(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Antalya gündəliyi: oxşar planlar, oxşar rəqiblər

Antalya gündəliyi: oxşar planlar, oxşar rəqiblər

Hamı Antalyaya gedir. Klublarımız bir neçə il öncəki fantastik büdcələrə sahib olmasalar da, maliyyə sabitliyinə nail olublar. İndi hamının ölkə xaricinə çıxmaq imkanı var.

Fevralın 2-də mövsümün ikinci yarısına start veriləcək. Həmin müddətə kimi hazırlıq keçmək üçün tam bir ay var. Və klublar qardaş Türkiyənin müxtəlif şəhərlərində qılınc itiləyəcəklər.

İlk olaraq “Sabah”ın üz tutduğu Antalya bölgəsinə karvan yollanacaq. Debütant dünəndən Türkiyədədisə, digərləri toplanışa plkə daxilində başlayacaq. Əslində, “Sabah” da əlavə xərcə düşməkdənsə, heç olmasa, ilk həftəni Bakıda keçirmək istərdi. Lakin paytaxtda bir sıra çətinliklər mövcuddu, meydança çatışmazlığı var, olanların da icarə haqqı Türkiyəylə müqayisədə sərfəli deyil. Bu səbəbdən “Sabah” hər şeyi qonşu ölkədə başlamağa qərar verib.

NEFTÇİ
Yanvarın 13-də Türkiyəyə gedib, 2 həftə hazırlıq keçəcək bakılılar “Sense De Luxe” otelində qalacaq. “Ağ-qaralar” yanvarın 18-də “Qaz Metan” (Rumıniya), 23-də “Slovan”la (Liberets, Çexiya) yoxlama matçı keçirəcək. Planlaşdırılan daha bir sınaq görüşü üçün hələ rəqib tapılmayıb.

QARABAĞ
Həmişəki kimi "IC Santai" otelində məskən salacaq ağdamlılar yanvarın 6-da ölkəni tərk edir. 24-dək Yürkiyədə hazırlaşacaq komanda yanvarın 12-də Rumıniyanın “Botoşani”, 16-da Özbəkistanın “Paxtakor”, yanvarın 19-da Çexiyanın “Bohemians”, 23-də Polşanın “Pyast” və 26-sı Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilə qarşılaşacaq. Xüsusilə son rəqibin güclü seçilməsi 3-cü dövrənin ilk turunda “Neftçi” ilə oyuna hesablanıb. Yəqin ki, bakılıların indiyədək son rəqibi müəyyən etməməsinin də səbəbi budur – onlar da güclü sparrinq axtarır.

SƏBAİL
Mövsümün ilk yarısını liderlər qrupunda başa vuran “dənizçilər” avrokuboka düşmək üçün çox çalışmalıdı. Qışda hamı güclənəcək və mübarizə daha gərgin keçəcək. Geri qalmaq istəməyən “Səbail” yanvarın 12-də səfərə çıxır. 2 həftə “Miracle” otelində məskən salacaq bakılılar yanvarın 15-də ikinci divizion təmsilçisi “Aqvital” (Macarıstan), 21-də “Kaysar” (Qazaxıstan), 24-də isə “Desna”yla (Ukrayna) qarşılaşacaq.

SABAH
Srağagündən “Titanik” otelində qərarlaşan debütant tam 3 həftəni burada keçirəcək. Yanvarın 16-da Qazaxısatan “Tobol”uyla oyuna kimi sınaq matçı nəzərdə tutulmayıb. 3 gün sonra MTK (Macarıstan) ilə üz-üzə gələcək bakılılar daha 2 oyun istəyir. Lakin nə rəqiblər bəllidi, nə də dəqiq tarixlər.

QƏBƏLƏ
Yanvarın 13-də ölkəni tərk edəcək “qırçızı-qaralar” da 2 həftəlik plan hazırlayıb. “Gloria Serenity” otelini məskən süçən komanda sınaqlara ayın 16-da Almaniyanın “Meppen” klubu ilə başlayacaq. 3-cü bundesliqa klubunun ardınca, yanvarın 20-də və 24-də Rusiya klubları rəqib olacaq – öncə “Yenisey”, ardınca “Fakel”. 26-da Macarıstan MTK-sı ilə görüşün ardınca təmsilçimiz vətənə qayıdacaq.

SUMQAYIT
Ümumilikdə 5 klubumuz vətəni nəhs gündə - yanvarın 13-də tərk edəcək və onlardan da biri “Sumqayıt”dı. “Qarabağ”la birlikdə "IC Santai"də qərar tutacaq komanda 2 həftəlik hazırlıq müddətində 4 sınağa çıxmalıdı. Amma indiyədək onlardan heç birinin adına aydınlıq gəlməyib. Klub rəhbərliyi ya bayramı yekunlaşdıra bilmir, ya da klubdan daha vacib olan işlərlə məşğuldular.

