(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Neftçi” üçün daha bir sponsor

“Neftçi” üçün daha bir sponsor

Premyer Liqanın lideri olan “Neftçi”yə sponsorların marağı artır. Paytaxt klubu sabah daha bir şirkətlə müqavilə bağlayacaq.
 
Futbolinfo.az xəbər verir ki, bakılılar “Meqa Sığorta” ilə anlaşmanı “Bakcell Arena”da rəsmiləşdirəcək. Tanınmış sığorta şirkəti ilə anlaşmanın maliyyə şərtləri gizli saxlanılır, amma o bəllidi ki, “Meqa Sığorta”nın loqosu “Neftçi”nin formalarının arxa hissəsində yer alacaq.
 
2010-cu ilin oktyabrından fəaliyyət göstərən “Meqa Sığorta” ASC 2012-ci ildə Maliyyə Nazirliyi  tərəfindən müddətsiz lisenziya (№ 000587) alıb. Həmin ildə şirkət ISO 9001 keyfiyyət standartlarına layiq görülmüşdür, 2013-cü ildə də müvəffəqiyyətlə yenilənmişdir. “Meqa Sığorta” ASC müvafiq lisenziya əsasında 30 növ könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
 
Şirkət qabaqcıl beynəlxalq sığorta və təkrarsığorta şirkətləri ilə əməkdaşlıq edir.  2012-ci ilin martından “Meqa Sığorta” ASC icbari sığorta növləri üzrə xidmətlərin göstərilməsi üçün İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir. “Meqa Sığorta” ASC-nın Baş ofisi Bakı şəhərində yerləşir və Azərbaycan Respublikasının 16 bölgəsində filiallar fəaliyyət göstərir: Sumqayıt, Sahil, Ağcabədi, Şimal, Xaçmaz, Xudat, Şamaxı, Şırvan, Şəki, Şəmkir, Mingəçevir, Gəncə, Zaqatala, Lənkəran, Cənub və Ağsu. Bu yaxınlarda Bakı şəhərində şirkətin "Mərkəz" filialı öz fəalliyətinə başlamışdır. Hazırda “Meqa Sığorta” ASC-də 100 nəfərdən çox əməkdaş çalışır.
 
2013-cü ildə “Ən dinamik inkişaf edən sığorta şirkəti” adına layiq görülən qurum 2014- də “UĞUR” mükafatı ilə təltif olunub. Şirkət qısa müddət ərzində kifayət qədər ciddi nəticələrə imza atıb, keyfiyyətli xidmət və etibarlı sığorta təminatçısı kimi müştərilərin rəğbətini qazanıb. 2015-ci ildə Avropa standartlarına uyğun olaraq keyfiyyət idarəetmənin, məhsul və xidmətlərin inkişafında yüksək nailiyyətlər qazandığına görə şirkət “European Quality Award” nominasiyasına layiq görülüb. “Meqa Sığorta” Şirkəti təklif etdiyi xidmət səviyyəsini nəzərə çarpacaq dərəcədə yüksəltməklə yanaşı, müştəri məmnuniyyətinin artırılması istiqamətində ilbəil çalışır. Həmin ildə İsveçrənin SGS şirkəti tərəfindən ISO-9001 keyfiyyət idarəetmə sertifikatı ilə təltif edilmişdir. 2016-cı ilin iyun ayından “Meqa Sığorta” ASC  Azərbaycandakı Amerika Ticarət Palatasına üzv olub.
 
Bu, son bir ildə, yəni klub rəhbərliyindəki dəyişiklikdən sonra “Neftçi”nin 3-cü ciddi sövdələşməsidi. “Türk Hava Yolları” və “Vita1000”lə də sponsorluq müqavilələri bağlanıb və bu əməkdaşlıqlar klub büdcəsinə müsbət təsir edib. Və bütün bu işlərin görülməsində Bakı klubunun marketinq şöbəsinin rəhbəri Rüstəm Allahverdiyevin böyük xidməti var. Məhz onun təşəbbüsü və uğurlu fəaliyyətinin məlum reklam anlaşmalarının reallaşmasında rolu olub.

 
tarix: 09-01-2019 15:11


 
Xəbər lenti
25.04.2019

17:25   Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58   “Zirə”nin beş futbolçusu üçün ilk

16:21   40 il sonra gələn antirekord

15:43   “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26   İlk heç-heçə: 5-ci quru oyun

15:08   İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42   Şimşək çaxdı, oyun təxirə salındı

14:07   “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30   Premyer Liqada mövsümün rəmzi komandası

13:07   HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39   Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18   İki ildən sonra: Yenə yarımfinalda

12:01   “Sumqayıt” “20”-yə çatdı

11:54   Qvardiola tələsmir və… qadağa qoyur

11:45   Sulşer rəqibi tərifləyir

11:29   AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01   İtaliyada Bordinə şans vermədilər

10:30   Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03   Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54   Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47   Quluzadənin komandası 4 qola üzüldü

09:21   Paşayev oynadı, komandası qalib gəldi

09:00   “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25   “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

01:02   İtaliya kubokunda ilk finalçı müəyyənləşdi

00:56   “Arsenal” yenə uduzdu, derbidə MS qalib gəldi

00:41   “Bavariya” finalda

24.04.2019

22:54  Türkiyə Kubokunda ilk finalçı bəlli oldu

22:41  U-14 Liqasından Premyer Liqa klublarına “göz dağı”

19:04  Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34  “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53  “Səbail”in Essyeni sıradan çıxdı

17:28  “Ayaks”dan rekord göstərici

16:50  “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24  Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15  “Qarabağ” 6 aydan sonra...

16:02  90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40  Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16  Messi 100-ə çatdı

14:47  Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22  Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09  “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45  Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02  İtaliya klubu baş məşqçisini qovdu

12:37  “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05  Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29  “Barselona” oynamadan çempion ola bilər

11:06  Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40  “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11  Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51  Premyer Liqanın tarixinə keçən qol

09:30  Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00  Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21  “Barselona”dan inamlı qələbə

00:53  “Tottenhem”ə 1 qol bəs etdi

00:38  Almaniya Kubokunda ilk finalçı bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az