(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Sumqayıt”da prezident dəyişikliyi: Rəfiyev AFFA-ya qayıdır

“Sumqayıt”da prezident dəyişikliyi: Rəfiyev AFFA-ya qayıdır

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev tezliklə postundan ayrılacaq. AFFA-nın baş katibi Elxan Məmmədov menecer dostunu AFFA-ya qaytarır.
 
Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun milli komandanın baş məşqçi postuna gəlişindən sonra assosiasiyadan ayrılan yığma komandaların sabiq meneceri köhnə işinə qayıdır. O, yenidən AFFA-da çalışacaq və ilin əvvəlində təyin olunduğu “Sumqayıt”ın prezidentliyindən istefa verəcək.
 
Xatırlayırsızsa, millidən ayrıldıqdan sonra bir müddət işsiz qalan Rəfiyev martın əvvəlində prezident təyin olunmuşdu. O, “Neftçi”də eyni posta gedən Kamran Quliyevi əvəzləmişdi. İndi isə Riad yenidən AFFA-da baş katibə lazımdı və qazancının daha az olduğu klub prezidentliyində qalmaqda maraqlı deyil.
 
Klub rəhbəri olmasına baxmayaraq, heç vaxt menecerliyindən əl çəkməyən, bir neçə klubda müştərisi olan Rəfiyev hazırda AFFA-nın bütün danışıqlarında əsas vasitəçidi. O, milli komandalara məşqçi axtarışında birbaşa əlaqələndirici, danışıqları aparan şəxsdi. Bütün komandalara əcnəbi məşqçi gətiriləcəyini nəzərə alsaq, Rəfiyevin AFFA-dakı əvvəlki vəzifəsinə qayıtması da gözlənilən və başadüşüləndi.
 
Məmmədov hazırda “Sumqayıt”a yeni prezident seçməklə məşğuldu. O, maliyyələşməsinə nəzarət etdiyi bu klubu əlində saxlamaq üçün sadiq kadrlarından birini ora təyin edəcək. Bu, qohumu olduğu deyilən Zaur Hacı-Məhərrəmov da ola bilər, bir başqası da. Amma Rəfiyevin “Sumqayıt”dan ayrılacağı dəqiqdi.
 
FƏRİD

 
tarix: 24-12-2018 09:00


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az