(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Stuxlikin kriteriyaları

Stuxlikin kriteriyaları

AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni sədri Frits Stuxlik islahat aparır. İnsafən, onun bir çox addımları təqdirəlayiqdi.
 
Avstriyalı komitəni artıq, təsadüfi adamlardan təmizləməyə çalışır. AFFA-ya doluşmuş qeyri-peşəkarların biletini kəsən sədr heyəti buna haqqı çatan insanlarla formalaşdırmaq niyyətindədi. Lakin onun köməkçiləri, komitə üzvləri özü də daha titizliklə seçilməlidi. Çünki yardımçıları da bu baxımdan səriştəsiz, bacarıqsızdı.
 
Əlimizə Stuxlikin tələblərini əks etdirən, AFFA nümayəndəsi və hakim-inspektor olmağa iddia edənlərin seçilməsi ilə bağlı meyarlar, kriteriyalar olan sənəd keçib. Bu sənəddən əsas məqsəd bəlli olur, lakin onu kim tərtib edibsə, savadına rişxənd etməkdən başqa yolumuz yoxdu.
 
Dəhşətli dərəcədə orfoqrafik səhv olan mətndə “yeyilən”, “qondarılan” hərflər kifayət qədərdi. Orta təhsili olduğuna şübhə etdiyimiz kimsə tərəfindən yazılan sənədə diqqət edək.
 
* “Müəyyən” sözünü fərqli cümlələrdə 3 fərqli formada istifadə edən müəllif üçün Vətənin önəmi yazdığı “vətandaş” sözündən bəlli olur. Əvəzində SSRİ sevgisi sıralanan “S” sayından hiss olunur.
* “Azərbaycan dilində danışmaq və raport yazmaq” tələbi əladı, amma siyahı müəyyənləşərkən məhz belələri ilə bağlı problem yaranacaq. Çünki kimsəyə bunu bacarmadığı sübut edilə bilməz, hamı bir ağızdan AFFA-nın baş katibi Elxan Məmmədovdan daha səlis danışdığını deyə və isbatlaya bilər.
* Dövlət tərəfindən mükafatlandırılmış şəxslərlə bağlı bənddə yalnız “Tərəqqi” medalının “İdman sahəsinə görə” kimi fərqləndirilməsi absurddu. Belə aydın olur ki, “Şöhrət” və ya “Şərəf” ordeni alanların idmana bağlılığı vacib deyil. Yəni, Zeynəb Xanlarova və ya Alim Qasımov da bu kriteriyaya cavab verir, onlar da AFFA nümayəndəsi kimi təyinat ala bilərlər.
* AFFA abreviaturasının kiçik hərflərlə yazıldığı bölümdəki qadağalar da qəribədi. Əslində, burada “AFFA nümayəndəsi ola bilməz” kimi yazılsa, daha məntiqli görünər. Yeri gəlmişkən, bu qadağalardan sonra çox adamın problemi olacaq. Məsələn, “Keşlə”nin Müşahidə Şurasında olan Asim Xudiyevin hakim-inspektor kimi təyinat alıb-almayacağı maraqlıdı. O, klubdan istefa verməlidi. Çünki beynəlxalq oyunlara təyinat alır və sabiq FIFA referisi kimi sevimli peşəsində qalması daha məqsədəuyğundu.
 

 
tarix: 25-12-2018 10:01


 
Xəbər lenti
22.03.2019

20:19   Yığmamızdan BƏƏ ilə heç-heçə

20:00   Azərbaycan - Litva: Mətbuat konfransı, açıq məşq

19:21   “Keşlə”nin divizion klubu ilə matçının vaxtı açıqlandı

18:47   Əliyar Ağayev Polşa - Latviya oyununda

18:13   Yığmamız Gürcüstana uduzdu

17:18   “Qarabağ” - “Zirə” matçının vaxtı və yeri açıqlandı

16:06   Almaniya millisi itki ilə üzləşdi

15:00   ECA-nın loqosu dəyişdirildi

14:23   Hollandiyadan 4 cavabsız qol - VİDEO

13:46   Perişiç: “Layiqli qələbə qazandıq”

13:00   Xorvatiya prezidenti: “Nəticə bundan da yaxşı ola bilərdi”

12:11   Modriç: “Azərbaycan qeyri-adi komanda olduğunu göstərdi”

11:00   Belçika - Rusiya matçında 4 qol - VİDEO

10:49   Ölkə prezidenti millimizlə oyundan razı deyil: "Gərgin idim"

10:33   AÇ-2020: Ulduz səfirlərin siyahısı açıqlandı

10:17   Yurçeviçin yamsılamağı

10:01   Astanada gözlənilməz darmadağın - VİDEO

09:51   Şeydayev: “İlk epizodda da rəqib qapısına yol tapmalı idim”

09:44   Səlahət Ağayev: “Topu çıxarmağı bacarmadım”

09:32   Azərbaycan yığmasının Zaqreb məğlubiyyəti - VİDEO

09:15   Sampaoli maaşından imtina etdi

09:00   Türkiyə Albaniyaya, Ukrayna Portuqaliyaya qarşı - YENİLƏNİR

02:42   Zlatko Daliç: “Əsas odur ki, 3 xal qazandıq”

02:31   Nikola Yurçeviç: “Uduzmalı deyildik”

01:55   Hollandiyadan darmadağın, Belçikadan Rusiya üzərində qələbə

01:35   Millimiz Zaqrebdən məğlub qayıdır

00:44   Kosovo - Danimarka matçında 4 qol

21.03.2019

21:55  UEFA Ronaldonun cəzasını açıqladı

16:14  “Neftçi”nin futbolçusu Seneqala qarşı 90 dəqiqə oynadı

15:43  İngiltərə millisi daha bir futbolçusunu itirdi

14:34  “Neftçi” “İzmir Cup”da iştirak edəcək

13:58  Türkiyə millisində itki: Heyətdən çıxarıldı

12:43  Emenike Türkiyəyə qayıdır

11:28  İker Kasilyasdan yeni müqavilə

10:26  Ferqyusonun çeynədiyi saqqız 455 min avroya satıldı

09:41  Sabiq “Qalatasaray”lı İtaliya klubunda

02:10  Millimizin rəqibinə 1 qol bəs etdi

00:07  Millimiz Zaqrebdə son məşqə çıxdı - FOTOLAR

00:01  Maksim Medvedev: “Oyun səviyyəmiz nisbətən azdır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az