(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Avropa Liqası ilə bağlı daha bir görüş

Avropa Liqası ilə bağlı daha bir görüş

UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə növbəti görüşünü dekabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə və müəllim heyəti ilə görüş keçirib.

Futbolinfo.az xəbər verir ki, 450-yə yaxın tələbənin iştirak etdiyi görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub. Qeyd edək ki, tədbirdə Millimizin və “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə də iştirak edib.

Daha sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfəolaraq özünün könüllülük proqramını təqdim edib. Proqram çərçivəsində təşkilati məsələlər iləbağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəswww.finalbaku2019.az/volunteers linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevral ayında müsahibəyə dəvət ediləcək.

Müsabiqədən keçən könüllülər üçün təlimlər 1 aprel tarixindən etibarən – 18 may tarixinə kimi davam edəcək. Təlimlər əsasən 3 fərqli sahəni əhatə edəcək: Ümumi Təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar), Rol təlimi (vəzifə barədə təlim) və Məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olacaq.

Qeydiyyatla bağlı suallarınızı volunteer@affa.az email ünvanına göndərə bilərsiniz. Məlumat üçün bildirək ki, könüllülər proqramı ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.


 
tarix: 25-12-2018 16:58


 
Xəbər lenti
26.06.2019

00:27   Mirabdulla icarə müqaviləsi imzaladı

25.06.2019

23:00  Qurbanov daha yaxşı olacaqlarını vəd etdi

21:51  "Qarabağ": yenə qolsuz, yenə qələbəsiz - YENİLƏNİB

21:00  "Səbail"i darmadağın etdilər - YENİLƏNİB

19:46  “Keşlə”dən Latviya klubuna

19:23  “Neftçi” ilə oyundan sonra sevinməyimiz Qurban Qurbanovun xoşuna gəlmirdi”

17:43  “Sevilya”nın futbolçusu qəza törətdi, 2 nəfər öldü - FOTO

17:21  “Sumqayıt”da istirahət başa çatdı

17:00  “Çelsi” Lempardla danışıqlara başladı - RƏSMİ

16:44  Lion “Olimpik”ində yeni futbolçu

16:23  “Borussiya”dan Premyer Liqa klubuna

16:02  Şeydayev yeni mövsümü bu klubda keçirəcək

15:46  Milli komandada ciddi itki

15:25  “Qarabağ”ın legioneri oynamadı, komandası qalib gəldi

15:01  Super Liqa təmsilçisindən Liqa 1 klubuna

14:42  “Səbail”in yoxlama oyununun vaxtı dəyişdirildi

14:24  UEFA “Qarabağ”ın albanlarla ilk oyununun saatını açıqladı

14:00  “Neftçi”nin cavab matçının da vaxtı bilindi

13:43  “Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik”

13:22  “Neftçi”nin yeni transferi: “Hədəfim bacardığım qədər çoxlu qol vurmaqdı”

13:00  Amerika kubokunda 1/4 finalın cütlükləri

12:41  Millimizin futbolçusu ən yaxşılar arasında

12:20  Tunis xal itkisi ilə başladı

12:00  Emil Balayev Qazaxıstanda hamını qabaqladı

11:46  Uruqvay qrup lideri, Çili ikinci oldu

11:30  Yeni transferi “Qarabağ”la məşqlərə başladı

11:00  Azərbaycanlı referi final oyununa təyinat aldı

10:30  Dəniz Yılmazın klubundan yeni transfer

10:00  Super Liqa klubundan 2 transfer

09:30  “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00  “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az