(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Milli komandada yeni baş məşqçi

Milli komandada yeni baş məşqçi

Futbol üzrə Meksika milli komandasına yeni baş məşqçi təyin olunub. 

Futbolinfo.az xəbər verir ki, Meksika Futbol Federasiyası bu posta Xerardo Martinonu gətirib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Argentinalı mütəxəssis bu vəzifədə Xuan Karlos Osorionu əvəzləyib. Osorio dünya çempionatının 1/8 finalında Meksikanın Braziliyaya 0:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırmasından sonra istefa verib. Yeni baş məşqçi ilə müqavilə şərtləri açıqlanmır. 

Qeyd edək ki, Xerardo Martinonun son iş yeri MLS Kubokunu qazanan ABŞ-ın "Atlanta Yunayted" klubu olub.


 
tarix: 08-01-2019 11:00


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az