalnız Jarjue Maudo və Yevgeni Koçuk normal futbol oynayır, onlar isə sabiq baş məşqçi Samir Əliyevin seçdikləridi. Hacıyevin yayda aldırdığı əcnəbilər isə ancaq divizion klublarımızı gücləndirə bilər. 8-10 min dollar maaşa oynayan bu əcnəbilər gənc yerli oyunçulardan da seçilmirdi.
 
“Zirə”yə gəlincə, Abasovun işi təkcə nəticədə deyil, oyunda da görünürdü. Kombinasiyalı oyun, ağıllı rotasiya, meydanda futbolçuların yardımlaşması müsbət nəticənin qazanılmasında birbaşa rol oynadı.
 
Samir Bayılda işi bitirib Sumqayıtadakı evinə dönərkən yolunu stadiondan saldı. Burada – “KapitalBank Arena”da onun yarımfinaldakı rəqibi müəyyənləşirdi. İlk oyunda 2:0 hesablı səfər qələbəsinə sevinən meydan sahibləri mövsümün ilk sürprizinə nail oldular. Ötən mövsüm “Qarabağ”ı sıradan çıxaran “kimyaçılar” bu dəfə də “Neftçi”ni qatardan düşürdü.
 
Ciddi heyət sıxıntıları üzündən oyuna istədiyi kimi başlamayan meydan sahiblərinin minimum vəzifəsi fasiləyə kimi qol buraxmamaq idi. Yalnız 43-cü dəqiqədə plan pozuldu, “Neftçi” hesabı açdı. Bundan sonra bakılıların təzyiqi artırıb daha bir qol vurması gözlənilirdi. Lakin Ayxan Abbasov yenə Roberto Bordindən ağıllı tərpəndi. Cavid Tağıyevin əvəzinə meydana buraxılan Xəyal Nəcəfov dayaq bölgəsini möhkəmlətdi və qonaqların hücumları kilidləndi. Onlar məcburən cinahlara yönəldilər, asmları isə 3 mərkəz müdafiəçisi asanıqla zərərsizləşdirdi.
 
Bordin bu oyun tərzinə qarşı heç nə edə bilmədi. Qolun standart vəziyyətdən sonra vurulduğunu nəzərə alsaq, italiyalı komandanı vəziyyətdən çıxarmaq üçün heç nə edə bilmədi. Düşünülmüş hücum, taktiki dəyişiklik, vəziyyəti dəyişmək cəhdi görmədik və “Sumqayıt” yarımfinala adladı. Hətta meydan sahiblərinin son dəqiqələri azlıqda keçirməsi də oyunun axarına təsir etmədi.
 
Bununla bəlli oldu ki, finalda mütləq yeni komanda olacaq. Çünki “Zirə”ylə “Sumqayıt” yarımfinalda rəqibdilər və qalib gələn ilk dəfə titul üçün mübarizə aparacaq. Bordin isə bu mənzərəni kənardan izləyəcək.
 
FƏRİD

 
tarix: 20-12-2018 09:00


 
Xəbər lenti
23.02.2019

02:11   “Sent-Etyen” qalib gəldi, “Lill” xal itirdi

01:55   “Espanyol” autsayderlə “sülh bağladı”

01:46   “Uotford”dan səfərdə, “Vest Hem”dən evdə inamlı qələbə

01:31   Hərəyə 1 qol, 1 xal

01:22   “Milan”dan darmadağın

00:14   “Trabzonspor”la “Rizəspor” 3 xalı 3 qolla qazandı

22.02.2019

23:12  Azərbaycanlı futbolçu Bosniya və Herseqovina klubunda! - RƏSMİ

21:01  “Qəbələ”dən məktəblilərlə növbəti görüş

20:53  “Neftçi” “Səbail”lə matça hazırlığı davam etdirir

19:11  Avroliqada həftənin ən yaxşısı bəlli oldu

18:55  Gəncədə olay: futbolçu meydana girməmiş cəzalandı

17:58  Qurban Qurbanov onu da əvəzedici komandaya göndərdi

17:04  “Qarabağ” 3 xalı 3, “Neftçi” 5 qolla qazandı

16:18  Avroliqada 1/8 finalın püşkü atıldı

15:32  ÇL-də həftənin ən yaxşısı bəlli oldu

14:48  FİFA “Çelsi”yə transfer qadağası qoydu

14:25  Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu

14:09  “Fənərbaxça”ya qol vurdu, İranın tarixinə düşdü

13:44  Premyer Liqada 18-ci tur rəqəmlərin gözü ilə

13:05  “Qarabağ”ın təxirə salınmış oyununun vaxtı bilindi

12:53  Stuxlikin mühakiməsi: avstriyalı cərimələrdən xəbərsiz imiş

12:43  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

12:33  “Qarabağ”la “Qəbələ” sədrlikdən yenə imtina etdi

12:25  Aqolli: “Bu komandaya qayıtmaq üçün alışıb-yanmıram”

12:12  Riad Rəfiyev: "Öz səhvlərimizə görə uduzmuşuq"

11:55  Millimizin heyəti açıqlandı

11:42  Millimizin oyunlarının təqvimi açıqlandı

11:31  Klublar Komitəsində yeni sədr

11:23  Ceyms Adeniyi: “Qarabağ”a qol vurmaq şansım yox idi”

11:01  “İnter”dən 4 cavabsız qol - VİDEO

10:42  “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO

10:31  Fellaininin gedişində Mourinyonun rolu

10:17  “VAR-ın öhdəsindən gəldik”

10:00  “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO

09:51  Klublar Komitəsi sədr seçir

09:37  “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az