(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ”ın futbolçusu Xorvatiyada çempion oldu

“Qarabağ”ın futbolçusu Xorvatiyada çempion oldu

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Xorvatiyada Dino Petrinoviçin xatirəsinə həsr olunmuş futzal turnirində iştirak edib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 4 komandalı yarışın qalibi Ozobiçin yer aldığı kollektiv olub.

Onlar yarımfinalda Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin rəhbərlik etdiyi “Tropik”i 7:2 hesabıyla məğlub edərək, finala vəsiqə qazanıb.

Finalda isə "Tennis”lə qarşılaşan Ozobiçin komandası matçı 5:2 hesabıyla qazanaraq, çempion olub.

Turnirdə Oqnyen Vukoyeviç, Milan Rapaiç, İvitsa Mornar, İvitsa Oliç, Niko Krançar, İvan Klasniç kimi sabiq futbolçular da iştirak ediblər.


 
tarix: 27-12-2018 12:51


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az