(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Baş

Baş

Nələr baş verir?! Yenə də sakitlikdi...

Qruplaşmalar tupikləşiblər. Dalandan o tərəfi görməyən başlar tini dönməyə çalışırlar. Dalanlar, tinlər də labirint olub dolanır futbolun başına...

Çalışıb baş girləyıb çıxacaqlar...Futbolu tindən çıxarara bilməsələr də, öz başlarını baş verənlərdən qoruya biləcəklər. Qarşılarında baş(lar) ola gərək...

Belə götürəndə başların tükənməyi çoxdan bitib. Bəla ondadı ki, baş əyənlər cərgəsi o qədər uzundu, tükənməzdi ki, tükənənləri də tükənməyə imkan vermirlər. Hələ növbədə iki bükülməyin "xoşbəxtl"iyini yaşamaq istəyənlərin baş cərgəsi boşalmayıb...

İki-üç aydan sonra AÇ-2020-nin baş mükafatı, baş vəsiqələri uğrunda seçmə mərhələ başlayacaq...

Futbolun başları hələ ki, baş sındırır. Başları "sındırıb" millini başsız qoyublar. Baş məşqçi axtarmaqdan, düşünməkdən başda boş yer də qalmayıb.
Elə bilirdilər əcnəbilər bizimkilərin əksəriyyəti kimi baş əyəndilər. Kimə əl uzadırlar baş əvəzinə boş çıxır. Belə getsə Avroliqa "palatka"sında millinin bozbaş mərasimləri keçiriləcək...

Başıbəlalı futbolun başı çoxdan buraxılıb. Hərə öz tərəfində tərəfdaşlarını, kadrlarını başına yığıb yerbəyer etməklə məşğuldu. Cəbhə dəyişənlər də başlarını tutub imdad edirlər. Baş əyənlərə satanlar, satılanlar dəstəsi də qoşulub. "Satan-bir də satar" deyimini başlar çoxdan unudub, indi əvəzolunmazlar baş sırasındadılar. Səslərini çıxartmayıb özlərini başbilənlər kimi apararaq "qrup"lar arxasınca sürünənlər də öz yerində... 

Futbolun başını başlar ağrıtdığı kimi futbol da başların başını yaman ağrıdır. Onsuz da futboldakı başların əlindən futbolumuz başda ola bilmir.
Əcnəbilərə baş məşqçi postu təklif olunur. Başısoyuq Avropalılar da baş sözünü başa düşməyib tərcümə etdirənə kimi ilin ilk iki həftəsi də başa çatır. Bir sözlə, yekəbaşlıq edənlərin əlindən başbilənlərin başı yaman dərddədir.

Baş əyməyən başlar başlarını girləyir, başlara baş əyən başlar "baş üstə" deyir, baş kabinetlərdə oturanlar da başları qatmağa baş sındırır...

İntriqa aparmağa bir baş da qalmayıb, hamısının başını əkiblər. "Baş üstə"lərin də səhərdən axşama kimi əl-ayağa dolaşıb "başbilənlər bilər" deməsi, başların başını birtəhər edir. 

Hələ ki, baş məsləhətçilərlə birgə yaş qruplarına yerli baş məşqçiləri başgöz edirlər. Buna bir baş qrupun digər baş qrupla baş məşqçiləri qarşı-qarşıya qoymaq adı da vermək olar. Bununla bir baş qrup ətrafını başlarla gücləndirir, əks tərəfdə təzə başlayan qrupun başlarını daraldır, zəiflədir. Hələ qarşıda yeni-yeni baş planlar var...

Futboldakı daxili intriqanın qorunub saxlanılması başbilənlərə sərf edir. Susuz boşbaş olmadığı kimi ölkə futbolu da intriqalarsız baş girləyə bilməz. "Bozbaş P.-s" də baş silkələyib ağlamalı futboldan bir həftəbecər bozbaş ərsəyə gətirsəydi, azarkeşlərin başı təbəssümdən qarışardı... 

Başların plansız, strategiyasız "başarıları" futbolu gicbaş duruma salıb. Millətlər Liqasını ərsəyə gətirən külbaşlara qarğışlar yağdırılır.

