(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Zəlzələnin ilk təkanı

Zəlzələnin ilk təkanı

SOCAR-da nələrsə baş verir. Ciddi kadr dəyişiklikləri, kurasiya bölüşmələri və s.

Ola bilsin ki, mətbuatda adı çəkilənlər önə verilənlərdi, daha böyük dəyişikliklər irəlidədi. Və indi gündəm olanlar başqalarını hədəfdən yayındırmaq üçündü. Tezliklə əsl planlar üzə çıxacaq, kimlərin hansı aqibətlə üzləşəcəyi dəqiqləşəcək.

Məsələlərin siyasi tərəfləri ilə işimiz yoxdu. Yoxlamalar, üzə çıxarılan faktlar və s. – bütün bunlar hansısa formada yoluna qoyulacaq. Bizə maraqlı olan bu hadisələrin futbola təsiridi. Çünki SOCAR  AFFA-nın ana sponsoru, əsas dayağıdı və orada başverənlər top oyununa da toxunur. Elə adı çəkilən şəxslərin də futbol təsərrüfatına birbaşa aidiyyatı var.

Futbol belə irimiqyaslı şirkətlər üçün ən önəmli məsələ deyil. Lakin həqiqətən hansısa yeyinti faktı varsa, futbol kənarda qalmayacaq. Çünki çox ciddi şaiyələr, söz-söhbətlər var. Əcnəbi məşqçilərin gətirilməsi, milliləşdirilən futbolçular, xaricdə təlm-məşq toplanışları, müxtəlif tədbirlərin, yarışların təşkili kimlər üçünsə “manevr” imkanlarını artırıb, indi isə hesabat vermək zamanıdı.

Elə idman mətbuatında bir sıra xəbərlər olub ki, bu hadisələrdə araşdırma mövzusu ola bilər. Eddi İsrafilov, Ramil Şeydayev, Emin Mahmudov, Renat Dadaşov və başqaları üçün SOCAR büdcəsindən çıxan pulla oyunçulara çatan vəsait arasında ciddi fərqlər olduğu deyilir. Berti Foqts, Robert Prosineçki, Bernard Lippert və başqalarının bu məsələlərdə “vasitə” olduğu deyilir.

2009-cu il, iyunun 9-da keçirilən Azərbaycan – İspaniya matçı ilə bağlı da hər dəfə bir xəbər çıxır. Bu milli komandanın Bakıya gətirilməsi üçün AFFA-nın milyonlar xərclədiyi deyilirdi. Düzdü, xəbər – gözlənildiyi kimi - rəsmi təsdiqini tapmadı, lakin indiki araşdırmalar zamanı o rəqəmi üzə çıxarmaq olar.

Halbuki məhz maliyyə fırıldaqlarına görə vəzifəsini itirən İspaniya Futbol Federasiyasının sabiq prezidenti Anhel Mariya Vilyarın işi araşdırılarkən bu ölkənin mətbuatı maraqlı rəqəmlər yazmışdı. Guya ki, dünya çempionlarının Bakıya gəlməsi üçün AFFA 700 min avro ödəyib, İspaniya Futbol Federasiyasının hesabına isə cəmi 200 min köçürülüb. Mənimsənən yarım milyonun kimlərin arasında bölüşdürüldüyü müəmma olaraq qaldı. Ümumiyyətlə, hətta kiçik ödəmələrini də təkzib edən bizimkilərin bu məbləğlə kifayətləndiyi, yoxsa büdcədən daha çox pul çıxardığı indiyədək bilinmir.

Faktı Vilyarın oğlu Qorka Vilyar da təsdiqləmiş, bir neçə dəfə bu cür əməllərə əl atdıqlarını etiraf etmişdi. Bu haqda İspaniya mətbuatı tez-tez yazırdı.

Kəsəsi, SOCAR-da başverənlər güman ki, futbol təsərrüfatına da təsir edəcək. Zəlzələnin kimləri tərpədəcəyini zaman göstərəcək. Bu, hələ ilk təkandı...

