(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Topaz”da ilin son oyunları: Qlazqo derbisi və başqaları

“Topaz”da ilin son oyunları: Qlazqo derbisi və başqaları

İlin son həftəsonu maraqlı futbol qarşılaşmaları ilə zəngindir. Söhbət əsasən İtaliya, İngiltərə və Şotlandiya çempionatlarının görüşlərindən gedir. 

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" dekabrın 29-30-u müştərilərinə ümumilikdə 220 matç təklif edir. Bu oyunlardan 168-i bu gün, 52-si isə sabah keçiriləcək. 2 gün ərzində 24 qarşılaşmaya (19-u şənbə, 5-i bazar günü) "təkli", 70-dən artıq oyuna isə canlı mərc etmək olar. İlin son oyunları sırasında ən çox maraq doğuranlarını xüsusi qeyd edirik.

"Qlazqo Reyncers" - "Seltik" (kod 107, saat 16:30)

Şotlandiya premyer liqasının bir nömrəli qarşıdurması - Qlazqo derbisi bu dəfə Yeni il ərəfəsində oynanılacaq. Bu əzəli rəqiblərin 362-ci dueli olacaq. Bir neçə illik tənəzzül dövrünü arxada qoyan "Reyncers" əvvəlki nüfuzunu qaytarmaq üzrədir. Hazırda onlar əsas rəqibi "Seltik"dən 3 xal geri qalmaqla 2-ci pillədə qərarlaşıb. Bu axşam "Reyncers" qalib gələrsə, rəqiblərin xalı bərabərləşəcək. Bu amil derbinin əhəmiyyətini bir qədər də artırır. Maraqlıdır ki, "Seltik" 2012-ci ildən bu yana "Reyncers"ə uduzmur. Son 6 ildəki 15 derbinin yalnız üçündə heç-heçə qeydə alınıb, 12 görüşdə isə "Seltik" qalib gəlib. Görək, "Reyncers" 6 illik uğursuz sindroma bu gün son qoya biləcəkmi? Qlazqo derbisinə "Topaz"da həm canlı, həm də "təkli" mərc etmək olar. Əmsallar: "Qlazqo Reyncers"in qələbəsi 3.10, heç-heçə 2.95, "Seltik"in qələbəsi 1.95.

"Yuventus" - "Sampdoriya" (kod 141, saat 15:30)

İtaliya A seriyasının 19-cu turunun açılış matçında lider "Yuventus" "Sampdoriya"nı qəbul edəcək. Ötən tur mövsümdə 2-ci heç-heçəsini "Atalanta" ilə edən "Yuve" hələ də çempionatın yeganə məğlubiyyətsiz komandasıdır. 5-ci sırada yer alan Genuya klubu isə Çempionlar Liqasına vəsiqə verən ilk "dördlüy"ə düşməyə can atır. Son 7 matçda uduzmayan "Sampdoriya"nın lider qarşısında bu seriyanı davam etdirəcəyi çox çətin görünür. Turin səfərində son dəfə 5 il əvvəl qələbəyə sevinən genuyalılar bu gün eyni uğuru təkrarlasa, qələbəsinə mərc edənlərə xeyli qazandıracaq. "Topaz"ın bu oyun üçün təklif etdiyi əmsallar: "Yuventus"un qələbəsi 1.20, heç-heçə 4.95, "Sampdoriya"nın qələbəsi 10.

"Liverpul" - "Arsenal" (kod 103, saat 21:30)

Premyer liqanın ən köklü klubları yenə qarşı-qarşıyadır. Bu tərəflərin 226-cı görüşü olacaq. İndiyədək keçirilən matçlardan 86-da "qırmızılar", 78-də isə "Arsenal" qalib gəlib. 61 dueldə qalib müəyyənləşməyib. "Topçular" 2015-ci ildən bu yana "Liverpul"a qalib gələ bilmir. Səfərdə isə sonuncu qələbə 6 il əvvəl qazanılıb. Tərəflərin "Enfild Roud"da baş tutan son 5 görüşünün hamısı "üst" bitib. Keçirdiyi son 7 matçın hamısında qalib gələn "Liverpul" hazırda ən yaxın izləyicisi "Mançester Siti"ni 6 xal qabaqlamaqla vahid liderdir. 5-ci sıradakı "Arsenal" çempionluq mübarizəsindən uzaq düşsə də, bu axşam meydanda güzəştsiz mübarizə gedəcəyinə kimsə şübhə etmir. "Topaz"da ilin son böyuk oyununa canlı və "təkli" mərc edə bilərsiz. Əmsallar: "Liverpul"un qələbəsi 1.40, heç-heçə 4.35, "Arsenal"ın qələbəsi 6.25. 

Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.


 
tarix: 29-12-2018 13:58


 
Xəbər lenti
22.02.2019

01:55   “Qalatasaray”la “Fənərbaxça”nı 1/8 finala buraxmadılar

00:17   “Zenit” “Fənərbaxça”nı 1/8 finala buraxmadı - VİDEO

21.02.2019

22:08  Ağatahir Əzimov: “Sanki dogma meydanda oynayan biz deyildik”

21:35  Millimiz Türkiyəyə biabırçı hesabla uduzdu

18:40  Nihat Kahveci də Bakıya gəlir

18:01  Millimiz İspaniya və Çexiya ilə eyni qrupda

17:48  PSJ Diarra ilə yollarını rəsmən ayırdı

17:25  PSJ türk futbolçuyla müqavilə imzaladı

17:03  MOİK 3 xalı 4, “Sumqayıt” 5 qolla qazandı

16:50  “Keşlə” transferlərə niyə pul tapmayıb?

16:36  Volkovi: “Bunu yaxşı nəticə saymıram”

16:25  Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”

16:12  Süleymanzadənin həyat yoldaşı vəfat edib

16:01  “Qarabağ”dan “Yuventus”a atmaca

15:54  Şeydayevin baş məşqçisi: “Güclü qolçu tapmaq çətindi”

15:33  Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”

15:15  Millimizin futbolçusu Çexiyada klub dəyişdi - RƏSMİ

14:58  Məşhur futbolçunun mənzili növbəti dəfə qarət olundu

14:26  Simeone üzr istədi: “Bu, ürəkdən gələn jest idi” - VİDEO

13:56  Dünya futbol ulduzları Bakıya gəlir

13:14  Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda

13:07  Premyer Liqada 19-cu turun oyun cədvəli

12:57  Milli komandada yeni baş məşqçi

12:31  “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də

12:00  17-ci turun ən yaxşısı “Keşlə”li oldu

11:48  Premyer Liqada 17-ci turun rəmzi komandası

11:30  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

10:22  “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00  “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41  “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20  “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00  Klublar Komitəsinin sədri kim olsun?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az