Gül kimi başları illərdi sakit idi. Hər başlayanda zəif, arxayın rəqiblə bir baş üstün oynayıb xallar yığılırdı. Qrupda ayaqdan başa baxa-baxa yuxarı başlara "inkişaf" raportları verilirdi. Millətlər Liqası millətin başını yaman ayıltdı!

"A" komandasının "A" baş planı necə başları qatıb tələm-tələsik iş görülübsə, "B" planı başların yaddaşında olmayıb.

İndi başlara döyülür. Farer, Malta, Kosovonu keçə bilməyən başlar dünya baş finalında oynayanları keçəcəkdi?! 3-5 ay da baş sındırıb başları tam başı aşağı göndərmək başbilənlərə daha sərfəli olardı... 

Milli başların strategiyasızlığından narazı qalan başların heç özlərinin düz-əməlli baş strategiyası olmayıb. Futbol strategiyası illərdi boş, başsız qalıb, bəllidi, belə işlərin ki, başını yaxşı bilirlər...

Baş verənlər yaman yerdə başınızı ağrıdıb. Kiminsə üstünə atmağa baş da qalmayıb. Qalmısız özünüzlə baş-başa. İndi buyurun, baş çıxarın. Gələcək əcnəbi başların baş girləməyi, uğursuzluğu bumeranq effekti ilə başbilənlərə qarşı baş qaldıracaq. 

Müvəqqəti mövqe qələbələri baş qələbənin təminatçısı ola bilməz. Vaxtilə Napoleon, Hitler "başkənd"dən başları əzilərək baş götürüb başsız qalıblar. Gələndə "sıfırdan başlanılmalıdır" deyilməli olanı gedəndə deyən başların strateji səhvlərindən kabinetlərdə baş qələbə qazanılıb. Yaşıl meydanlarda baş verən məğlubiyyətlərin isə acısı başağrıdır. Başaldatma limitləri də bitib. Boşa verilən başıbəlalı futbol illərinin baş dalğası piramidanın başındadır artıq. 

Futbol nə qədər zəifləsə də, xəyanəti bağışlamır. İllərdi aşağıdan yuxarı baş vurub güc toplayır. Başbilənlərin başları sunami ilə üz-üzədir artıq...


 
tarix: 09-01-2019 17:56


 
Xəbər lenti
26.05.2019

01:05   “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58   İspaniya kubokunu “Valensiya” qazandı

25.05.2019

23:58  “Bavariya”dan “qızıl dubl”

22:35  “Konyaspor” autsayderlə bacarmadı

22:07  “Arsenal” artıq Bakıdadı FOTOLAR

21:35  Milli komandamızın üzvü İngiltərə klubuna transfer olundu

21:29  XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir

19:23  “Beşiktaş”ın prezidenti Yurçeviçə zəng etdi

18:54  PSJ-dən baş məşqçiylə yeni müqavilə - RƏSMİ

17:38  Bakı finalına doğru: Azarkeş Festivalı başladı!

17:00  Ardıcıl 8-ci çempionluq

16:08  “Arsenal” bu gün gəlir

15:36  Toldo və Ouen Bakıda - VİDEO

15:03  Amil Yunanov “Qəbələ”də: Sənan Qurbanov açıqladı

14:11  Lion “Olimpik”ində ilk ayrılıq

13:21  “Qarabağ”ın bütün potensial rəqibləri bəlli oldu

13:11  Bundesliqada mövsümün rəmzi komandası - FOTO

12:14  “Qızıl buts” mükafatının qalibi bəlli olu

11:35  “Zirə” Bilal Həmdini heyətdə saxlaya bilmir

11:07  Premyer Liqa klubunun azarkeşinə irqçilik cəzası

10:57  “Qəbələ”də son qərar gözləntisi

10:31  PSV-dən Super Liqa klubuna

10:00  “Trabzonspor”da ayrılıq

09:33  Əmrə “Fənərbaxça”ya qayıdır: Klub prezidenti açıqladı

09:00  Şenol Günəş “Beşiktaş”dan getdi

01:07  PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01  “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az