(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Beşiktaş” axtardığını PSV-də tapdı

“Beşiktaş” axtardığını PSV-də tapdı

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Hollandiyanın PSV klubunda forma geyinən fransalı mərkəz müdafiəçisi Nikolas İsimat Mirinlə razılığa gəlib.

Bu barədə “Beşiktaş”ın mətbuat xidməti məlumat yayıb. Məlumatda bu transferlə əlaqədar PSV ilə danışıqlara start verildiyi bildirilir. Onun bu gün İstanbula gələcəyi və rəsmi müqaviləyə imza atacağı açıqlanıb.

Türkiyə mətbuatının yazdığına görə, tərəflər 3,5 illik müqaviləyə imza atacaqlar.

Son iki mövsümdə 37 oyuna çıxan 27 yaşlı müdafiəçi PSV ilə 3 dəfə Hollandiya çempionu olub, 2 dəfə ölkə Super Kubokunu qazanıb. Bu mövsüm 6 oyuna çıxan Mirin 1 qol müəllifi olub.


 
tarix: 06-01-2019 11:00


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az