(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Millimizin baş məşqçi postuna əsas namizəd müəyyənləşdi - ÖZƏL

Millimizin baş məşqçi postuna əsas namizəd müəyyənləşdi - ÖZƏL

Milli komandamıza baş məşqçi axtaran AFFA bir çox namizədlə danışıq aparır. Amma AFFA-nın baş katibi Elxan Məmmədovun hədəfindəki əsas sima Fernando Yerrodu.

Yerro son dünya çempionatında İspaniya millisinə rəhbərlik edirdi. O, qalmaqallı şəkildə “Real”a gedən Xulen Lopeteginin millidən qovulmasından sonra bu kresloda məcburən əyləçmişdi. Yerro İspaniya Futbol Federasiyasında da çalışdığından, milli komandaya təcili baş məşqçi tapmaq lazım olarkən bu posta sahib çıxması məsləhət bilindi. Lakin yığmanı uğursuzluqdan xilas edə bilməyincə özü də bu postda qalmadı.

Futbolinfo.az xəbər verir ki, Yerroyla danışıqların uzanmasına səbəb AFFA-nın onun qarşısına qoyduğu tələblərdi. Belə ki, futbol funksionerlərimiz milli komandamızı çalışdırmağa razılıq verəcək məşqçidən Azərbaycan yığmasını AÇ-2020-nin final mərhələsinə çıxarması ilə bağlı vəd verməsini gözləyir. Yerro isə bunun mümkünsüz olduğunu bildiyindən bu şərtlə razılaşmır. O, yığmamıza gəlməkdə maraqlıdı, amma bu tələblə yox. AFFA rəhbərliyi isə məsuliyyəti məşqçinin boynuna yükləməkdən ötrü onun dilindən belə bir razılıq almaq niyyətindədi.

Yerronun qarşısına qoyulan daha bir maraqlı şərt milli üzvlərinin İspaniya və ya digər Avropa klublarına yerləşdirilməsinə yardımçı olmaqdı. Lakin digər şərtlə müqayisədə, bu, ispaniyalı mütəxəssisi o qədər də ciddi narahat etmir. AÇ-2020 ilə bağlı konkret hədəfin qoyulması isə Fernandonun tərəddüd etməsinin əsas səbəblərindəndi.

Tərəflər müqavilə ilə bağlı demək olar ki, bütün məsələlərdə razılığa gəliblər. Yerro AÇ-nin final mərhələsi ilə bağlı tələblə də bağlı razılıq versə, yaxın 2-3 gündə təyinat rəsmiləşəcək.

Bütün milli komandalarımıza baş məşqçi təyinatları da yeni ilə kimi reallaşmalıdı. Dekabrın son günlərində AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilməli və məşqçilər təsdiqlənməlidi. Hazırda əsas sual məhz əsas milliylə bağlıdı. Yerro ilə razılıq əldə olunan kimi, digər məşqçilərin də adları açıqlanacaq və İcraiyyə Komitəsinə təsdiq üçün göndəriləcək.

Sonda onu da qeyd edək ki, futbolçu karyerası dövründə “Valyadolid”, “Real”, “Al Rayyan” və “Bolton” klublarında forma geyinmiş Yerro İspaniya yığmasında 89 oyun keçirib. O, məşqçiliyə 2014-cü ildə “Real”da baş məşqçi asistenti kimi başlayıb. 2016/17 mövsümündə “Ovyedo”nu çalışdıran 50 yaşlı mütəxəssis bu ildən İspaniya Futbol Federasiyasında çalışır. Yığmaya müvəqqəti rəhbərlikdən sonra isə o, İspaniya millisində idman direktoru vəzifəsində çalışmağa başlayıb. Kəsəsi, məşqçi kimi heç yerdə özünü sübut etməyib, amma AFFA ona millimizi tapşırmaq niyyətindədi.


 
tarix: 25-12-2018 16:14


 
Xəbər lenti
20.02.2019

02:51   Çempionlar Liqasında qolsuz gecə

19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

09:14  “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az