(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Ruslan Abışov: “Sonadək mübarizə aparacağıq”

Ruslan Abışov: “Sonadək mübarizə aparacağıq”

"Hazırlıqlara yeni başlamışıq. Hər şey qaydasındadır. Düzdü, istirahətdən yenicə qayıtdığımız üçün məşqlərimiz ağır keçir. Amma yəqin ki, bundan sonrakı məşqlərimiz daha rahat olacaq" - bunu "Neftçi"nin kapitanı Ruslan Abışov bu gün Türk Hava Yolları Futbol Mərkəzində keçirilmiş açıq məşq zamanı jurnalistlərə açıqlamasında deyib.
 
Hazırda zədəsini bərpa edən 32 yaşlı müdafiəçi hələ tam hazır olmadığını bildirib: "Yəqin ki, Antalya toplanışında tam gücümlə məşqlərdə iştirak edəcəyəm. Orada həkimlərlə və məşqçilər heyəti ilə oturub danışacaq, məsləhətləşəcəyik. Məsləhət olsa, yoxlama oyunlarının bəzilərində çıxış edə biləcəyəm. Amma yəqin ki, mövsümün ikinci yarısındakı rəsmi matçlarda meydana çıxmağım tam mümkün olacaq".
 
Abışov "Neftçi"nin qış fasiləsinədək Azərbaycan Premyer Liqasındakı çıxışından razılıq ifadə edib: "Hazırda komandamız birinci yerdə gedir, hər şey yaxşıdır. Amma oyunlarımızı kənardan izləmək çox çətin idi. Mən də bu komandanın üzvüyəm. Meydanda olmağı çox istəyirdim. Amma inanıram ki, formamı bərpa edərək, əsas heyətdə yer alacağam".
 
Təcrübəli oyunçu Azərbaycan kubokunun 1/4 finalında "Sumqayıt"a iki görüşün nəticəsində (0:2, 1:0) uduzaraq, mübarizəni dayandırmalarını sürpriz saymayıb: "Açığı, sürpriz olduğunu deməzdim. Çünki Ayxan Abbasovun gəlişindən sonra "Sumqayıt"da oyun baxımından çoxlu dəyişikliyin baş verdiyi görünürdü. Bu isə bizə çətinlik yaradırdı. Bunu oyun zamanı da görürdük. Doğrudan da "Sumqayıt" tam fərqli üslubda çıxış edirdi. Sonda da mərhələni onlar keçdilər. Amma çox istərdim ki, yarımfinala biz adlayaq".
 
Kapitan çempionluq üçün sonadək mübarizə aparacaqlarını diqqətə çatdırıb: "Artıq bütün fikrimiz Premyer Liqaya yönələcək. Çətin olacağını bilirik. Amma sonadək mübarizə aparacağıq ki, "Qarabağ" və digər klublarla rəqabətdə çempionluq əldə edək".
 
"Neftçi" Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yanvarın 13-də yola düşəcək. Yanvarın 27-dək Manavqat qəsəbəsindəki "The Sense De Luxe” otelində məskunlaşacaq komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. "Ağ-qaralar” yanvarın 18-də "Qaz Metan” (Rumıniya), yanvarın 23-də "Slovan” (Liberes, Çexiya), yanvarın 26-da isə "Beroe” (Bolqarıstan) ilə qarşılaşacaq.

 
tarix: 11-01-2019 16:26


 
Xəbər lenti
27.05.2019

00:41   A Seriyasında mövsümə yekun vuruldu

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

26.05.2019

22:36  Super Liqada mövsümə yekun vuruldu

20:46  Azər Əliyev üçün son turda 32 dəqiqə

19:28  Səfirlik: “Mxitaryan 3 dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib”

19:18  Ayaz Quliyevin komandası Avropa Liqasında

18:17  Ramil Şeydayev darmadağına üzüldü

17:17  Emil Balayev oynadı, “Tobol” qalib gəldi

16:12  İsrafilov üçün 45 dəqiqə və 1 xal

15:36  Balotelli Fransa klubundan ayrıldı

14:39  TFF prezidentliyinə 5 namizəd

14:06  “Qalatasaray”da ilk ayrılıq - RƏSMİ

13:33  “Barselona” finalda belə uduzdu - VİDEO

13:02  Bakı finalı: milyardların mübarizəsi

12:30  “Bavariya” darmadağınla kubok qazandı - VİDEO

11:31  “Qalatasaray”dan Fatih Terimlə yeni müqavilə - RƏSMİ

11:20  Şotlandiya kubokunda 39 qat qalib

11:00  “Qəbələ” heyəti gəncləşdirir: Volkovdan başqa hamı yola salınacaq

10:28  Portuqaliya kubokunun qalibi bəlli oldu

09:30  Amit Quluzadə mövsümün son matçında da oynamadı

01:05  “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58  İspaniya kubokunu “Valensiya” qazandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az