(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Komanda quruculuğu prosesi tam istədiyimiz kimi gedir”

“Komanda quruculuğu prosesi tam istədiyimiz kimi gedir”

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın baş məşqçisi Elşad Əhmədov “FutbolPress”ə müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Təlim-məşq toplanışı necə gedir?
- Ayın 2-də Bakıdan Antalıyaya gəldik. İlk iki gün yağış oldu, probılemlərlə üzləşdik məşqlərdə. Ayın 4-dən havalar düzılib. Məşqlərimiz davam edir. Hazırlıq plan üzrə gedir. Ayın 12-nə, ilk hazırlıq matçına qədər daha çox fiziki hazırlıq üzərində işləyəcəyik. 4 matç planlaşdırmışıq. Hazırlıq normaldı, zədəsiz, xəstəsiz davam edirik.

- Rəqiblərinizi digər klublarımızın qarşılaşacağı komandalarla müqayisə edəndə sizə elə gəlmir ki, həddən artıq güclü sparrinqlər seçmisiz?
- “Əskişəhərspor” Türkiyə II Liqasında çıxış edir. MTK və “Tobol”u ona görə seçdik ki, güclü rəqiblərlə üz-üzə gələk. Belə götürəndə, kimlə oynamalıyıq ki? Güclü rəqiblərlə qarşılaşıb, öz gücümüzü bilməliyik. Bu, vacib məsələdi.

- Mövsümün ilk yarısı göstərdi ki, qol vurmq potensialı aşağıdı. 12 qol vurmusuz, bunların da yarısı Marko Deviçin aktivindədi. İddialı komanda üçün çox aşağı göstəricidi. Baxışa futbolçu çağırmışdız, o da getdi. Problemi həll edə biləcəksiz?
- İddialı komanda elə dediz ki... Uşaqlar sağ olsunlar, onların istəyi hesabına turnir cədvəlində yuxarı sıralardayıq. Düzdü, hücum xəttində problem var. Qol vura bilməyəndə arxa xətt oyunçuları da psixoloji təzyiqdə olur və oyunları alınmır. Bir legioner hücumçu axtarırıq. Baxışa gələn Aleksandr Kristavao ailə məsələlərinə görə burdan getdi. Hər şeydən çox razı və məmnun idi. Hələ son qərarı verməmişdik. Ancaq baxdıq ki, səmimidi və onu səmimi qəbul edib, yola saldıq.

- 4-cü rəqibin kimliyi bəllidi?
- Yox, tam bilinmir. Danışıqlar gedir. Variantlardan biri Macarıstan “Parks”ıdı. Tam qərar qəbul edilməyib.

- Yayda əsas transfer Cavid İmamverdiyev idi, amma məşqlərdə tam iştirak edə bilməmişdi. İndi Təmkin Xəlilzadəni heyətə cəlb etmisiz və ilk gündən rəhbərliyiniz altındadı. Detallı fərq olacaqmı bu futbolçularla bağlı?
- İnşallah, fərq hiss ediləcək. Özünüz də məşqin ilk 15 dəqiqəsində gördüz ki, baxımlı futbol göstərə bilirdilər. Bunlar da futbolçunun keyfiyyətindən asılı olan məsələlərdi. İnşallah, çempionatda öz sözlərini deyəcəklər.

- İkitərəfli oyunda futbolçular həddən artıq istəkli və bir qədər də aqressiv görünürdülər. Bu, sizin tapşırığınız idi?
- Futbolçuların özündən asılı idi. Bayaq da dediyim kimi, çempionatda 4-cü yerdə getməyimiz də futbolçuların öz istəyinin nəticəsidi. Buna görə də meydanda özlərini göstərməyə çalışırdılar. Düzünə qalsa, özümüzü iddialı adlandırmazdım.

- “Sabah” haqda daha çox növbəti mövsümün komandasının qurulduğu deyilir. Proses istədiyiniz kimi gedirmi?
- Komanda quruculuğu prosesi tam istədiyimiz kimi gedir. Bizdə strategiya üzrə götürsək, düşüncəmiz budu ki, aşağıdan futbolçuları götürək və əsas komandada oynadaq. Onların kimlərlə bir yerdə oynaması da vacibdi. 3-5 nəfər götürüb meydana buraxmaq acı məğlubiyyətlərə səbəb ola bilər və bu, uşaqlara da pis təsir edər, narahatçılıq yaradar. Şakir Seyidovu, Emil Qasımovu, Cavidin, Təmkinin, Deviçin yanında inkişaf etdirə bilərik.

- Yeni hücumçu ilk yoxlama matçına kimi gələcək?
- Gəlməyə bilər. Amma çalışacağıq ki, yoxlama matçlarının azı birində görək.

- Yəni, birbaşa müqavilə bağlamaq üçün gəlməyəcək?
- Baxışa az futbolçu gəlir yanvarda. Gələnləri də biz bəyənmirik. Hər gün axtarış gedir demək olar ki.


 
tarix: 09-01-2019 21:45


 
Xəbər lenti
22.02.2019

01:55   “Qalatasaray”la “Fənərbaxça”nı 1/8 finala buraxmadılar

00:17   “Zenit” “Fənərbaxça”nı 1/8 finala buraxmadı - VİDEO

21.02.2019

22:08  Ağatahir Əzimov: “Sanki dogma meydanda oynayan biz deyildik”

21:35  Millimiz Türkiyəyə biabırçı hesabla uduzdu

18:40  Nihat Kahveci də Bakıya gəlir

18:01  Millimiz İspaniya və Çexiya ilə eyni qrupda

17:48  PSJ Diarra ilə yollarını rəsmən ayırdı

17:25  PSJ türk futbolçuyla müqavilə imzaladı

17:03  MOİK 3 xalı 4, “Sumqayıt” 5 qolla qazandı

16:50  “Keşlə” transferlərə niyə pul tapmayıb?

16:36  Volkovi: “Bunu yaxşı nəticə saymıram”

16:25  Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”

16:12  Süleymanzadənin həyat yoldaşı vəfat edib

16:01  “Qarabağ”dan “Yuventus”a atmaca

15:54  Şeydayevin baş məşqçisi: “Güclü qolçu tapmaq çətindi”

15:33  Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”

15:15  Millimizin futbolçusu Çexiyada klub dəyişdi - RƏSMİ

14:58  Məşhur futbolçunun mənzili növbəti dəfə qarət olundu

14:26  Simeone üzr istədi: “Bu, ürəkdən gələn jest idi” - VİDEO

13:56  Dünya futbol ulduzları Bakıya gəlir

13:14  Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda

13:07  Premyer Liqada 19-cu turun oyun cədvəli

12:57  Milli komandada yeni baş məşqçi

12:31  “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də

12:00  17-ci turun ən yaxşısı “Keşlə”li oldu

11:48  Premyer Liqada 17-ci turun rəmzi komandası

11:30  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

10:22  “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00  “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41  “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20  “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00  Klublar Komitəsinin sədri kim olsun?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az