(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Obradoviç Azərbaycan millisində - RƏSMİ

Obradoviç Azərbaycan millisində - RƏSMİ

Azərbaycanın U-21 millisinin baş məşqçisi müəyyənləşib. Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamızı Milan Obradoviç çalışdıracaq.

Belə ki, assosiasiyanın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məqşçisi vəzifəsi serbiyalı mütəxəssisə həvalə olunub.

Pro kateqoriyasına malik Obradovi bunadək 2014-15-ci illərdə “Napredak”da (Krusevac, Serbiya), 2015-ci ildə “Zavrc”da (Sloveniya) köməkçi məşqçi, 2015-2017-ci illərdə “Koper” (Sloveniya) - baş məşqçi kimi çalışıb. 2017-ci ildə Serbiya U-19 və U-20, həmçinin U-17 yığmalarına rəhbərlik edən çalışdırıcı 2 həmin il əsas millidə köməkçi məşqçi təyin olunub. O, bu vəzifə ilə 2018-ci FIFA Dünya çempionatına da qatılıb. 42 yaşlı çalışdırıcının son iş yeri ölkəsinin yığmasında köməkçi məşqçi vəzifəsi olub.

Obradoviç futbolçu karyerasında Yuqoslaviyanın U-21 millisində 12, əsas yığmasında 8 oyun keçirib. Oyunçu 1998-2001-ci illərdə “Obiliç” (Belqrad, Serbiya), 2001-2003-cü illərdə “Lokomotiv” (Moskva, Rusiya), 2003-2004-cü illərdə “Borussiya” (Mönhenqladbax, Almaniya), 2004-2005-ci illərdə “Akratitos” (Afina, Yunanıstan), 2006-2013-cü illərdə “Metallist” (Xarkov, Ukrayna), 2013-2014-cü illərdə “Partizan” (Belqrad, Serbiya), 2014-cü ildə OFK-nın (Belgrad, Serbiya) şərəfini qoruyub.

“Lokomotiv”lə Rusiya çempionu və Superkubokun qalibi olan Obradoviç UEFA Çempionlar Liqasında 15, UEFA Avropa Liqasında 36 oyunda meydana çıxıb.


 
tarix: 11-01-2019 16:30


 
Xəbər lenti
27.05.2019

00:41   A Seriyasında mövsümə yekun vuruldu

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

26.05.2019

22:36  Super Liqada mövsümə yekun vuruldu

20:46  Azər Əliyev üçün son turda 32 dəqiqə

19:28  Səfirlik: “Mxitaryan 3 dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib”

19:18  Ayaz Quliyevin komandası Avropa Liqasında

18:17  Ramil Şeydayev darmadağına üzüldü

17:17  Emil Balayev oynadı, “Tobol” qalib gəldi

16:12  İsrafilov üçün 45 dəqiqə və 1 xal

15:36  Balotelli Fransa klubundan ayrıldı

14:39  TFF prezidentliyinə 5 namizəd

14:06  “Qalatasaray”da ilk ayrılıq - RƏSMİ

13:33  “Barselona” finalda belə uduzdu - VİDEO

13:02  Bakı finalı: milyardların mübarizəsi

12:30  “Bavariya” darmadağınla kubok qazandı - VİDEO

11:31  “Qalatasaray”dan Fatih Terimlə yeni müqavilə - RƏSMİ

11:20  Şotlandiya kubokunda 39 qat qalib

11:00  “Qəbələ” heyəti gəncləşdirir: Volkovdan başqa hamı yola salınacaq

10:28  Portuqaliya kubokunun qalibi bəlli oldu

09:30  Amit Quluzadə mövsümün son matçında da oynamadı

01:05  “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58  İspaniya kubokunu “Valensiya” qazandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az