(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Təmkinin “Sabah”ı və ya “Qəbələ”nin planlı iddiasızlaşması

Təmkinin “Sabah”ı və ya “Qəbələ”nin planlı iddiasızlaşması

2018-in son transfer bombasını “Sabah” partlatdı. Debütant milli komandamızın üzvü Təmkin Xəlilzadəni “Qəbələ”dən almaqla iddiasını ortaya qoydu.
 
Ümumiyyətlə, “Sabah” nümunəvi davranışı ilə seçilir. Klubda peşəkar işlər görülür, kölgədə yatıb, müqaviləsi bitən oyunçuların ovuna çıxmır və ya kiminləsə gizli sövdələşməyə getmirlər, oyun dəst-xəttlərinə uyğun futbolçu varsa və transferi büdcələrinə uyğundusa, onu almağa cəhd edirlər. Cavid İmamverdiyev “Sumqayıt”dan alınarkən də klub belə davranmışdılar. O zaman milli üzvünün başqa variantları olsa da, daha peşəkar davranan “Sabah” işi bitirdi.
 
Təmkin məsələsi də belə həll olundu. “Qəbələ” ilə, futbolçunun özüylə danışdılar, şərtlər razılaşdırıldı, müəyyən məbləğ ödəndi və futbolçu göy formanı əyninə keçirdi. Transfer qiyməti ilə bağlı müəyyən informasiya da yayıldı, lakin daha çox gizli saxlamaq variantı lazım bilindi. Əsas odu ki, bu keçiddən hamı məmnun qaldı – hər 2 klub, eləcə də futbolçu.
 
Bəlkə də daha səviyyəli oyunçuların olduğu, daha gərgin mübarizənin getdiyi bir ortamda Xəlilzadənin keçidi gündəm olmazdı. Lakin indi vəziyyət elədi ki, bu cinah oyunçusu həm də milli komandanın üzvü kimi, ölkənin sayılıb-seçilən 10-15 futbolçusundan biridi. Ona görə də Təmkinin yerdəyişməsi “Qəbələ” üçün itki, “Sabah” üçün tapıntı sayılmalıdı.
 
“Qəbələ”nin aparıcı oyunçulardan asanlıqla imtinası qəribədi. Yayda Filip Ozobiç başda olmaqla, bir sıra yüksək öfənişli futbolçuların göndərilməsi hardasa başadüşülən idi. Bu məsələdə büdcənin azalması əhəmiyyətli şəkildə rol oynadı. İndi isə Təmkinin əldən verilməsi eyni ssenarinin davamıdı. Xəlilzadənin müqaviləsi davam edirdi və klub istəsəydi, onu saxlayardı. Lakin ötən qış “Zirə”dən alınan futbolçunu daha baha qiymətə satmaqla niyyət göstərdilər. Stiven Monroza görə real təklif göndərilsə, “qırmızı-qaralar” onu da göndərməyə hazırdı.
 
Əyalət təmsilçisinin bu bazarlığı yaya hesablanıb. Deyilənlərə inansaq, “Qəbələ” bu il iddiasından vaz keçəcək, klub AFFA-nın himayəsinə veriləcək və SOCAR-dan maliyyələşəcək. Ona görə də indiki klub rəhbərliyi yüksək ödənişli oyunçuları göndərməyi, ortabab heyətlə mövsümü başa vurmağı planlaşdırır. Xərclər azaldılır və yeni mövsümdə komanda əsasən yerli akademiyanın uşaqlarına güvənəcək. Təmkinin qəfil gedişinin də səbəbi budur.
 
“Sabah” isə yeni mövsümdə iddialı olmağı hədəfləyir. Klubun büdcəni artırması, avrokuboklara yüksəlməyi hədəflədiyi deyilir. Ona görə də güclü heyətin skeleti qurulur, Xəlilzadə də onlardan biridi.
 
Təmkin transferinin pərdəarxası da var. Deyilənlərə görə, klub bu futbolçunu təkcə transferdən qazanmaq və büdcəni yüngülləşdirmək üçün satmayıb. Hələ “Zirə”də ikən də ciddi maliyyə problemləri olan Xəlilzadə Qəbələdə də təmiz beyinlə futbol oynamayıb. Guya ki, mərc oyunlarının həvəskarı olan futbolçu borc içindədi və “Qəbələ” onun şəxsi problemlərindən bezibmiş. Hətta futbolçunun avrokubokda və çempionat oyunlarında heç nədən qırmızı vərəqə almasının kökündə də bu kimi amillər var. Onun milli komanda üçün verilən maaş kartının da hazırda bir borc yiyəsində girov olduğu söylənir.
 
Təbii ki, bütün bunlar yalnız söz-söhbətdi. Deyilənlər “Qəbələ”nin əsl səbəbi gizlətmək üçün vasitə olan bəhanəsi də sayıla bilər. Həqiqətdisə, bununla eyni zamanda AFFA məşğul olmalıdı, çünki hər bir futbolçu mərc oyunlarından kənar durmaqla bağlı müvafiq memorandum imzalayıb. “Sabah”ın da bu məsələdə diqqətli olacağına ümid edirik. Klub rəhbərliyi təcrübəli insanlardı, belə oyunçunu araşdırmadan transfer etməzlər. Yenə də hər detala diqqətli yanaşmaq vacibdi.
 
Kənar məsələləri nəzərə almasaq, Təmkin “Sabah” üçün əla seçimdi. Milli komandanın üzvü, istedadlı cinah oyunçusu və yerli statusu olan gənc biri. İndi qalır onu komandaya uyğunlaşdırmaq və uğurlar qazanacaq kollektivin bir parçası etmək.
 
CAVAD

 
tarix: 03-01-2019 11:01


 
Xəbər lenti
20.02.2019
19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:30  “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az