(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Tərlan Əhmədovun seçimləri

Tərlan Əhmədovun seçimləri

“Keşlə” bu gün divizion təmsilçisi “Qaradağ Lökbatan”la sınaq matçı keçirdi. Mövsümün ikinci yarısına hazırlığın Bakı mərhələsinin sonunda bu oyun vacib idi. Zəif rəqiblə matç həm də oyunçuların durumuna baxmaq səbəbindən əhəmiyyətliydi. Nikola Mitroviç penaltidən, Seymur Əsədov cərimə zərbəsindən, Vüsal İsgəndərli gözəl kombinasiyadan sonra qol vurdu. Fasilədən sonra da Andre Klennon hava mübarizəsində qapıçının səhvini bağışlamadı.
Tərlan Əhmədovun seçimi doğru idi: Antalyaya səfər ərəfəsində həm zədədən qaçmaq, həm də əhval-ruhiyyəni qaldırmaq üçün məhz belə oyun keçirilməliydi.
 
“Keşlə”nin oyun sxemində dəyişiklik var idi. Əhmədov 4 müdafiəçili sistemin tətbiqinə çalışır. Son illər komanda bir qayda olaraq 5 müdafiəçi ilə çıxış edib və Tərlan bəy məhz qış fasiləsini dəyişiklik üçün fürsət bilib.
Tərlan Əhmədovun seçimi düzgün ola bilər: Daha hücumameylli oynamaq üçün müdafiəçi sayını azaltmaq, orta sahədə sıxlıq yaratmaq vacibdi. Əldə yaxşı cinah oyunçuları varkən, bunu etmək daha asan olacaq.
 
Birigün səfərə çıxacaq “Keşlə” 4:0 hesablı qələbəni meydanda gəzə-gəzə qazandı. Bu oyun Premyer Liqa ilə divizion arasındakı səviyyə fərqinin də sübutudu. Bakılılar faktiki əlahiddə heç nə etmədən qolları sıraladılar. “Neftçi”nin təlim-məşq bazasının 3-cü stadionundakı oyunda qollardan birini yeni transfer vurdu.
Tərlan Əhmədovun seçimi pis deyil: Vüsal İsgəndərli ilə Samir Məsimov cinahlarda çox fəal idi, onlar faydalı olacaq. “Zirə”dən gələn Vüsalın heyətə belə tez uyğunlaşması da məşqçini sevindirməlidi. Hücumçuların susqun qalıb, yarımmüdafiəçilərin qol vurduğu ilk hissədə İsgəndərli cinahını dəyişdiyi anda fərqləndi.
 
Komandanın yeni oyunçularına qiymət vermək üçün “Qaradağ Lökbatan”la oyunu əsas götürmək olmur. Emin Mehtiyev inamlı oynadı, lakin o, ən yaxşı halda layiqli əvəzedici olacaq, Slavik Alxasov normal rəqabətdə ona şans verməz. Yalnız Vüsalı komandanın güclənməsi baxımından faydalı saymalıyıq.
Tərlan Əhmədovun seçimi bərbaddı: Qazaxıstandan gələn Con Kamara Ebrima Sohnaya rəhmət oxutduracaq. “Kaysar”dan gələn bu futbolçunun sarı və qırmızı vərəqə rekordçusu olacağını indidən deyə bilərik. Ağır, astagəl, əvəzində kobud oynayan bu legionerin birbaşa müqaviləyə çağırılması da səhv addımdı. Dayaq yarımmüdafiəçisi kimi bütün keyfiyyətlərə malik deyil, yalnız topu ən yaxınındakı oyunçuya ötürməklə məşğul olan bu futbolçu “Keşlə”nin xilaskarı olmayacaq.
 
“Keşlə” qış transferlərini daha bir legioner alışı ilə yekunlaşdıracaq. Pleymeyker həqiqətən lazımdı, komandada belə birisi yoxdu. Tərlan bəyin oyun düşüncəsində isə bu mövqedə səviyyəli oyunçu olmalıdı.
Tərlan Əhmədovun seçimi məcburidi: Yəqin ki, klubun maddi imkanı olsaydı, o, səviyyəli hücumçudan da imtina etməzdi. Bəlkə də Andre Klennonu razı salıb göndərmək, onu daha yaxşısıyla əvəz etmək komandanın autsayderlər qrupundan çıxmasına kömək edərdi.
 
Bugünkü matçda akademiyanın xeyli gənci də sınandı. Onların içində yaxşıları da var idi. Lakin əsas heyətə düşmək bu cavanlar üçün tezdi. Buna baxmayaraq, bəzi seçilənləri Antalyaya aparmağa, komandaya uyğunlaşdırmağa dəyər.
Tərlan Əhmədovun seçimi müəmmalıdı: Bəlkə də o, Türkiyəyə bu gəncləri deyil, “Neftçi”də işlədiyi dövrdə olduğu kimi, “başqa biri”ni aparacaq. Lakin “Keşlə”nin sabahı üçün məhz bu gənclərin toplanışda olması daha məntiqli olardı.
 
CAVAD

 
tarix: 09-01-2019 17:28


 
Xəbər lenti
19.02.2019

17:21   “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04   “Sportinq”də daha bir erkən vida

16:24   “Espanyol”dan La Liqada yeni rekord

15:57   Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19   İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55   Braziliya millisinin kapitanı “Barselona”da

14:34   Şeydayevsiz qələbə

13:51   AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32   Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03   Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57   İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36   Kapitan 220 gün sonra qayıdır

12:15   Millimiz Türkiyəyə qarşı - YENİLƏNİR

11:51   Stuxlikin tələbi VAR

11:45   Rauf 10 gündən sonra qayıdacaq

11:40   Dadaşovun oynamamasının səbəbi

11:30   “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02   Paşayev ermənilərə qarşı oynadı

10:51   Şeydayev yenidən Türkiyədə

10:39   1/4 final cütlükləri bilindi

10:31   Erat oynadı, komandası məğlub oldu

10:23   Vengerin favoriti

10:12   De Xeaya yeni təklif

10:01   AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47   Milli komandada yeni baş məşqçi

09:30   Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21   Nani rəsmən ABŞ klubunda

09:14   “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

09:00   Hakimliyin fiaskosu: turun bütün oyunlarında ciddi səhvlər var idi!

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az