(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
AFFA-nın forma saxtakarlığı

AFFA-nın forma saxtakarlığı

AFFA tarixə dəyər vermədiyini çoxdan göstərir. Sanki Azərbaycanda futbol yalnız Elxan Məmmədovun baş katib işlədiyi dövrdə mövcud olub. Nə ənənəyə hörmət var, nə keçmişə. Stendlərə, videoroliklərə, şəkillərə göz gəzdirin, özünüz şahid olacaqsız.
 
Həqiqi istedad olan, amma komanda halında heç bir uğurda faydası olmayan birinə - İcraiyyə Komitəsinin üzvü olduğu və əmrlərə “baş üstə” dediyi üçün - İsgəndər Cavadova yubiley keçirilir, hətta məclisdə pul yığmağına şərait yaradılır. Əvəzində “Neftçi-66”-nın əfsanələrindən olan Yaşar Babayev başıaşağı, sadə və əsl azərbaycanlı olduğu üçün uzaqbaşı həmin Cavadovun da aldığı veteran pensiyasına layiq bilinir, bir də ad günündə forma bağışlanır.
 
Yaxınlarda Vəli Qasımovun yubileyi də keçirildi. Böyük pullar xərcləndi, SSRİ veteranları Bakıya dəvət edildi və s. O da diqqətdən kənar qalardı, 50 illiyi keçirilməzdi. Yalnız ölkə rəhbərliyi tərəfindən diqqətdə saxlanıldığı və övladı ilə bağlı məlum olaya görə onu unutmadılar, unuda bilmədilər. Əks halda, ondan zəif futbolçu olmamış, əksinə, daha çox titulu olan Nazim Süleymanov da yad edilərdi.
 
AFFA tarixə ehtiramını qurumun binasında rəhmətlik Abas Əzimovun fədakarlığı sayəsində yaradılan muzeyi bağlayarkən də göstərib. İndi eksponatlar zirzəmidə məhv olur, muzey otağı isə qohum-qardaş üçün girələnməyə hesablanmış ofisdi.
 
Bir neçə gün öncə AFFA rəhbərliyi daha bir muzeyin açılışını etdi. Çadır düzəldib Avropa Liqası muzeyini nümayiş etdirdilər. O qədər səriştəsiz, işbilməzdilər ki, burada da saxtakarlıqları üzə çıxdı. 2019-cu il finalını Bakı Olimpiya Stadionunun qəbul etməsi şərəfinə keçirilən tədbirdə nümayiş etdirilməli çox şey var idi. Amma təşkilatçılar hər şeyi başdansovdu etdi, yola verdilər. Lakin...
 
Doğrusu, nə mərasimə qatılmışam, nə də pul qırmaq tələsi kimi düşülən belə tədbirlərin təbliğatçısı olmaq istəmişəm. Amma dünən muzeydən fotosessiyaya baxarkən diqqətimi bir şəkil çəkdi.
 
Ölkəmizin bir çox klubu Avropa Liqasında oynasa da, qrupa yüksəlmiş 3 təmsilçimiz var. “Neftçi”, “Qəbələ” və “Qarabağ”ın fərqləndirilməsi, bayraqlarının nümayişi bu üzdən başadüşüləndi. Gəl ki, formaların sərgilənməsindəki saxtakarlıq AFFA məmurlarının niyyətlərini aşkara çıxarır, onları ifşa edir.
 
“Qarabağ” bu mövsüm də Avropa Liqasında mübarizə apardığından onlarla bağlı problem yoxdu, forma təzədi; “Qəbələ”nin geyimində dizayn dəyişikliyi yoxdu, üstəlik, klubdan dəqiqləşdirdik ki, həmin vaxt – yəni, qrupda oynayarkən istifadə olunmuş forma muzeyə təqdim edilib. Və hər 2 klubun geyimlərinə imza atmış oyunçuların əksəri bu turniri görənlərdi.
 
“Neftçi”ylə bağlı isə vəziyyət fərqlidi. Düzdü, “Neftçi” də son mövsümdə Avropa Liqasında oynayıb, amma muzeyə təqdim edilməli eksponat indiki geyim olmamalıdı. Bakılılar tarixi 2012-ci ildə yazıb və arxiv üçün “Nike” loqosu olan yox, “Adidas”ın bəzədiyi forma göndərilməliydi. Və onun üzərində həmin vaxt “Xəzər Lənkəran”da oynayan Ruslan Abışovun, ölkəmizə ayağı dəyməmiş Slavko Braliçin, Kiril Petrovun və başqalarının deyil, məhz tarixi yazanların avtoqrafı olmalıydı. Roberto Bordin özünə hörmət qoysaydı, heç o da Macarıstan faciəsinə görə bu geyimə imza atmamalıydı.
 
AFFA “Neftçi”dən məhz qrupların qapısını araladığı tarixi oyunda geyinilən formanı istəməli, klub da təmin etməliydi. Vobaya, Flavinyoya, Bertuççiyə əl çatmaya bilər, amma həmin vaxt oynamış Erik Ramos, Cavid İmamverdiyev, Saşa Stamenkoviç, Mahir Şükürov, Rəşad Sadiqov və başqaları indi də Bakıdadı, onlardan bir imza almaq elə də əziyyətli iş deyil.
 
Təbii ki, bu, AFFA-nın məqsədyönlü səhvidi. Onlar tarixi silmək üzrə ixtisaslaşıb. Özlərinin bacarmadığı heç nəyi arxivləşdirmək istəmirlər, başqalarının qazandığı uğurları silirlər ki, görə bilmədikləri işlər kölgədə qalmasın.
 
Həmin dövrün, cəmi 6 il öncənin formalarını tapmaq da problem deyil. “Neftçi”nn muzeyində 1966-cı ilin topu, bileti, butsu yerini alıbsa, deməli, həmin geyimlərdən də bir dəst olmalıdı. Elə Abas dayının AFFA-nın zirzəmisinə atdıqları eksponatlarını gözdən keçirsələr, beləsini tapmaq olar. Yox, Elxan Məmmədov belə istəyibsə, öz “palatka” dünyasında dövranını sürsün.
 
CAVAD
 
 
 
 

 
tarix: 25-12-2018 09:00


 
Xəbər lenti
24.04.2019

19:04   Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34   “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53   “Səbail”in Essyeni sıradan çıxdı

17:28   “Ayaks”dan rekord göstərici

16:50   “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24   Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15   “Qarabağ” 6 aydan sonra...

16:02   90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40   Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16   Messi 100-ə çatdı

14:47   Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22   Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09   “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45   Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02   İtaliya klubu baş məşqçisini qovdu

12:37   “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05   Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29   “Barselona” oynamadan çempion ola bilər

11:06   Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40   “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11   Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51   Premyer Liqanın tarixinə keçən qol

09:30   Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00   Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21   “Barselona”dan inamlı qələbə

00:53   “Tottenhem”ə 1 qol bəs etdi

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az