KEŞLƏ
Yanvarin 13-dən 26-dək "Kaya Riu" otelində məskən salacaq bakılılar 3 rəqib seçib. Ayın 17-də "Okjetpes" (Qazaxıstan), 23-də "Konkordiya" (Rumıniya), 25-də "Çertanovo" (Rusiya) ilə üz-üzə gələcək komandanın planı xeyli öncədən bəlli idi. Amma son matçın 3-cü divizion təmsilçisinə qarşı keçirilməsi bir az müəmmalıdı. Ən yaxşısını məşqçilər korpusu bilər.

ZİRƏ
13-27 yanvar aralığını “Alva Donna” otelində keçirəcək autsayder hələlik 2 rəqib seçib. Komanda ayın 15-də “Taraz” (Qazaxıstan), 18-də “Konkordiya” (Rumıniya) ilə qarşılaşacaq. Baş məşqçi Samir Abasov ümumilikdə 4 matç istəyir, lakin digərləri ilə bağlı məlumat yoxdu.

FƏRİD


 
tarix: 04-01-2019 09:00


 
Xəbər lenti
19.04.2019

16:50   Qəbələdə hesab açıldı - YENİLƏNİR

16:41   Mədətovla Medvedevdən yubiley

16:22   “Qarabağ”dan mövsümün rekordu

16:04   Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42   “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25   Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54   Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26   Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55   “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05   Paytaxt klubunda ciddi itki

12:46   “Çelsi”də yeni rekordçu

12:23   “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00   Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42   Qaliblər mükafatlandırıldı

11:21   Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01   “Qəbələ”dəki yerdəyişmə

10:52   Millimizə İspaniyadan futbolçu çağırıldı

10:44   “Napoli” “Arsenal”la yenə bacarmadı - VİDEO

10:23   “Ayntraxt” “Benfika”nı belə şoka saldı - VİDEO

10:03   “Sabah”ın bitən Təmkini...

10:00   “Sabah” “Neftçi” ilə üz-üzə - YENİLƏNİR

09:41   Avroliqada İspaniya derbisini “Valensiya” qazandı - VİDEO

09:20   “Çelsi” - “Slaviya” matçında 7 qol - VİDEO

09:04   Autsayderlərin layiqli kötəklənməsi

00:58   Avroliqada yarımfinalçılar bəlli oldu

18.04.2019

23:55  “Keşlə”nin gənc qapıçısı xəstəxanalıq oldu - FOTO

21:51  “Qarabağ”dan “Keşlə”yə 3 cavabsız qol - VİDEO

21:28  Qurban Qurbanov: “Hər qərara etiraz edə bilmərik”

21:17  Tərlan Əhmədov: “Uşaq səhvləri məni çox yorur”

21:00  “Qəbələ” yeni prezidentini açıqladı - RƏSMİ

20:56  “Qarabağ”dan darmadağın

20:00  “Sumqayıt” “Səbail”ə də uduzdu - VİDEO

19:42  Tərlan Əhmədov qovuldu

19:31  Aftandil Hacıyev: “Maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı”

19:19  Ayxan Abbasov: “Məğlubiyyətə layiq deyildik”

19:01  “Sabah” Təmkin Xəlilzadəni qovdu

18:55  “Neftçi” “Sabah”la matça hazırlığı başa vurdu

18:35  “Səbail”dən Sumqayıtda əzmkar qələbə

18:06  Şevçenko “Neftçi”nin qonağı oldu

17:43  Avropa nəhənglərinin istədiyi futbolçunu 7 milyon avroya aldı

16:38  Millidə baş məşqçi istefası

16:10  Serbiya - Azərbaycan: 2 oyun, 15 qol - VİDEO

15:34  La Liqa klubunda yeni müqavilə

15:10  Ayaz Quliyev “Spartak”ın əsas heyətinə döndü

14:49  “Neftçi” ilə oyuna üç itki ilə

14:27  Dani Kintana Polşada ən yaxşılar arasında

14:00  ÇL-də yarımfinal matçlarının vaxtı açıqlandı

13:24  “Yuventus”un forvardı 2 həftəlik sıradan çıxdı

13:01  Ramiz Məmmədovdan Tərlan Əhmədova dəstək

12:45  Sabiq “Qalatasaray”lı Dortmund “Borussiya”sında

12:02  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:37  “Qəbələ” - “Zirə”: 18-ci duel

11:14  Elçin Məmmədova sərt ittihamlar: “Kişi olan şəxs heç vaxt zənən xeylağı ilə prinsip aparmaz”

10:46  Çempionlar Liqasında yeni rekord

10:20  Millidə yeni baş məşqçi, 7 aylıq müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az