(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Topaz”da futbol çərşənbəsi

“Topaz”da futbol çərşənbəsi

Bu günü yarızarafat, yarıgerçək "futbol çərşənbəsi" adlandırmaq olar. İlin son həftəsinin ortasında azarkeşlər İngiltərə, İtaliya, Şotlandiya və Belçika çempionatlarının bir-birindən maraqlı oyunlardan zövq alacaq. Hələ bu ölkələrin aşağı liqalarında keçiriləcək görüşləri demirik. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" bu gün proqnoz həvəskarlarına 187 qarşılaşma təklif edir. Onlardan 59-na canlı, 24-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar.

İtaliya A seriyasında günün ən çox maraq doğuran görüşləri Berqamo və Milanda keçiriləcək. Çempionatın lideri "Yuventus" "Atalanta"nın qonağı olacaq. "Qoca sinyora" berqamolular üçün "qorxulu yuxu"ya bənzər rəqibdir. Təkcə bu fakt kifayətdir: "Atalanta" düz 17 ildir A seriyasında "Yuve"yə qalib gələ bilmir. Bu mövsüm daxili çempionatda məğlubiyyət tanımayan turinlilər yenə Berqamo səfərinə favorit statusu ilə yollanıb. "Atalanta" çoxillik sindromu qıra biləcək, ya yox, bunu yalnız matçın tamamında biləcəyik. "Topaz"da bu görüşə canlı və "təkli" mərc edə bilərsiz. Əmsallar: "Atalanta"nın qələbəsi 4.15, heç-heçə 3.20, "Yuventus"un qələbəsi 1.80.

İtaliyada 18-ci turun mərkəzi oyunu isə "İnter" - "Napoli" matçıdır. "Napoli" lider "Yuventus"dan 8 xal az toplamaqla 2-ci yerdədir. 3-cü sıradakı "İnter" də neapollulardan 8 xal geri qalır. "İnter" mövsümün əvvəlində xoş təsir bağışlasa da, son vaxtlar komandada sabitlik çatışmır. "Neradzurra" A seriyasında son 4 oyundan yalnız birini qazanıb. "Napoli" isə əksinə, son 4 turun hamısında qalib gəlib. Bu rəqiblər hər zaman yüksək hücum potensialı ilə seçilsələr də, aralarındakı oyunlar o qədər də məhsuldar keçmir. Belə ki, "İnter"lə "Napoli" arasındakı son 3 oyunda cəmi 1 qol vurulub (!!!). İki qarşılaşma qolsuz bitib. İki təcrübəli mütəxəssis - Luçano Spalletti ilə Karlo Ançelottinin komandalarının duelində kimin üstün olacağına "Topaz"da mərc edə bilərsiz. Əmsallar: "İnter"in qələbəsi 2.60, heç-heçə 3.15, "Napoli"nin qələbəsi 2.50.

İngiltərə Premyer Liqasının 19-cu turunda "Mançester Siti" "Lester"lə ağır səfər qarşılaşmasına çıxacaq. Lider "Liverpul"un öz meydanında "Nyukasl" qarşısında qələbə qazanma ehtimalının böyük olduğunu nəzrə alsaq, "Siti" də Lester səfərindən 3 xalla dönməyə məcburdur. Pep Qvardiolanın komandası ötən tur öz meydanında "Kristal Pelas"a uduzmaqla (2:3) hamını şoka saldı. Bununla da "Liverpul"un xal fərqini 4-ə yüksəltməsinə imkan verdi. Növbəti büdrəmə mançesterlilərə çempionluq yolunda daha bir zərbə olacaq. "Topaz"ın bu maraqlı qarşılaşma üçün təklif etdiyi əmsallar belədir: "Lester"in qələbəsi 7.35, heç-heçə 4.45, "Mançester Siti"nin qələbəsi 1.25.

Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.


 
tarix: 26-12-2018 13:25


 
Xəbər lenti
19.04.2019

00:58   Avroliqada yarımfinalçılar bəlli oldu

18.04.2019

23:55  “Keşlə”nin gənc qapıçısı xəstəxanalıq oldu - FOTO

21:51  “Qarabağ”dan “Keşlə”yə 3 cavabsız qol - VİDEO

21:28  Qurban Qurbanov: “Hər qərara etiraz edə bilmərik”

21:17  Tərlan Əhmədov: “Uşaq səhvləri məni çox yorur”

21:00  “Qəbələ” yeni prezidentini açıqladı - RƏSMİ

20:56  “Qarabağ”dan darmadağın

20:00  “Sumqayıt” “Səbail”ə də uduzdu - VİDEO

19:42  Tərlan Əhmədov qovuldu

19:31  Aftandil Hacıyev: “Maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı”

19:19  Ayxan Abbasov: “Məğlubiyyətə layiq deyildik”

19:01  “Sabah” Təmkin Xəlilzadəni qovdu

18:55  “Neftçi” “Sabah”la matça hazırlığı başa vurdu

18:35  “Səbail”dən Sumqayıtda əzmkar qələbə

18:06  Şevçenko “Neftçi”nin qonağı oldu

17:43  Avropa nəhənglərinin istədiyi futbolçunu 7 milyon avroya aldı

16:38  Millidə baş məşqçi istefası

16:10  Serbiya - Azərbaycan: 2 oyun, 15 qol - VİDEO

15:34  La Liqa klubunda yeni müqavilə

15:10  Ayaz Quliyev “Spartak”ın əsas heyətinə döndü

14:49  “Neftçi” ilə oyuna üç itki ilə

14:27  Dani Kintana Polşada ən yaxşılar arasında

14:00  ÇL-də yarımfinal matçlarının vaxtı açıqlandı

13:24  “Yuventus”un forvardı 2 həftəlik sıradan çıxdı

13:01  Ramiz Məmmədovdan Tərlan Əhmədova dəstək

12:45  Sabiq “Qalatasaray”lı Dortmund “Borussiya”sında

12:02  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:37  “Qəbələ” - “Zirə”: 18-ci duel

11:14  Elçin Məmmədova sərt ittihamlar: “Kişi olan şəxs heç vaxt zənən xeylağı ilə prinsip aparmaz”

10:46  Çempionlar Liqasında yeni rekord

10:20  Millidə yeni baş məşqçi, 7 aylıq müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az