(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Futbola cavabdehlər bölgələrə ölkə prezidentindən daha az səfər edir

Futbola cavabdehlər bölgələrə ölkə prezidentindən daha az səfər edir

Vaxt var idi ölkə prezidenti bölgələrdə inşa edilən müasir stadionların açılışlarında həvəslə iştirak edirdi, yeni klublar yaradılırdı, köhnələr bərpa edilirdi... "2005-2015 futbola dair Dövlət Proqramı"nın qəbul edilməsinə şərait yaradılmışdı. Bunun nəticəsində neçə-neçə dövlət qurumları, şirkətlər, iş adamları futbola cəlb edildi.
 
2004/05-ci futbol mövsümündə stadionlara 10, 15, 20 min azarkeş gəlirdi. Futbola maraq, inam günü-gündən artırdı. Çempionatın, klubların səviyyəsi, imkanları getdikcə çoxalırdı... Xalqda, azarkeşlərdə yaxın gələcəkdə ciddi uğurların qazanılmasına böyük inam yaranmışdı.
 
İlk cizgilər özünü çox gözlətmədi. "Birlik kuboku"nda "Neftçi", "Xəzər Lənkəran", "İnter"in qazandıqları kuboklar futbol ictimaiyyətini daha böyük qələbələrə ümidləndirirdi. Düşmən "Pünik"i canını aradan çıxmaqla qurtarırdı, finalda vurduğumuz qolları Blatter, Platini ayaq üstə alqışlayırdı...
 
Artıq xəyal görünən UEFA qrupları arzulanırdı. İlk olaraq bu tarixi missiyanı flaqmanlığına uyğun "Neftçi" öz üzərinə götürdü. 2012-ci ildə Çempionlar Liqasının 1/4 finalında Madrid "Real"ı qarşılaşmiş APOEL üzərində möhtəşəm səfər qələbəsilə qrup yolları açıldı. Növbəti il "Qarabağ" davamını gətirdi.
 
Daxili rəqabət ildən-ilə artırdı. Bütün iddialı klublarımız qruplara can atırdı. Bunun nəticəsində "Qəbələ" də ardıcıl Avroliqa qruplarını qazandı, "Qarabağ" isə ötən mövsüm ÇL qrupuna çıxmaqla yeni tarix yazdı...
 
Azərbaycana kimlər gəlmədi, məcbur edilmədi? "İnter", Çelsi", "Atletiko", Roma", "Tottenhem", "Borussiya", "Sportinq", "Arsenal"... Artıq azarkeşlərimiz "Rubin", PAOK, Sent-Etyen", "Olimpiakos", "Dnepr" və digər güclü klubları sıradan rəqiblər sayırdı...
 
Çempionatda da mübarizə amansız idi. "Neftçi", "Xəzər Lənkəran", "Karvan", "Bakı", "Qarabağ", "Qəbələ", İnter"in hər mövsüm mütləq çempionluğa oynaması, "Turan", "MKT Araz", "Simurq", AZAL-ın Avropaya can atması hər turu, hər oyunu baxımlı edirdi, 10 minlərlə azarkeş tribunaları doldururdu. "Neftçi" - "Xəzər Lənkəran" "Böyük oyun"larının əks-sədası ölkə hüdudlarını aşırdı. Dolu tribunalı Gəncə azarkeşləri "Kəpəz"in dirçəlməsini düşünürdü. Blokadada olan Naxçıvan "Araz"ı həvəslənirdi. Mingəçevir, Qusar, Şəmkir, Qazax və digər şəhər və rayonlarımız ümidlə böyük futbolun yolunu, köklü klubların bərpasını gözləyirdi...
 
Klublarımızın uğurları fonunda millimiz bərbad oyunu, biabırçı nəticələri ilə balansı pozurdu. Daha doğrusu, klubların uğurları futbola cavabdehləri rahat buraxmırdı. Azarkeşlər klublar kimi millidən də nəticələr tələb edirdilər...
 
Artıq, "ölkədə futbol zəifdi", "futbolçu yoxdur" adıyla bəhanələr gətirə bilmirdilər. İlham Əliyevin klubların nailiyyətlərinə həssas yanaşması milliyə məsulların canına vəlvələ salmışdı. Klubların "partizan"lığı, nəticələri onlara rahat yatmağa imkan vermirdi. Havaya sovrulan 100 milyonlarla vəsaitin hər an hesabatı istənilə bilərdi...
 
