(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Zirə”də qiyam: hamı komandadan qaçır

“Zirə”də qiyam: hamı komandadan qaçır

Samir Abasovun xarakteri “Zirə”də ciddi problemlərə səbəb olub. Baş məçqçinin davranış tərzi futbolçuların xoşuna gəlmir. Onun oyunçularla kobud rəftarı, təhqirlə danışması hamını boğaza yığıb.
 
Futbolinfo.az xəbər verir ki, futbolçular 3 dəfə rəhbərliyə məşqçidən şikayət edib. Onlar Abasovla işləyə bilmədiklərini dilə gətiriblər. Klub rəsmiləri isə hətta ona əvəzləyici axtarmağı da lazım bilib. Amma sonda məşqçiylə danışıb, problemi sülhlə yoluna qoyublar. Komandanın ölkə kubokunun yarımfinala çıxması da bunda rol oynayıb.
 
Lakin futbolçuların bəziləri qərarında qətidi. Abasov komandada qaldığından onlar özünə komanda tapmağa qərar verib. Legionerlərdən Aleksandr Dedov xəlvətcə klub axtarır, hətta “Sabah”da daha az maaşa da oynamağa razıdı, bunun üçün danışıq aparır. Sadiq Quliyev komandayla vidalaşıb, digər mərkəz müdafiəçisi Adil Nağıyev də eyni qərarı verib.
 
Artıq Aqilin yni komandası da bəllidi. Nağıyev sabiq baş məşqçisi Ayxan Abbassovun çalışdırdığı “Sumqayıt”a keçir. O, əks istiqamətə yollanan Bəxtiyar Həsənalızadə ilə dəyişdiriləcək. Keçidlər yaxın günlərdə rəsmiləşəcək.
 
Abasovdan daha bir narazı futbolçu Vüsal İsgəndərlidi. Samir bəyin davranışından narazı olan yarımmüdafiəçi də özünə klub tapıb. “Keşlə”ylə danışıqlar aparan futbolçu istənilən halda “qartallar”ın düşərgəsini tərk edəcək.
 
Pərdis Fərcad-Azad da “Zirə”dən gedə bilər. Amma bu vidanın səbəbi hücumçu özü deyil. Daha yaxşı hücumçu almaq üçün heyəti təmizləmək niyyətində olan Abasov milliləşdirilmiş oyunçunun gedişində maraqlıdı. Pərdis isə 8500 manat maaş aldığı iş yerini dəyişmək niyyətində deyil.

 
tarix: 24-12-2018 12:14


 
Xəbər lenti
23.04.2019

01:10   “Çelsi” doğma meydanda xal itirdi

00:25   Hərəyə 1 qol, 1 xal

22.04.2019

23:15  “Beşiktaş”dan çətin qələbə

22:56  “Napoli” doğma meydanda uduzdu

20:10  “Neftçi”də ciddi itki: mövsümü bitirdi

19:48  Premyer Liqada son 10 ilin ən yaxşı göstəricisi

18:00  Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

17:25  Region Liqasında ilk finalçı bəlli oldu

16:51  Braziliyalı futbolçudan 39-cu çempionluq

16:14  Yarımfinalı buraxacaq 3 futbolçu

15:59  Nəbiyevdən Çexiyada dubl, “Slaviya”dan darmadağın

15:29  Rəşad Qasımov məhkəmədə ifadə verdi

14:43  “Sabah”ın ulduzları” Madridə gedir: ÇL-in finalı da onları gözləyir

14:17  Modriçdən “Real”da yubiley matçı

13:57  “Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

13:15  Yarımfinal rəqəmlərin gözü ilə

13:00  Biabırçı statistika: AFFA-ya təklifimiz var

12:54  Braziliyada da çempion bəlli oldu

12:37  Millimiz Qazaxıstan və Belarusla qarşılaşacaq

12:10  İlk dubl və 10-cu qol

11:51  Mbappe ölkə tarixinə düşdü

11:32  Yunanıstanda çempion bəlli oldu

11:18  “Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı

11:00  Biabırçı statistika: əcnəbilər üçün “qocalar evi”

10:44  Rizvanov üçün 34 dəqiqə və darmadağın

10:20  Eratın komandasından daha bir qələbə

10:00  Millimizin sabiq futbolçusu döyüldü

09:42  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:21  Ayaz Quliyev qol vurdu, “Spartak”...

09:00  Biabırçı statistika: veteranlar Premyer Liqası

01:10  PSJ - çempion!

00:45  “Real”dan darmadağın

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az