FƏRİD


 
tarix: 10-01-2019 16:00


 
Xəbər lenti
23.01.2019

19:51   “Qarabağ” heç-heçə oynadı - YENİLƏNİB

18:59   “Keşlə” yenə uduzdu - YENİLƏNİB

18:19   “Neftçi” “Slovan”a uduzdu - YENİLƏNİB

18:00   AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

17:50   “Sabah”ın da saytı var

17:00   “Atletiko” futbolçusunu geri qaytardı

16:25   Sabiq “Real”lı aşağı liqa klubunda

15:56   “Neftçi” transferini rəsmən açıqladı

15:12   “Sabah” vətənə qayıtdı

14:55   İtkin düşən futbolçunun son mesajı yayıldı

14:33   “Zirə” yenə tək qolla qalib gəldi - VİDEO

14:11   “Sevilya” yeni transferini itirdi

13:45   Bundesliqa klubunda yeni müqavilə

12:56   Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

12:20   Millimizin ruslarla heç-heçəsi - VİDEO

11:55   “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə - VİDEO

10:30   Demba Ba yenidən Super Liqa klubunda

09:30   Ronaldo Messiyə çatdı

02:58   “Valensiya” “Xetafe”yə ilk oyunda məğlub oldu

02:11   “Neftçi” yeni transferini rəsmən açıqladı - VİDEO

01:04   Elşad Əhmədov: “Hücum xəttində irəliləyiş olması müsbət məqamdı”

00:31   “Qalatasaray”dan qələbə, “Akhisarspor” 1/4 finalda

22.01.2019

23:55  İtən futbolçunun klubu yeni açıqlama yaydı

23:45  Olimpiya çempionunun futbol karyerası başlamamış bitdi

23:39  “Qarabağ” “Qalatasaray”ı qabaqladı

23:25  “Qəbələ” günü 2 məşqlə başa vurdu

23:06  “Sabah”ın oyununda 8 qol - VİDEO

21:00  “Keşlə”nin qazaxlarla sınaq matçının vaxtı açıqlandı

20:30  “Keşlə” “Səbail”ə qalib gəldi

20:15  Samir Abasov: “Heyətimizdə yeni futbolçular olacaq”

20:03  Şeydayev əvəzləndi, komandası “Jilina”ya qalib gəldi

19:22  “Futbolçuların istəyi, tapşırıqları düzgün yerinə yetirmələri bizi qane etdi”

18:10  “Sabah”dan bol qollu heç-heçə

17:55  “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə

17:48  “Zirə” macarları məğlub etdi

17:24  Hollandiya millisinin üzvü La Liqada

16:50  Vüqar Məmməd: “Görüş üstünlüyümüz şəraitində keçsə də…”

16:26  “Neftçi”nin futbolçusu millimizdən uzaqlaşdırıldı

16:02  Ronaldoya 18,7 milyonluq cərimə

15:18  17 milyonluq transfer yoxa çıxdı

14:53  Millimiz “Krasnodar”ın 3-cü komandası ilə bacarmadı

14:37  Argentina millisinin sabiq üzvü Meksikada

14:12  AFFA daha 2 komandaya texniki məğlubiyyət verdi

13:51  Şeydayev: “Slovakiyalılar bizə qarşı hücumda oynayacaq”

13:30  “Neftçi” “Bursaspor”la müqavilə bağladı - FOTOLAR

13:16  Halldorssondan “Qarabağ”dan ayrılacağı barədə iddialara cavab

12:55  Milli komandada baş məşqçi istefası

12:32  Daha bir tanınmış futbolçu karyerasını başa vurdu

12:07  “Qarabağ” günü 2 məşqlə başa vurdu - VİDEO

11:27  “Zirə”nin macarlarla ilk, xarici klublarla 20-ci dueli

11:00  Eşli Kouldan 38 yaşında yeni müqavilə

10:44  “Sumqayıt”da daha bir iranlı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az