(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
"Borussiya”ların Dortmund görüşü “Topaz”da

"Borussiya”ların Dortmund görüşü “Topaz”da

Avropanın əksər çempionatlarında qış tətili öncəsi son oyunlar keçirilir.
 
Qitənin "top liqalar"ında da bu axşam növbəti tura start veriləcək. Gecənin oyunu Almaniya Bundesliqasında liderlərin görüşü olacaq. Bundesliqanın iki "Borussiya"sı - Dortmund və Münhenqladbax təmsilçiləri birincilərin meydanında üz-üzə gələcək. Dortmundlular ötən tur sensasion şəkildə autsayder "Fortuna"ya uduzaraq mövsümdə ilk məğlubiyyətini aldı. Buna baxmayaraq "sarı-qaralar" turnir cədvəlində şəriksiz liderliyini davam etdirir. Münhenqladbax "Borussiya"sı adaşından 6 xal geri qalmaqla 2-ci sırada qərarlaşıb. Bu axşam qazanılan qələbə onları liderə bir qədər də yaxınlaşdıracaq. Amma Dortmund klubunun ardıcıl 2 tur uduzması da inandırıcı görünmür. Üstəlik onların münhenqladbaxlılar qarşısında aşkar statistik üstünlüyü var: aralarındakı 49 duelin 26-sını məhz dortmundlular qazanıb, yalnız 11 görüşdə rəqib üstün olub. 2015-ci ildən bu yana keçirilən 6 görüşün hamısında isə istisnasız olaraq "Borussiya” Dortmund qalib gəlib. İki "Borussiya"nın duelinə, liderlərin görüşünə Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" xüsusi status verib. Proqnozsevərlər qarşılaşmaya həm canlı, həm də "təkli" mərc edə bilər. Əmsallar: "Borussiya” Dortmundun qələbəsi 1.45, heç-heçə 4.00, "Borussiya” Münhenqladbaxın qələbəsi 4.65.
 
Dortmunddakı matç "Topaz" bu gün "təkli oyun" statusu verdiyi 4 görüşdən biridir. Digər "təkli oyunlar"dan "Vulverhempton" - "Liverpul" dueli də maraq doğurur. Premyer Liqada bu mövsüm uduzmayan yeganə komanda olan "Liverpul" 2 həftədir liderlik kürsüsünü ələ keçirib. Amma ani bir büdrəmə "qırmızılar"a baha başa gələ bilər. 1 xal az toplamaqla 2-ci sırada qərarlaşan "Mançester Siti" "pusqudadır". Bu axşam "Liverpul" Vulverhempton səfərində xal itirərsə, sabah "Siti" "Kristal Pelas"a qalib gəlməklə yenidən zirvəyə yüksələ bilər. Son 3 turda ardıcıl qələbə qazanan "Vulverhemton" da inadkar rəqib kimi tanınır. "Liverpul" bu şəhərə son 2 səfərində 3 cavabsız qolla qalib gəlsə də, "canavarlar" ləqəbini daşıyan "Vulver"in bu dəfə "dişlərini bərk qıcıyacağını" gözləmək olar. "Topaz"ın bu maraqlı qarşılaşma üçün təklif etdiyi əmsallar belədir: "Vulverhempton"un qələbəsi 5.55, heç-heçə 3.75, "Liverpul"un qələbəsi 1.55.
 
Ümumilikdə "Topaz" bu gün müştərilərinə mərc etmək üçün 66 oyun təklif edir. Onlardan 44-ü canlı mərcə çıxarılacaq. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.

 
tarix: 21-12-2018 11:21


 
Xəbər lenti
26.06.2019

00:27   Mirabdulla icarə müqaviləsi imzaladı

25.06.2019

23:00  Qurbanov daha yaxşı olacaqlarını vəd etdi

21:51  "Qarabağ": yenə qolsuz, yenə qələbəsiz - YENİLƏNİB

21:00  "Səbail"i darmadağın etdilər - YENİLƏNİB

19:46  “Keşlə”dən Latviya klubuna

19:23  “Neftçi” ilə oyundan sonra sevinməyimiz Qurban Qurbanovun xoşuna gəlmirdi”

17:43  “Sevilya”nın futbolçusu qəza törətdi, 2 nəfər öldü - FOTO

17:21  “Sumqayıt”da istirahət başa çatdı

17:00  “Çelsi” Lempardla danışıqlara başladı - RƏSMİ

16:44  Lion “Olimpik”ində yeni futbolçu

16:23  “Borussiya”dan Premyer Liqa klubuna

16:02  Şeydayev yeni mövsümü bu klubda keçirəcək

15:46  Milli komandada ciddi itki

15:25  “Qarabağ”ın legioneri oynamadı, komandası qalib gəldi

15:01  Super Liqa təmsilçisindən Liqa 1 klubuna

14:42  “Səbail”in yoxlama oyununun vaxtı dəyişdirildi

14:24  UEFA “Qarabağ”ın albanlarla ilk oyununun saatını açıqladı

14:00  “Neftçi”nin cavab matçının da vaxtı bilindi

13:43  “Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik”

13:22  “Neftçi”nin yeni transferi: “Hədəfim bacardığım qədər çoxlu qol vurmaqdı”

13:00  Amerika kubokunda 1/4 finalın cütlükləri

12:41  Millimizin futbolçusu ən yaxşılar arasında

12:20  Tunis xal itkisi ilə başladı

12:00  Emil Balayev Qazaxıstanda hamını qabaqladı

11:46  Uruqvay qrup lideri, Çili ikinci oldu

11:30  Yeni transferi “Qarabağ”la məşqlərə başladı

11:00  Azərbaycanlı referi final oyununa təyinat aldı

10:30  Dəniz Yılmazın klubundan yeni transfer

10:00  Super Liqa klubundan 2 transfer

09:30  “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00  “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az