(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Avropa Liqası Muzeyinin rəsmi açılış mərasimi keçirildi

Avropa Liqası Muzeyinin rəsmi açılış mərasimi keçirildi

Bu gün Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzeyin rəsmi açılış mərasimi keçirilib. 

Futbolinfo.az xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın İcraiyyə Komitəsinin və Məşqçilər Komitəsinin üzvləri iştirak ediblər. 

Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları muzeydə nümayiş olunan eksponatlarla tanış olublar. UEFA tərəfindən təqdim olunmuş eksponatlar böyük maraqla qarşılanıb. Muzeylə tanışlıq başa çatdıqdan sonra AFFA prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və Avropa Liqası Finalı Bakı-2019-un səfiri Vəli Qasımov AFFA-nın U-12 Liqasında çıxış edən Topaz Premyer Liqası klublarının müvafiq yaş qrupundan ibarət komandalarının üzvləri ilə xatirə şəkli çəkdiriblər. Qeyd olunan komandalar rəsmi açılış mərasimindən sonra muzeydə sərgilənən eksponatlarla tanışlıq imkanı qazanan ilk ziyarətçilər olublar.

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında təşkil olunmuş muzey 22 dekabr – 7 yanvar tarixləri arasında fəaliyyət göstərəcək. Muzey 3 hissədən ibarətdir. Sərgidə iştirak etmək istəyən qonaqlar girişdə yerləşdiriləcək məlumat zonasında qeydiyyatdan keçərək tədbir haqqında ətraflı informasiya əldə etmək imkanına malik olacaqlar.
Muzey zonasında Avropa Liqası tarixini özündə əks etdirən eksponatlar – 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandaların və futbolçuların imzalı formaları, Avropa Liqasının rəsmi oyun topu, eləcə də Avropa Liqasının final oyunlarında istifadə edilmiş imzalı oyun topları sərgilənir. Bundan əlavə, muzeyin daxilində quraşdırılmış xüsusi monitorlarda Avropa Liqasının unudulmaz anları, final oyunlarında vurulmuş qollar və müxtəlif maraqlı məqamlar, epizodlar nümayiş etdirilir. Bu isə sərgidə iştirak edən hər kəsin Köhnə Qitənin ən nüfuzlu klub turnirlərindən biri olan Avropa Liqasının keçmişinə səyahət etməsinə, həmin illərin ab-havasını yenidən yaşamasına imkan yaradacaq.
Oyun və istirahət zonasında isə qonaqlara rəngarəng və əyləncəli proqramlar, həmçinin futbolla bağlı bilik və bacarıqlarını nümayiş etdirə biləcəkləri maraqlı yarışmalarda iştirak etmək imkanı təklif ediləcək. 

Bundan əlavə, muzeydə yerli və əcnəbi futbol ulduzları ilə imza günləri təşkil olunacaq. İmza günlərində muzey ziyarətçiləri futbolçular ilə yaxından tanış ola, onlardan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Muzey 22 dekabr - 7 yanvar tarixləri arasında hər gün saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq.

Muzeyə giriş ödənişsizdir. 


 
tarix: 22-12-2018 15:33


 
Xəbər lenti
17.06.2019

19:05   “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33   “Roma”nın əfsanəsi klubdan getdi

17:16   “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10   “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:45   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

15:35   İsayevə görə Rəfiyev danlandı

15:27   ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11   “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15   Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42   Milli komandada ciddi itki

13:14   ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45   Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17   Mahir “Qarabağ”dan gedir?

11:50   “Qarabağ”lı üçün 90 dəqiqə

11:25   Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00   Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az