(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Təmizləmə”nin əks-sədası

“Təmizləmə”nin əks-sədası

“Neftçi” heyətdə təmizləmə işlərinə start verib. Rəşad Eyyubovu yola salan bakılılar, indi də Kvame Karikari və Slavko Braliç kimi faydasız əcnəbiləri göndərməyi düşünür.
 
Əslində, bu oyunçuların gedişi gözlənilən idi. Çünki hətta onlar transfer olunan zaman da faydasız olacaqları ilə bağlı ehtimallarımızı yazmışdıq. Və 6 ay sonra ehtimallarımız təsdiqini tapır.
 
Rəşad ümumiyyətlə, “Neftçi” formasının ağırlığını daşıyacaq səviyyədə biri deyildi. “Sumqayıt”da özünü qismən göstərməyi bacarsa da, bu, onun paytaxt klubuna transferinə şərait yaratmamalıydı. Bakılıların baş məşqçisi Roberto Bordin də ilk turlarda ona güvəndi, bacarığına bələd oldu və ehtiyatda oturtdu. Eyyubov ona verilən şansdan yararlana bilmədiyi üçün yalnız özünü qınamalıdı.
 
Amma ölkə kubokunun son matçında Rəşadın meydana buraxılması da doğru deyildi. Bordin siyahıdan sildiyi yarımmüdafiəçini “Sumqayıt”la həlledici matça buraxmaqla özünü ifşa etdi. Daim ehtiyatda qalan, səhəri gün gedəcəyini bildiyi üçün çoxdan özünə yeni klub tapmış birisinə xilaskar gözüylə baxmaq italiyalının qeyri-səmimiliyindən xəbər verir.
 
Eyyubov artıq “Sabah”la anlaşmaq üzrədi. Xeyirli olsun. Lakin sabahın komandasını quran bir komanda üçün bu transfer yanlış addımdı. Düzdü, yerli oyunçu bazarında qıtlıq var, bu səbəbdən Rəşadın transferini hardasa anlayışla qarşılamaq olar. Bununla belə, son oyunlarda Elşad Əhmədovun şans verdiyi gənclərin inkişafına şərait yaradılması daha vacibdi. Rəşad o uşaqların heç birindən daha yaxşı seçim deyil – zaman göstərəcək.
 
Qayıdaq “Neftçi”yə. Karikari də özünə klub tapmalıdı. Uğursuz transfer olacağı dosyesinə baxanda bəlli olan bu forvard heç yerdə bir ildən artıq qalmayıb. İndiyədək 15 klub görməsi onun səviyyəsini aydınladan faktdı. “Neftçi” də müvəqqəti dayanacaqlardan biri oldu və Kvame qarşılıqlı razılığa gəlib, iş yerini dəyişməlidi.
 
Braliçin transferi də yaxşı perspektiv vəd etmirdi. Bir neçə klubumuza təklif edilən, amma bəyənilməyən müdafiəçinin bakılıların düşərgəsində peyda olması özü sürpriz idi. Yalnız oyunçu çatışmayanda heyətə düşən Slavko rəqabətə tab gətirmədi.
 
“Neftçi” adı çəkilən 3 oyunçudan başqa Qoran Paratski ilə də vidalaşa bilər. Amma Bordinin tam razı qalmadığı bu oyunçu da göndərilsə, ortaya ciddi suallar çıxacaq. Xorvat da yola salınsa, bu, yayda alınan 4 futbolçunun 6 aydan sonra qovulması demək olacaq. Bu isə transfer siyasətinin uğursuzluğu barədə söz-söhbətə səbəb olacaq. Yayda bu oyunçular alınarkən klub menecerləri, baş məşqçi nə düşünürmüş görəsən?
 
Ziyanın yarısından qayıtmaq da xeyirdi. Bu futbolçular həqiqətən “Neftçi”yə layiq deyil. Amma qışda diqqətli olmaq, yeni komandanın özəyi olacaq futbolçular gətirilməlidi. Yoxsa zirvədə olan “Neftçi”nin çempionluq arzuları, kubok ümidləri kimi puç ola bilər.
 
FƏRİD

 
tarix: 21-12-2018 14:37


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az