Şotlandiyanın “Seltik” klubu 15 yaşlı futbolçusu Karamoko Dembele ilə müqavilə imzalayıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2021-ci ilə qədər uzadılıb.
Dembele əsas komandada 77 nömrəli formanı geyinəcək.
Bu, Dembelenin karyerası ərzində ilk peşəkar müqaviləsidi. O, daha əvvəl "Seltik"in gənclər komandasında çıxış edib.
Qeyd edək ki, Dembele 2016-cı ildə 13 yaşında olarkən klubun gənclər komandasında debüt edib. Həmin il Şotlandiyanın U-16 yığmasına cəlb olunan futbolçu az sonra qərarını dəyişərək İngiltərənin U-15 yığmasında forma geyinməyə başlayıb.