(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
“Limitə uyğun oyunçu tapmaq istəyirik”

“Limitə uyğun oyunçu tapmaq istəyirik”

“Uşaqlar fasilə dövründə idmansız qalmayıblar. İstirahət günlərində daim stadionda qaçan, futbol oynayanlar çox olub. Ona görə deyə bilərəm ki, toplanışa hazılıqlı gəliblər”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri klub saytına açıqlamasında “Kəpəz”in baş məşqçisi Etibar İbrahimov deyib. O, məşq prosesi haqda danışıb:

“Futbolçular çəkilərinə diqqət yetiriblər. Düzdü, bəzilərinin çəkiləri 700-800 qram artıb. Amma bu, problem sayılmamalıdı. Onlara nəzarət olunur, bir neçə məşqdən sonra əvvəlki çəkiyə düşdülər. Hazırlıqda ümumi dözümlülük məşqləri üzərində işləyirik, oyunçular tez bərpa olaraq artıq çəkidən azad olublar”.

Gənc mütəxəssis yetirmələrinin hazırlığa ciddi yanaşdıqlarını da sözlərinə əlavə edib: “Futbolçuların əhval-ruhiyyəsi yaxşıdı, məşqlərdə istənilən səviyyədə çalışırlar. Ayın 14-də “Turan Tovuz” ilə yoxlama görüşümüz var. Həmin matçda bacarıqlarını ortaya qoyacaqlar. Çalışırıq ki, bir neçə futbolçu da dəvət edib komandanı gücləndirək. İlk dövrədə çəkdiyimiz əziyyəti göz önünə gətirərək limitə uyğun oyunçu tapmaq istəyirik”.

Qeyd edək ki, məşq planına əsasən, “Kəpəz” hazırlığın ikinci mərhələsini Bakıda keçirmək niyyətindədi. Etibar İbrahimovun sözlərinə görə, rəqib qismində 1-ci divizionun iddialı komandaları ilə yanaşı, Premyer Liqa klubları ilə də qarşılaşmaq istəyirlər. Bu yöndə danışıqlar gedir.


 
tarix: 10-01-2019 11:44


 
Xəbər lenti
24.03.2019

01:41   İspaniyadan çətin, İtaliyadan inamlı qələbə

00:06   Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı

23.03.2019

22:34  “Qəbələ” Bakıda hazırlıq keçir

20:55  “Keşlə”: 3 legioner və kapitansız

20:19  Lionel Messi zədələndi

19:18  İngiltərə millisində daha bir itki

18:45  Panuççi qovuldu

17:41  Yığmamızdan Essyenli “Səbail”lə heç-heçə

17:22  “Şansımızı itirdiyimizə görə çox məyusuq”

17:00  Messili Argentina Venesuela ilə bacarmadı - VİDEO

16:55  “Keşlə”dən divizion klubuna 3 qol

16:30  İngiltərə klubunun 9 xalı silindi

15:29  Portuqaliya - Ukrayna matçında heç-heçə - VİDEO

14:53  Millimiz İrlandiyaya məğlub oldu

14:39  Litva yığması Bakı səfəri öncəsi belə məğlub oldu - VİDEO

14:20  Azərbaycan yığmasını UEFA sanksiyası gözləyir

14:00  Könül Mehtiyeva AÇ-nin oyununa təyinat aldı

13:32  İngiltərə yığmasından 5 cavabsız qol - VİDEO

13:00  Argentina Venesuelaya, Çili Meksikaya uduzdu

12:28  Türkiyə inamlı qələbə ilə başladı - VİDEO

11:21  “Səbail”in futbolçusu Fransaya qarşı 45 dəqiqə oynadı - VİDEO

10:25  “Qarabağ”ın futbolçusu üçün 21 dəqiqə və 1 xal - VİDEO

09:24  Halldorsson Andorraya qarşı 90 dəqiqə oynadı - VİDEO

09:00  Məğlubiyyət psixologiyası təbliğ edilməz

01:50  Fransa və İngiltərədən darmadağın, Türkiyədən inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az