(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Zirə” mövsümün ilk yarısında - STATİSTİKA

“Zirə” mövsümün ilk yarısında - STATİSTİKA

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün ilk yarısı başa çatıb. 

Futbolinfo.az xəbər verir ki, Yüksək dəstədə 4-cü mövsümünü keçirən “Zirə” ilk iki dövrədə 14 qarşılaşma keçirib.

* 1-ci dövrədəki 7 matçda “Qartallar” 4 xal toplayıb. 1 qələbə qazanıb, 1 heç-heçə edən komanda biri texniki hesab olmaqla 5 dəfə məğlub olub. Bu oyunlarda 6 qol vuran komanda 13 top buraxıb ki, bunun 3-ü texniki nəticəyə görə passivinə əlavə edilib.

* 2-ci dövrədə daha çox – 6 xal toplayan “Zirə” 1 qələbə qazanıb, 3 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Rəqib qapısına 6 qol vuran komanda 12 top buraxıb.

* Ümumilikdə ilk yarının 14 matçında “Zirə” 2 qələbə qazanıb, 4 heç-heçə edib və 8 məğlubiyyət alıb. “Qartallar” qış fasiləsinə qədər 10 xal toplayıb.

* Nəticəsi ləğv olunan və texniki məğlubiyyətin verildiyi “Səbail” – “Zirə” matçı nəzərə alınmasa, 13 oyunda 34 qol vurulub. Ümumilikdə meydan sahibləri 16, qonaqlar 18 dəfə fərqlənib.

* 12 qol vuran “Zirə”nin məhsuldarlığı 0,92-yə bərabərdir. 22 top buraxan komanda hər matçda 1,69 qola üzülüb.

* “Zirə” hər iki qələbəsini evdə qazanıb. Öz meydanında keçirdiyi 7 görüşdə 2 heç-heçə və 3 məğlubiyyəti də olan komanda 7 qol vurub və 13-nü buraxıb. “Qartallar” öz meydanındakı nəticəyə görə Premyer Liqada 5-cidir.

* Səfərdə qələbəsi olmayan “Zirə”nin hesabında 2 heç-heçə və 5 məğlubiyyət var. 5 qol vuran komanda texniki nəticəni saymasaq, 9 top buraxıb.

* Nəticəsi ləğv olunan matçı saymasaq, 13 oyunu 8100 tamaşaçı izləyib. Ümumi orta göstərici 623-ə bərabərdir.

* Komanda 7 ev oyununu 3 müxtəlif arenada keçirib. “Dalğa Arena”da rəqiblərini 5 dəfə qəbul edən “Zirə” “Bakcell Arena” və “AZAL Arena”da da ev sahibi olub. Bu 7 matçı 2450 tamaşaçı izləyib. Orta hesabla hər görüşdə 350 seyrçi olub.

* 6 səfər qarşılaşmasını 5650 azarkeş seyr edib. Orta göstərici 942-yə bərabərdir.

* Mövsümün ilk yarısında “Zirə” 1 qırmızı, 41 sarı vərəqə alıb. Komandanın rəqibləri 1 qırmızı və 28 sarı ilə cəzalanıb.

* Sarı vərəqələrdən 18-i ev, 23-ü və 1 qırmızı vərəqə səfər matçına təsadüf edib. Rəqiblər isə “Zirə”nin meydanında 1 qırmızı və 13 sarı, öz evlərində 15 xəbərdarlıqla cəzalanıb.

* 13 oyunda yalnız 2 penalti təyin olunub. Hər ikisi “Qarabağ”la oyunlara təsadüf edib. İlk dövrədə qol qeydə alınıbsa, ikinci matçda zərbə qolla nəticələnməyib.

* “Zirə”nin futbolçuları 2 dubla imza atıb. Komandanın heyətində Mirsahib Abbasovla Aleksandr Dedov fərqlənib. Onlar müvafiq olaraq “Qarabağ” və “Sumqayıt”la görüşlərdə dubl müəllifi olublar.

* “Zirə”nin matçlarında 3 avtoqol qeydə alınıb. Hər üç halda futbolçularımız uğursuzluq yaşayıb. İki dəfə üzülən Adil Nağıyev səfər matçıarında, İlkin Qırtımov ev oyununda öz qapısına qol vurub.

* Yeganə böyükhesablı nəticə XIV turda yaşanıb. “Zirə” öz meydanında “Qarabağ”a uduzub – 0:6.

* “Zirə” oyunların ikinci hissəsində daha yaxşı oynayıb. İlk 45 dəqiqədə 4 qol vurub 12-ni buraxan “Qartallar” fasilədən sonra 8 qol vurub 10-nu buraxıb.

* Komanda öz meydanında keçirdiyi oyunların I hissəsində 4:7, fasilədən sonra 3:6 hesabı ilə uduzub. Səfərdə isə 0:5 və 5:4 olub.

* “Zirə”nin oyunlarında ən çox qeydə alınan hesab 1:0-dır. Bu hesabla 1 qələbə qazanan “Qartallar” iki dəfə uduzub. 0:0, 2:2 və 2:1 hesablarına iki dəfə təsadüf olunub. 2:0, 3:1, 3:2 və 6:0 hesabları isə bir dəfə qeydə alınıb.

* Mövsümün ilk yarısında “Zirə”ni meydana iki baş məşqçi çıxarıb. İlk iki oyunda Ayxan Abbasovun rəhbərliyi altında 1 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb. Top fərqi 2:4 olub. Samir Abasovun rəhbərliyi altındakı 12 görüşdə 2 qələbə, 3 heç-heçə və biri texniki olmaqla 7 məğlubiyyət yaşanıb. Onun baş məşqçiliyi müddətində komanda 10 qol vurub və 18-ni buraxıb. Daha 3 top isə texniki yolla əlavə edilib.

* Ən uğursuz seriya III-IV turları əhatə edib. İlk turdan təxirə salınan oyunun da keçirildiyi bu müddətdə komanda texniki nəticə ilə birlikdə ardıcıl 5 məğlubiyyət alıb.

* Ən uğurlu seriya X-XIII turlar arasında olub. Məğlubiyyətsiz keçirilən müddətdə “Zirə” 1 qələbə və 3 heç-heçəyə imza atıb.

* “Zirə” mövsümün ilk yarısında 3 quru oyun keçirib. Futbolçularımız isə 13 oyundan 6-da qol vura bilməyib.

* Nəticəsi qeydə alınan 13 oyunu 8 baş hakim idarə edib. Vüqar Həsənli 3, Rauf Cabbarov, Əliyar Ağayev, İnqilab Məmmədov hərəyə 2, Səbuhi Bayramov, Rəhim Həsənov, Orxan Məmmədov və Ramil Diniyev 1 dəfə “Zirə”nin görüşünün baş hakimi olub. 

* Rəşad Əhmədovun idarə etdiyi “Səbail” – “Zirə” matçının nəticəsi (1:1) isə protokola gənc futbolçunun adının daxil edilməməsi üzündən ləğv olunub. Vərəqələr istisna olmaqla qarşılaşmanın bütün göstəriciləri silinib.


 
tarix: 24-12-2018 15:32


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az