(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Roberto Bordin: “Karikariylə Braliçin qərarını gözləyirik”

Roberto Bordin: “Karikariylə Braliçin qərarını gözləyirik”

"Neftçi" Türkiyə səfəri ərəfəsində, bu gün mətbuat üçün açıq məşq təşkil edib. Hazırlıqdan öncə isə komandanın baş məşqçisi Roberto Bordinin brifinqi olub.
 
- Bərpa prosesinə başlamışıq. Bundan sonra isə toplu və fiziki çalışmalara start verəcəyik.
 
- Kvame Karikarini sərəncamınızda görmək istəyirsiz, yoxsa göndərilməyinə qərar vermisiniz?
- Karikariylə münasibətlərimiz yaxşıdır. Bizim məqsədlərimiz var və bunun uğrunda mübarizə aparırıq. Karikari də bu yolda çalışan futbolçulardan biridir. İndi Kvamenin təklifləri var. Onun qərarını gözləyirik.
 
- Baş məşqçilər iş yerlərini dəyişəndə sabiq klublarındakı futbolçuları da özləriylə aparırlar. “Şerif”dən nə üçün heç bir futbolçunu “Neftçi”yə dəvət etmədiniz? Onlar bura gəlmək istəmirlər?
- Mən heç vaxt deməmişəm ki, keçmiş futbolçularımı burada istəmirəm. Hazırda transfer pəncərəsi açıqdır. Biz futbolçularla maraqlanırıq. Ancaq hazırda konkret bir futbolçu yoxdur ki, onu bura gətirək.
 
- Hansı mövqeylərin güclənməsini istəyirsiniz?
- Biz hazırda Karikari vəziyyətinə görə gözləmə mövqeyində idik. Bu məsələnin müəyyənləşməsini gözləyirdik. Yarımmüdafiə və hücum xəttinə oyunçu axtarırıq. Əsas odur ki, bura gələn futbolçu komandamızın hansı məqsəd uğrunda yarışdığını anlamalıdır.
 
- “Qarabağ” Riçard Almeydanı və Reynaldonu geri qaytarıb. Düşünmürsüz ki, qış fasiləsindən sonra çempionluq uğrunda mübarizə daha da gərgin keçəcək?
- Bizim üçün əsas öz yolumuzdur. Bunu düşünürük. Bu məqsəd uğrunda çalışırıq. Hazırda birinci yerdə gedirik. Hələ ki, vaxtımız var. Çalışacağıq ki, lazım olan transferləri edək. Komandaya fərq yarada biləcək oyunçular gətirmək istəyirik ki, daha da irəli gedək.
 
- "Sumqayıt"a kubok matçında uduzduqdan sonra postunuzdan gedəcəyini barədə xəbərlər yayılmışdı. Rəhbərlik sizinlə belə söhbət edib?
- Bu şaiyələrin hardan meydana atıldığını bilmirəm. Bizim məqsədimiz var və bunun üçün sona qədər çalışacağıq. Qarşıda vaxtımız var və yaxşı hazırlaşacağıq.
 
- Slavko Braliç "Neftçi"dən ayrılacaq?
- Karikari kimi Braliçin də təklifləri var. Onun da son qərarını gözləyirik.
 
- Üç yoxlama oyunu hazırlıq mərhələsində kifayət edəcək?
- Hazırlıq dönəmində əvəzedicilərdən bir neçə gənc futbolçunu heyətə cəlb etmişik. Digər komandaların hazırlıq planı mənə maraqlı deyil. Əsas öz komandamızdır. Düşünmürəm ki, üç yoxlama oyunu bizə problem yaratsın.

 
tarix: 11-01-2019 16:18


 
Xəbər lenti
24.03.2019

21:07   Millimiz Litva ilə oyuna hazırdı - FOTOLAR

20:51   “Qarabağ” say düzəltdi, “Zirə” hamını sınadı

20:44   Tuxel Parisdə qaldı

20:10   Qurban Qurbanov milli haqda danışmadı

19:57   Yığmamız bu dəfə məğlub oldu

19:07   “Qarabağ” “Zirə”yə qalib gəldi

18:02   Litva yığmasının kapitanı: “Bizi Bakıda çətin oyun gözləyir”

17:51   “Azərbaycan yığması Zaqrebdə uduzsa da, əsl xarakter göstərdi”

17:40   Azərbaycan yığması ərəblərə də uduzdu

16:52   Nikola Yurçeviç: “Litva Xorvatiya deyil”

16:46   Ramil Şeydayev: “Hələ ki, təklif yoxdur”

15:11   Millimizin üzvləri pansionatı ziyarət etdilər - FOTOLAR

14:11   “Liverpul” - “Milan” matçında 5 qol - VİDEO

13:33   Debüt matçında qol vurdu, İtaliyanın tarixinə düşdü

12:30   13 il sonra gələn qələbə - VİDEO

12:00   İspaniya Norveçə belə qalib gəldi - VİDEO

11:32   “Qalatasaray”ın forvardı millidə zədələndi

11:00   İtaliyadan Finlandiyaya 2 cavabsız qol - VİDEO

10:30   “Alkorkon” İsrafilovun yoxluğunda məğlub oldu

10:00   Gürcüstan məğlubiyyətlə başladı - VİDEO

09:30   Dadaşovsuz darmadağın

09:00   Xorvatiya Macarıstana, Almaniya Hollandiyaya qarşı - YENİLƏNİR

01:41   İspaniyadan çətin, İtaliyadan inamlı qələbə

00:06   Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı

23.03.2019

22:34  “Qəbələ” Bakıda hazırlıq keçir

20:55  “Keşlə”: 3 legioner və kapitansız

20:19  Lionel Messi zədələndi

19:18  İngiltərə millisində daha bir itki

18:45  Panuççi qovuldu

17:41  Yığmamızdan Essyenli “Səbail”lə heç-heçə

17:22  “Şansımızı itirdiyimizə görə çox məyusuq”

17:00  Messili Argentina Venesuela ilə bacarmadı - VİDEO

16:55  “Keşlə”dən divizion klubuna 3 qol

16:30  İngiltərə klubunun 9 xalı silindi

15:29  Portuqaliya - Ukrayna matçında heç-heçə - VİDEO

14:53  Millimiz İrlandiyaya məğlub oldu

14:39  Litva yığması Bakı səfəri öncəsi belə məğlub oldu - VİDEO

14:20  Azərbaycan yığmasını UEFA sanksiyası gözləyir

14:00  Könül Mehtiyeva AÇ-nin oyununa təyinat aldı

13:32  İngiltərə yığmasından 5 cavabsız qol - VİDEO

13:00  Argentina Venesuelaya, Çili Meksikaya uduzdu

12:28  Türkiyə inamlı qələbə ilə başladı - VİDEO

11:21  “Səbail”in futbolçusu Fransaya qarşı 45 dəqiqə oynadı - VİDEO

10:25  “Qarabağ”ın futbolçusu üçün 21 dəqiqə və 1 xal - VİDEO

09:24  Halldorsson Andorraya qarşı 90 dəqiqə oynadı - VİDEO

09:00  Məğlubiyyət psixologiyası təbliğ edilməz

01:50  Fransa və İngiltərədən darmadağın, Türkiyədən inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az