Nə yazıq ki, futbol adına deyil, şəxsi məqsədlər, yerlərinin qorunması, istər yuxarıları, istərsə ictimaiyyəti yanıltmaq, aldatmaq üçün əməli addımlara əl atıldı. Vəzifələr, kifayət qədər maliyyə imkanları əllərində cəmləşmişdi. Onsuz da futbolda olan haqsızlıqlara görə "Karvan", "MKT- Araz" kimi imkanlı və digər ortabab klublar dağılmışdı. Klub idarəçiliyində olan boşluqlar da prosesi sürətləndirirdi...
 
Ölkə futbolunda bacarıqsız idarəçiliyi ört-bastır etmək üçün cavabdehlər tərəfindən məkrli plan hazırlandı. Klubların dağıdılması, zəiflədilməsi, ələ keçiriməsi yolunda İcraiyyə Komitəsi 2013-cü ildə şuralaşma ilə bağlı xüsusi qərar qəbul etdi.
 
İlk olaraq "Neftçi" blokadaya alındı, zəiflədildi. "Xəzər Lənkəran", "Bakı"nın çöküşünə, sonda dağılmasına təkan verildi. "İnter"in çoxdankı plan üzrə adı dəyişdirildi, "Simurq", AZAL tükəndi. Klub idarəçiliyində buraxılan ciddi səhvlərlə birgə məsələlər bilərəkdən sürətləndirilirdi, qarşısı alınmırdı. AFFA tərəfindən ikili müqavilələrə göz yumulması, lazımı qərarların verilməməsi milyonlarla dollarların mənimsənilməsinə şərait yaradırdı. Vaxtında qarşısı alınsaydı, bu gün heç bir klub dağılmazdı, ayaqda durardı...
 
Nə qədər acınacaqlı durum yaransa da belə, şuralaşmayan, bundan imtina edən klublar, əsasən də "Qarabağ", "Qəbələ" futbolu dağıdanların məkrli niyyətlərini uzadırdı. Futbolun bataqlığa sürükləndiyi dönəmdə qrupların qazanılması sabaha olan bir ümiddir. Futbol tam olaraq dağıdılıb, neçə nəsil futbol genefondu beşikdəcə məhv edilib.
 
Bununla yanaşı, istədiklərinə hələ tam çatmayıblar. Klubların uğurları fonunda millinin fiaskosu bumeranq rolunu oynayır. Artıq haqlı olaraq hesabat istənilməyə başlanılır. Gecə-gündüz təbliğat maşını da istənilən effekti vermir...
 
Millətlər Liqasındakı biabırçı nəticələr, futboldankənar saray oyunları futboldakı xaosu pik nöqtəyə çatdırıb. İndi bütün millilərə əcnəbiləri gətirməklə növbəti hiyləyə əl atılır, vaxt udulmağa çalışılır, yerlərinin qorunması üçün dəridən-qabıqdan çıxırlar. Avropa-2020-nin Azərbaycanda keçirilməsi üçün milyonlarla vəsait xərclənib. İllərdi yaradılan yüksək səviyyəli şəraitə uyğun milli finallara çıxmaq uğrunda mübarizə aparmalıdır.
 
Bölgə futbolunu məhv edib yanlış strategiya ilə 100-dən(!) artıq əcnəbi futbolçu milliləşdirilib və Azərbaycan futboluna ziyandan başqa heç bir faydası olmayıb. Çox vaxt yanlış düşünülür. Azərbaycana İtaliya, Almaniya kimi millilər gəlib. Bəli, gəlib, gətirilməyib. Klublarımız isə qrupları qazanmaqla nəhəngləri Bakıya gəlməyə məcbur edib. Millinin illər ərzində qazandığı "uğurlar"ın nəticəsi, gücü, güzgüsü Millətlər Liqası idi: Kosovo, Malta, Farer adaları. Avropada "D"dən aşağı liqa yoxdur...
 
Vəziyyətdən çıxmaq üçün addımlar atılır, yeni planlar cızılır. Bugünə kimi heç nə alınmadığı kimi bundan sonra da alınmayacaq. Çünki dağıdıcı qüvvələrə yaradıcılıq yad bir məfhumdur. 10-15 ildə olduğu kimi növbəti aylar, illər udulacaq, qazandıqlarının üstünə yüz minləri, milyonları bir qədər də artıracaqlar. Futbol isə daha da tənəzzülə doğru yolunu davam edəcək...
 
İnfrastrukturdan, uşaq futbolundan, təməldən, inkişaf strategiyasından danışmağa dəyməz. Hər il dövlətin, xalqın pullarını istədikləri kimi sorğu-sualsız xərcləyirlər. Çox yaxın keçmişdə açılışları olan müasir stadionlar artıq böyük futbolsuz qalıb. Yarıtmaz futbol idarəçiliyi ilə klublar dağılıb, dağıdılıb. Bölgələrimizdə sovet dövründən qalan idman qurğuları isə uçub dağılır, son nəfəslərini yaşayırlar. Stadionların qazonları mal-qara üçün otlağa çevrilib...
 
