(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Rəqs etmək bacarığım qarabağlı olmağımdan irəli gəlir” – Qara Qarayev Türkiyə mətbuatına danışdı

“Rəqs etmək bacarığım qarabağlı olmağımdan irəli gəlir” – Qara Qarayev Türkiyə mətbuatına danışdı

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Türkiyə mətbuatına müsahibə verib. O, futbolla yanaşı, şəxsi həyatından da danışıb.
 
- Futbolu necə seçdiniz və neçə ildir ki, topla dostsunuz?
- Uşaqlığımdan idmana sevgim var idi və digər idman növləri ilə də məşğul oldum. Elnur Zeynalovun sayəsində futbolla tanış oldum. Müəllimlərimi heç zaman unutmaram. Məni REOUGEM məktəbinə gətirdi. Sonra “Qarabağ”ın seçimləri keçirilirdi. Məşqçilərimlə danışdıq və ora qatılmağa qərar verdik. 2006-cı ildə olan bu seçimlərdən sonra indiyə qədər olan “Qarabağ” hekayəsi başladı.
 
- Niyə “Qarabağ”da oynayarkən özünüzü məşhur futbolçu hiss edirsiniz? “Qarabağ”dan başqa klublarda oynamaq istəyərsiniz?
- “Qarabağ” gələndən sonra özümü məşhur oyunçu kimi hiss etmirdim. Burada özümü əsgər kimi hiss edirəm, Qarabağ uğrunda mübarizə aparan bir gənc insan olaraq görürəm. “Qarabağ”da oynamağı belə məşhur olacaq səviyyədə təsəvvür etməmişdim. Biz həmişə ən yaxşısını etdik və komandamızın dünyada tanınması üçün daim ən yüksək nəticələr göstərdik. Bunun ölkə üçün də faydası var. “Qarabağ” məni buradan göndərmədikcə getməyəcəm. Başqa klubda oynayacağımı heç düşünməmişəm. Əgər mümkün olsa, karyeramı burada bitirmək istəyirəm. Çünki illər getdikcə oyunum daha da inkişaf edir, irəli gedir. Bəzən xəyallar qurursan ki, belə klublarda oynamaq olar. Amma təklif istədiyin kimi olmur. Məsələn, Azərbaycan millisi naminə hər şey etmək olar. Bəzən həmin komandalar Azərbaycan futboluna layiq deyil deyə tərəddüd edirəm.
 
- İşğal edilmiş torpaqların adını daşıyan bir klubun heyətində Avropa meydanlarında oynamaq hansı hissləri yaşadır?
- “Qarabağ” bizim adımızdır. Ötən il Çempionlar Liqası kimi böyük yarışda mübarizə apardıq.
 
- Milli komandaya neçə yaşından dəvət aldınız?
- İlk dəfə 15 yaşımda U-15 millisinə çağırıldım. Davamı olaraq, U-17, U-19, U-21 komandalarında oynadım. İlk dəfə 2013-cü ildə Berti Foqts tərəfindən əsas yığmanın heyətində yer aldım.
 
- Karyeranın ən yaddaqalan oyunu hansıdır?
- Hər kəsin həyatında bir oyun olur ki, qeyri-adi matç kimi yadda qalır. Mənim unudulmaz oyunum “Kopenhagen” məğlubiyyətidir. Həmin məğlubiyyət bizə çox şey qazandırdı. Uduzduq, amma uğurlu olduq. Çempionlar Liqasına düşdük. Unudulmaz matçdır.
 
- 2018-ci ili necə xatırlayırsan?
- “Qarabağ”la uğurlarımız ötənilki kimi olmasa da, Avropa Liqasında oynadıq. Yaxşı il oldu. Amma digər yandan, milli komanda ilə yaxşı nəticə göstərə bilərdik. Malta ilə matçlardakı uğursuzluq, Kosovo ilə son oyundakı məğlubiyyət... Hardasa normal olaraq qiymətləndirərdim. Şəxsi həyatımda isə bir çox dostlarımın ailə qurması məni sevindirdi.
 
- Sizin sosial şəbəkələrdə rəqs videoların var. Bunun üçün məşqlərə getmisən?
- Mənim fikrim odur ki, şəxsi həyatım gündəmdə olmamalıdır. Hər zaman gündəmdən kənar həyat yaşamağa çalışdım. Ancaq futbolumla bağlı danışılmalıdır. Bunun da mənə faydası var. Həmin video dostumun toyundandır. Çalışdım ki, məclisə uyğun mən də çıxış edim. Qarabağlılar musiqi duyumludur və düşünürəm ki, mənim də rəqs bacarığım ordan gəlir. Heç vaxt rəqs dərslərinə getmədim.
 
- Komandada ən yaxşı dostun kimdir?
- Araz Abdullayevlə birlikdə qalırıq və hətta məşqlərə də bir yerdə gedirik. Fərq qoymaq istəmirəm, çünki bütün komanda yoldaşlarımla münasibət əladır və hər zaman zarafatlaşırıq.
 
- Karyeranızı bitirikdən sonra nə planlaşdırırsınız?
- İndidən qərar vermək çətindir. Bunu zaman göstərəcək. Düşünürəm ki, futbol daim məni özünə çəkəcək. Başqa bir sahəyə yönəlmək istəsəm də, çətin olacaq. Bəzən 5-10 il dincəlməyi düşünürəm.
 
- Qara Qarayevin gizli bacarığı nədir?
- Bəlli bir bacarığım yoxdur, amma bir şeyi istəsəm, mütləq öyrənərəm. Məşqlərdən vaxt ayırmaq çox çətindir.

 
tarix: 20-12-2018 11:59


 
Xəbər lenti
19.02.2019

18:10   AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21   “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04   “Sportinq”də daha bir erkən vida

16:24   “Espanyol”dan La Liqada yeni rekord

15:57   Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19   İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55   Braziliya millisinin kapitanı “Barselona”da

14:34   Şeydayevsiz qələbə

13:51   AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32   Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03   Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57   İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36   Kapitan 220 gün sonra qayıdır

11:51   Stuxlikin tələbi VAR

11:45   Rauf 10 gündən sonra qayıdacaq

11:40   Dadaşovun oynamamasının səbəbi

11:30   “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02   Paşayev ermənilərə qarşı oynadı

10:51   Şeydayev yenidən Türkiyədə

10:39   1/4 final cütlükləri bilindi

10:31   Erat oynadı, komandası məğlub oldu

10:23   Vengerin favoriti

10:12   De Xeaya yeni təklif

10:01   AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47   Milli komandada yeni baş məşqçi

09:30   Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21   Nani rəsmən ABŞ klubunda

09:14   “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

09:00   Hakimliyin fiaskosu: turun bütün oyunlarında ciddi səhvlər var idi!

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az