(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
AFFA-da nə və necə dəyişəcək?

AFFA-da nə və necə dəyişəcək?

AFFA ciddi dəyişilkliklər ərəfəsindədi. Futbol qurumundakı susqunluq təkcə milli komandalara yeni baş məşqçi axtarışı ilə bağlı deyil. Tezliklə çox şey dəyişməlidi.
 
Planlar var. Hansının baş tutacağı həm də klanlararası döyüşlərin nəticəsindən, yuxarıları kimin daha yaxşı inandıracağından asılıdı. Hazırda bir neçə variant planlaşdırılır – biri alınmadısa, digərinə əl atılacaq.
 
İlk plan martda baş tutacaq Növbəti Hesabat Konfransını önə çəkmək və Hesabat-Seçki Konfransına çevirməkdi. FIFA və UEFA-dan icazə gözlənilir ki, İcraiyyə Komitəsinin tezliklə baş tutacaq iclasında bu barədə qərar verilsin. Baş katib Elxan Məmmədov “saray çevrilişi” üçün lazımi göstərişləri öz himayədarından alıb və səbəbkar da inandırılaraq razı salınıb. Avro-2020-nin final mərhələsində təmsil olunacağımızla bağlı vədin yerinə yetirilməməsi üzündən bu addım atılır və bir növ günahların etirafıdı.
 
İş ondadı ki, Məmmədov ağıllı tərpənib və özü sudan quru çıxmaq üçün manevr edib. O, yalnız AFFA prezidentinin dəyişdirilməsi planı üzərində işləyir. Ya başqa bir məmurun gəlişinə imkan yaratmaqla postunu qoruyacaq, ya da SOCAR-ın sponsor kimi qalmasına nail olaraq özü daha yüksək posta keçəcək.
 
12 ildi baş katib vəzifəsində çalışan və bu müddətdə heç bir layihəsi uğurlu olmayan Məmmədov futbola qazandıra bilmədiklərini gizlətməyi bacarır. O, bu dövrdə çəkişmələrdən, qrupların davasından öz xeyrinə yararlanmaq təcrübəsi qazanıb və indi də bundan faydalanır.
 
Bir müddət öncə Məmmədovun aylıq qazancının 2 dəfə artırılması da yəqin ki, elə onun özünün prezident postuna iddiasına görədi – buna layiq olduğunu düşünürlər. AFFA-da yüksək maaş vermək mümkün olmadığından məmurlar “paket” sistemindən faydalanır. Assosiasiyadan maliyyələşən klubların rəhbərləri də məhz bu şəkildə dolanır. Məsələn, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev aylıq 10, “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov 20 min manat “paket” alır. AFFA-da departament rəisləri 5-7 min manat arası məvacibə sahib çıxır.
 
Bunu sübut etmək çətindi, bu pullar rəsmi şəkildə verilmir. Amma bu barədə söz-söhbət var, rəsmi təsdiq/təkzibi də işıqlandırmağa hazırıq.
 
Elxan bəydə bu rəqəm - əlavə qazanclar nəzərə alınmamaqla - bir neçə ay öncəyə kimi 50 min manat təşkil edirdi. Deyilənlərə inansaq, indi o, bunun iki qatına sahib çıxır – bu isə artıq ona etimadın artmasına işarədi və vəzifəsinin böyüdülməsinə hesablanıb. Və planlar da bir-bir həyata keçirilir. Milli komandalarda məşqçilər heyəti dəyişdirildi, bu sektora nəzarət yenidən tam olaraq baş katibə keçdi. İndi isə de-fakto AFFA rəhbəri olan Məmmədov vəzifənin de-yure sahibi olacaq.
 
B variantı da var. Bu isə baş katibin postunda qalması şərtiylə ediləcək rəhbər dəyişikliyindən gedir. Daha öncəki AFFA prezidenti ilə də işləmiş Məmmədovun artıq belə bir təcrübəsi var. Rəsmən milyonçu olan Elxan bəyin indi əli daha da uzanıb, çox adama çatır, əlaqələri genişdi, daldalanmaq üçün hamiləri var və işlədiyi dövrdə onları unutmayıb, xidmətlərini dəyərləndirib.
 
Maraqlıdı ki, hamı futbol təsərrüfatının darmadağın olmasında Məmmədovun günahkar olduğunu bilir, görür. Sadəcə, görünür, bu sahənin inkişafı heç kimə maraqlı deyil, ona görə də köklü yox, kosmetik dəyişiklik edilir. Vəziyyətin bərbad olması kimlərəsə sərf edir – belədə problemi çözmək üçün daha çox ölan qurulur, daha çox vəsait ayrılır, dağıdılır. Və heç kimə futbolun inkişafı lazım deyil, bu idman növü cib doldurmaq üçün vasitəyə çevrilib.

 
tarix: 26-12-2018 11:46


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az