(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Nə etmək olar ki, ağzı olan danışır”

“Nə etmək olar ki, ağzı olan danışır”

“Sabah”ın yeni transferi Təmkin Xəlilzadənin futbolinfo.az saytına müsahibəsi:

- “Sabah”la müqavilə imzalamağın bir az gözlənilməz oldu...
- “Qəbələ”dən ayrılıb “Sabah”a keçidim həqiqətən gözlənilməz oldu. Amma bu addımı sırf ailə vəziyyətimə görə atdım. Bir aydan sonra ata olacağam. Belə vəziyyətdə Qəbələyə gedib-gəlmək mənə çətinlik yaradırdı. Ailəmin burda olmağı məni istər-istəməz narahat edirdi. Mən bir futbolçudan əlavə həm də ailə başçısıyam. Seçimimi də ona görə etdim.

- Sənin transferin üçün müəyyən ödəniş olduğu deyilir.
- Bu, klublararası danışıqdı. Bundan mənim xəbərim yoxdu.

- “Qəbələ”nin səni heyətində borclarına görə, problemlərindən bezidiynə görə saxlamadığı haqqında yazılar var...
- Çox mənasız iddiadı. Amma nə etmək olar ki, ağzı olan danışır. Şükürlər olsun ki, Azərbaycanda kifayət qədər tanınan futbolçuyam, milli komandaya dəvət alıram. Bu da o deməkdi ki, normal məvacibim var. Niyə mənim borcum olmalıdı? (gülür). Hansı məntiqlə düşünmək olar ki, məni “Qəbələ” heyətində saxlamaq istəməyib? İstəməyən komanda məni bir mövsüm hər oyun 90 dəqiqə meydanda saxlayar? Açıq başla futbol oynamamışamsa, necə olur ki, qol ötürmələri vermişəm? Yaxud PFL-in rəmzi “11-liy”inə 1 yox, 3 dəfə düşmüşəm? Onu da qeyd edim ki, milli komandada qol vurub Millətlər Liqasında komandamızın ilk qoluna imza atmışam. Milli komandanın maaş kartı özümdədi. Heç kim narahat olmasın. “Zirə”dən ayrılanda da belə söhbətlər var idi, yalan danışırdılar. Həmin vaxt “Qəbələ”nin köklü, iddialı klub olduğunu düşünüb təklifi qəbul etdim. Ümumiyyətlə, bizdə bar verən ağacı daşlamaq adətdi. Bu söhbətləri eşidəndə sadəcə, gülüb keçirəm.

- “Sabah”ın avrokuboklara gedə bilməməsi səni narahat etmir? Ən azı “Qəbələ” ilə belə şansın var idi...
- Bu il olmasa da, gələn il mütləq avrokuboklara vəsiqə qazanacağımıza inanıram. Tam əminəm və buna görə narahat deyiləm.

- “Qəbələ”dən özün getmək istədin?
- Açığı, orada qalmaq istəyirdim. Orada xoşbəxt idim, amma ortada ailə faktoru var. Seçim edərkən ailəmi də düşünməli idim. Buna görə belə qərar verdim.

- “Sabah”ın uğurlu çıxışını davam etdirəcəyini düşünürsən?
- Burdakı planlar, iddialar adamı sevindirir. Gələn il komanda daha iddialı olacaq, hətta çempionluq üçün də oynaya bilər. Buna görə də daha çox çalışmaq lazımdır.

AĞA


 
tarix: 03-01-2019 12:44


 
Xəbər lenti
21.04.2019

14:30   Kristiano Ronaldodan daha bir ilk

13:29   Bundesliqa klubu baş məşqçisini qovdu

12:23   “Zirə”nin legioneri “5”-lə “11-lik”də

11:18   Quluzadənin komandası yenə xal itirdi

10:10   Ozan Can oynadı, komandası darmadağın oldu

09:24   Dəniz Yılmaz üçün 80 dəqiqə və 3 xal

00:44   “Barselona”dan çətin qələbə

00:37   “Bavariya”ya 1 qol bəs etdi

00:26   “Yuventus” çempionluğunu rəsmiləşdirdi

00:01   Marsel “Olimpik”indən səfərdə inamlı qələbə

20.04.2019

23:28  “Mançester Siti” “Tottenhem”i məğlub yola saldı

22:22  “Qalatasaray”dan inamlı qələbə

21:48  Şeydayev “Dinamo”ya qarşı 68 dəqiqə oynadı

19:14  Nazarovsuz heç-heçə

18:32  Dadaşovun komandasına 1 qol bəs etdi

16:57  Balayevin komandasından ilk xal itkisi

14:34  Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24  Əzizovun komandasından daha bir qələbə

12:57  AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34  Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29  Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14  Son oyunda turun rekordu

12:07  Bordinsiz qələbə

11:59  “Real” onu itirdi

11:32  Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07  Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15  İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11  “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00  Dörd qolluq heç-heçə

00:41  Meydan sahiblərindən çətin qələbə

00:25  “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01  Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az