(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ”dan “Neftçi”yə transfer - RƏSMİ

“Qarabağ”dan “Neftçi”yə transfer - RƏSMİ

“Neftçi” transfer çalışmalarını davam etdirir.

Futbolinfo.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, gənc futbolçu Turan Vəlizadə ilə 3 illik müqavilə bağlanıb. 18 yaşlı mərkəz yarımmüdafiəçisi komandanın heyətində 33 nömrəli formanı geyinəcək.

"Əlincə”nin yetirməsi olan Turan Vəlizadə "Qarabağ" və "Fənərbaxça" klubunun aşağı yaş qrupunda, eləcə də 16 və 17 yaşadək milli komandalarında çıxış edib. O, U-19 yığmamızın üzvüdü.

Qeyd edək ki, bunadək qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə isə 2,5 illik müqavilə bağlanmışdı.

Xatırladaq ki, Turanın son klubu "Qarabağ" olub.


 
tarix: 03-01-2019 15:14


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az