(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Avropa Liqası üçün 1300 azərbaycanlı gənc

Avropa Liqası üçün 1300 azərbaycanlı gənc

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar dekabrın 13-dən yanvarın 31-dək könüllü cəlb olunması prosesinə start verilib. 

Futbolinfo.az xəbər verir ki, bu günədək Avropa Liqasının finalında könüllü olmaq istəyən 1300-ə yaxın gənc qeydiyyatdan keçib.

Final oyunu ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu 13-25 dekabr tarixləri arasında ümumilikdə 11 universitetdə tələbələr, tələbə gənclər təşkilatları və digər qurumlar üçün Könüllülük Proqramının təqdimatını keçiriblər. Bu il üçün nəzərdə tutulmuş sonuncu təqdimat Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunub. 3000-dən çox tələbənin qatıldığı bu təqdimatlarda Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər barədə təqdimat nümayiş olunub. Eyni zamanda, proqramın əhəmiyyətindən, perspektivlərindən danışılıb.

Proqrama dəstək məqsədilə veteran futbolçumuz, UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalının səfiri Vəli Qasımov, milli komandanın və “Qarabağ” FK-ın futbolçusu Mahir Mədətov, milli komandanın və “Qəbələ” FK-ın futbolçusu Təmkin Xəlilzadə təqdimatlarda iştirak ediblər.

Könüllülük Proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıqdır. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteers linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevral ayında müsahibəyə dəvət ediləcək.

Seçim mərhələsini uğurla keçmiş könüllülər bir sıra təlimlərdən faydalanaraq nəzəri biliklər qazanacaq və tədbir zamanı həmin bilikləri praktiki işdə tətbiq etmə imkanı əldə edərək uğurlu gələcək üçün dəyərli təcrübəyə sahib olacaqlar.

AFFA-nın könüllülər komandasına qoşulmaq və final həyəcanının bir hissəsi olmaq üçün ərizə qəbulunun son tarixi 2019-cı il yanvarın 31-dir. 

Qeydiyyatla bağlı suallarınızı volunteer@affa.az email ünvanına göndərə bilərsiniz. Məlumat üçün bildirək ki, könüllülər proqramı ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.


 
tarix: 26-12-2018 15:08


 
Xəbər lenti
19.04.2019

00:58   Avroliqada yarımfinalçılar bəlli oldu

18.04.2019

23:55  “Keşlə”nin gənc qapıçısı xəstəxanalıq oldu - FOTO

21:51  “Qarabağ”dan “Keşlə”yə 3 cavabsız qol - VİDEO

21:28  Qurban Qurbanov: “Hər qərara etiraz edə bilmərik”

21:17  Tərlan Əhmədov: “Uşaq səhvləri məni çox yorur”

21:00  “Qəbələ” yeni prezidentini açıqladı - RƏSMİ

20:56  “Qarabağ”dan darmadağın

20:00  “Sumqayıt” “Səbail”ə də uduzdu - VİDEO

19:42  Tərlan Əhmədov qovuldu

19:31  Aftandil Hacıyev: “Maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı”

19:19  Ayxan Abbasov: “Məğlubiyyətə layiq deyildik”

19:01  “Sabah” Təmkin Xəlilzadəni qovdu

18:55  “Neftçi” “Sabah”la matça hazırlığı başa vurdu

18:35  “Səbail”dən Sumqayıtda əzmkar qələbə

18:06  Şevçenko “Neftçi”nin qonağı oldu

17:43  Avropa nəhənglərinin istədiyi futbolçunu 7 milyon avroya aldı

16:38  Millidə baş məşqçi istefası

16:10  Serbiya - Azərbaycan: 2 oyun, 15 qol - VİDEO

15:34  La Liqa klubunda yeni müqavilə

15:10  Ayaz Quliyev “Spartak”ın əsas heyətinə döndü

14:49  “Neftçi” ilə oyuna üç itki ilə

14:27  Dani Kintana Polşada ən yaxşılar arasında

14:00  ÇL-də yarımfinal matçlarının vaxtı açıqlandı

13:24  “Yuventus”un forvardı 2 həftəlik sıradan çıxdı

13:01  Ramiz Məmmədovdan Tərlan Əhmədova dəstək

12:45  Sabiq “Qalatasaray”lı Dortmund “Borussiya”sında

12:02  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:37  “Qəbələ” - “Zirə”: 18-ci duel

11:14  Elçin Məmmədova sərt ittihamlar: “Kişi olan şəxs heç vaxt zənən xeylağı ilə prinsip aparmaz”

10:46  Çempionlar Liqasında yeni rekord

10:20  Millidə yeni baş məşqçi, 7 aylıq müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az