Azərbaycan futbol ictimaiyyətinin futbola olan inamı sıfıra endirilib. 8 komandalı açıq "Bakı birinciliyi"nin oyunlarında tribunalar azarkeş fəryadı qoparır. Ümidlər getdikcə tükənir. Deyirlər ümid sonda ölür. Son ümid isə...
 
Azərbaycan futbolunu dirçəltmək, futbola olan inamı qaytarmaq mümkündür. Yetər ki, ciddi və doğru addımlar atılsın, futbolun dağıdılmasına birdəfəlik son qoyulsun!
 
Futbola cavabdehlər bölgələrə ölkə prezidentindən daha az səfər edirlər, futbolun mövcud durumu ilə maraqlanırlar. Xalqla futbol başbilənləri arasında böyük uçurum yaranıb. Avropa ölkələri səfərlərindən xalqa yuxarıdan aşağı, futbolun üzünü qara etdikləri kimi qara millət kimi baxılır. Azərbaycan futbolu "Bayıl Arena" ilə "Dalğa Arena" arasında vargəl edir...
 
 
Nəhayət, 2019-cu ildə futbolda, futbol idarəçiliyində köklü dönüş ili olmalıdır. Başqa yolu da yoxdur! Top mərkəzdədir. Futbolun dirçəlməsi yolunda ilk zərbənin vurulması artıq ölkə başçısındadır! Azərbaycan futbolunu sevənlər, azarkeşlər səbirsizliklə bu anı gözləyirlər. Növbəti ildə, növbəti ad gününə kimi bölgələrimizdə klubların bərpa olunması, yeni-yeni stadionların açılışı, futbola olan inamın qaytarılması arzusu ilə...
 
TAHİR SÜLEYMANOV

 
tarix: 24-12-2018 23:23


 
Xəbər lenti
19.04.2019

09:04   Autsayderlərin layiqli kötəklənməsi

09:00   “Qəbələ” “Zirə”yə qarşı - YENİLƏNİR

00:58   Avroliqada yarımfinalçılar bəlli oldu

18.04.2019

23:55  “Keşlə”nin gənc qapıçısı xəstəxanalıq oldu - FOTO

21:51  “Qarabağ”dan “Keşlə”yə 3 cavabsız qol - VİDEO

21:28  Qurban Qurbanov: “Hər qərara etiraz edə bilmərik”

21:17  Tərlan Əhmədov: “Uşaq səhvləri məni çox yorur”

21:00  “Qəbələ” yeni prezidentini açıqladı - RƏSMİ

20:56  “Qarabağ”dan darmadağın

20:00  “Sumqayıt” “Səbail”ə də uduzdu - VİDEO

19:42  Tərlan Əhmədov qovuldu

19:31  Aftandil Hacıyev: “Maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı”

19:19  Ayxan Abbasov: “Məğlubiyyətə layiq deyildik”

19:01  “Sabah” Təmkin Xəlilzadəni qovdu

18:55  “Neftçi” “Sabah”la matça hazırlığı başa vurdu

18:35  “Səbail”dən Sumqayıtda əzmkar qələbə

18:06  Şevçenko “Neftçi”nin qonağı oldu

17:43  Avropa nəhənglərinin istədiyi futbolçunu 7 milyon avroya aldı

16:38  Millidə baş məşqçi istefası

16:10  Serbiya - Azərbaycan: 2 oyun, 15 qol - VİDEO

15:34  La Liqa klubunda yeni müqavilə

15:10  Ayaz Quliyev “Spartak”ın əsas heyətinə döndü

14:49  “Neftçi” ilə oyuna üç itki ilə

14:27  Dani Kintana Polşada ən yaxşılar arasında

14:00  ÇL-də yarımfinal matçlarının vaxtı açıqlandı

13:24  “Yuventus”un forvardı 2 həftəlik sıradan çıxdı

13:01  Ramiz Məmmədovdan Tərlan Əhmədova dəstək

12:45  Sabiq “Qalatasaray”lı Dortmund “Borussiya”sında

12:02  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:37  “Qəbələ” - “Zirə”: 18-ci duel

11:14  Elçin Məmmədova sərt ittihamlar: “Kişi olan şəxs heç vaxt zənən xeylağı ilə prinsip aparmaz”

10:46  Çempionlar Liqasında yeni rekord

10:20  Millidə yeni baş məşqçi, 7 aylıq müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az