(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Avropa Liqasına həsr olunmuş muzey Bakıda

Avropa Liqasına həsr olunmuş muzey Bakıda

2019-cu il mayın 29-da keçiriləcək final oyununa hazırlıq məqsədilə 22 dekabr -7 yanvar tarixləri arasında Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradılacaq.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Avropa Liqası tarixinin unudulmaz anlarına toxunmaq istəyənlər 17 gün ərzində fəaliyyət göstərəcək muzeydən zövq ala biləcəklər. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında qurulacaq “Avropa Liqası muzeyi” 3 hissədən ibarət olacaq. Sərgidə iştirak etmək istəyən qonaqlar girişdə yerləşdiriləcək məlumat zonasında qeydiyyatdan keçərək tədbir haqqında ətraflı informasiya əldə etmək imkanına malik olacaqlar.

Muzey zonasında Avropa Liqası tarixini özündə əks etdirən eksponatlar - 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandaların və futbolçuların imzalı formaları, Avropa Liqasının rəsmi oyun topu, eləcə də Avropa Liqasının final oyunlarında istifadə edilmiş imzalı oyun topları sərgilənəcək. Bundan əlavə, muzeyin daxilində quraşdırılacaq xüsusi monitorlarda Avropa Liqasının unudulmaz anları, final oyunlarında vurulmuş qollar və müxtəlif maraqlı məqamlar, epizodlar nümayiş etdiriləcək.

Bundan əlavə, muzeydə yerli və əcnəbi futbol ulduzları ilə imza günləri təşkil olunacaq. İmza günlərində muzey ziyarətçiləri futbolçular ilə yaxından tanış ola, onlardan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Muzey 22 dekabr - 7 yanvar tarixləri arasında hər gün saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.


 
tarix: 20-12-2018 12:20


 
Xəbər lenti
20.02.2019
19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:30  “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az