(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Adıma söz-söhbət çıxardılar”

“Adıma söz-söhbət çıxardılar”

Orxan Sadıqlı klubsuz qalıb. “Sumqayıt”la icarə müqaviləsi bitən qapıçı məxsus olduğu “Keşlə”yə qayıtmalıdı. Amma indi paytaxt təmsilçisi ona üz çevirib. Yayda əsas heyət oyunçusu olmaq istəyi ilə bakılılardan ayrılan əlcək sahibi bu gün çırpıb getdiyi qapını aça bilmir.

- “Keşlə”də son durum nə yerdədi?
- Baş məşqçi Tərlan Əhmədovla görüşdüm və dedi ki, sən planlarımda yoxsan, 3 qapıçım var, onlara güvənirəm. Bu, futbolda normal haldı. Məşqçidi qapıçı götürmək istəmir, ehtiyac yoxdu. Peşəkar olmaq lazımdır. Heç nə düşünmürəm, çünki bu, olan şeydi.

- Deyilib ki, özünə klub tap?
- İstəmirlər və normal şəkildə deyilib ki, özünə klub tap. Hazırda bu klubun futbolçusu olsam da, axtarışdayam. Qismət olsa, tapacam və gedəcəm. Alınmasa da, deyilib ki, əvəzedici heyətə gedəcəksən. Mənim üçün fərqi yoxdu, karyeram üçün əvəzedici heyətdə də məşq edib, oyuna çıxacam. Əsas komanda kimi olmasa da, təcrübədi. Hamımzı ordan gəlmişik.

- Təkliflər varmı?
- Klub adı çəkmək istəmirəm, amma təkliflər var. 2 komanda ilə danışıqlar aparırıq. Qismət olsa, onlardan biri anlaşacam. Ad açıqlamağım bir az yaxşı çıxmır. Çünki alınmasa, pis olacaq. Alınsa, deyəcəm.

- Adın “Səbail”lə yanaşı hallanir.
- Danisiqlar gedir. Dəqiq heç nə deyə bilmərəm.

- Səncə, Orxan Sadıqlının bu vəziyyətə düşməsinin səbəbi nədi?
- Mən “Xəzər Lənkəran”dan sonra “Keşlə”də də özümü göstərdim. Sadəcə, “Sumqayıt”dan təklif aldım və oynayacağımı düşündüm. Burada Kamran Ağayev çıxış edirdi. Maliyyə cəhətdən də “Sumqayıt”ın təklifi az idi. Amma oynamaq istəyirdim. Hədəflərim var və onlar üçün irəli addım atmaq istəyirəm. Ora gedərkən mənə verilən vədlərin heç birinə əməl edilmədi. Gedəndən ehtiyatda oturdum. 10-cu oyunda meydana buraxdılar, sonra “Keşlə” ilə matçda qırmızı vərəqə aldım. Şərəfsizlik edib adıma söz-söhbətlər çıxardılar. Halbuki özümə inanaraq getmişdim. Hansı futbolçu maaşının 50 faizinə başqa komandaya gedər, ehtiyatda oturar? Bəzi şeyləri bəlkə də bilmirsiz. Oynamaq üçün bu addımı atdım. Azərbaycan futbolunda düzələsi şeylər var. Əgər bir komanda məni istəyirsə, əvvəlcədən deməlidir ki, səni oynatmağa, yoxsa ehtiyatda oturtmağa alıram. Futbolçu sayını düzəltmək üçün alırlar. “Sumqayıt”a gedəndən sonra futboldan küsdüm. Məşqçilərdən başqa hər kəs bunu gördü. Tamamilə başqa istəklə getmişdim. Ümid edirəm ki, bundan sonra hər şey yaxşı olacaq. Hər işdə bir xeyir var.

CAVAD


 
tarix: 04-01-2019 10:00


 
Xəbər lenti
26.06.2019

19:45   “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33   İtaliya millisində baş məşqçi ayrılığı

18:00   “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30   “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00   “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40   Paytaxt klubunda yeni təyinat

16:21   “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00   “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40   “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20   “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00   “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40   Aftandil Hacıyevdən darmadağına şərh

14:20   “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00   Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30   “Fənərbaxça”da ayrılıq

13:00   “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30   “Sent-Etyen”dən Super Liqa klubuna

12:02   “Mançester Siti”də ayrılıq

11:41   Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20   Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00   “Barselona” hücumçusunu satdı

10:30   FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00   “Barselona”dan “Everton”a - RƏSMİ

09:30   Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00   “Zalsburq”dan Super Liqa klubuna

08:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

00:27   Mirabdulla icarə müqaviləsi imzaladı

25.06.2019

23:00  Qurbanov daha yaxşı olacaqlarını vəd etdi

21:51  "Qarabağ": yenə qolsuz, yenə qələbəsiz - YENİLƏNİB

21:00  "Səbail"i darmadağın etdilər - YENİLƏNİB

19:46  “Keşlə”dən Latviya klubuna

19:23  “Neftçi” ilə oyundan sonra sevinməyimiz Qurban Qurbanovun xoşuna gəlmirdi”

17:43  “Sevilya”nın futbolçusu qəza törətdi, 2 nəfər öldü - FOTO

17:21  “Sumqayıt”da istirahət başa çatdı

17:00  “Çelsi” Lempardla danışıqlara başladı - RƏSMİ

16:44  Lion “Olimpik”ində yeni futbolçu

16:23  “Borussiya”dan Premyer Liqa klubuna

16:02  Şeydayev yeni mövsümü bu klubda keçirəcək

15:46  Milli komandada ciddi itki

15:25  “Qarabağ”ın legioneri oynamadı, komandası qalib gəldi

15:01  Super Liqa təmsilçisindən Liqa 1 klubuna

14:42  “Səbail”in yoxlama oyununun vaxtı dəyişdirildi

14:24  UEFA “Qarabağ”ın albanlarla ilk oyununun saatını açıqladı

14:00  “Neftçi”nin cavab matçının da vaxtı bilindi

13:43  “Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik”

13:22  “Neftçi”nin yeni transferi: “Hədəfim bacardığım qədər çoxlu qol vurmaqdı”

13:00  Amerika kubokunda 1/4 finalın cütlükləri

12:41  Millimizin futbolçusu ən yaxşılar arasında

12:20  Tunis xal itkisi ilə başladı

12:00  Emil Balayev Qazaxıstanda hamını qabaqladı

11:46  Uruqvay qrup lideri, Çili ikinci oldu

11:30  Yeni transferi “Qarabağ”la məşqlərə başladı

11:00  Azərbaycanlı referi final oyununa təyinat aldı

10:30  Dəniz Yılmazın klubundan yeni transfer

10:00  Super Liqa klubundan 2 transfer

09:30  “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00  “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az