(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Çatışmazlıqlar olsa da, bu, normal haldı”

“Çatışmazlıqlar olsa da, bu, normal haldı”

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Türkiyənin “Əskişəhərspor” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Yeni ilə qələbə ilə başladıq. Bu, yoxlama oyunu olsa da, qələbə motivasiya cəhətdən yaxşı oldu.

Son 10 gündəki fiziki hazırlıq məşqindən sonra düşünürdük ki, futbolçuların hər birinə bir hissə şans verək. Lakin oyunun ilk hissəsində temp bir qədər aşağı oldu. Buna görə, bəzi futbolçulara bir hissədən də bir qədər artıq şans vermək qərarına gəldik. İlk hissədən sonra 1-i qapıçı olmaqla, 5 futbolçunu dəyişdik. Bəzi oyunçulara 15 dəqiqə daha şans verdik ki, bir az daha çox məsafə qət etsinlər. Fiziki cəhətdən tam mən istədiyim kimi olmasa da, hərəkətlilik var idi. Texniki-taktiki cəhətdən çatışmazlıqlar var. Bu da, normal haldı. Çünki biz son 10 gündə ancaq fiziki hazırlıq üzərində məşq keçmişdik.

İlk hissədə temp aşağı idi. Lakin fasilədən sonra meydana çıxan futbolçular oyuna rəng qatdılar. Xüsusilə, Cavid İmamverdiyevin oyununu qeyd edərdim. Fürsətlərimiz olsa da, istifadə edə bilmədik. Növbəti məşqlərdə bunun üzərində çalışacağıq”.


 
tarix: 13-01-2019 00:27


 
Xəbər lenti
27.05.2019

00:41   A Seriyasında mövsümə yekun vuruldu

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

26.05.2019

22:36  Super Liqada mövsümə yekun vuruldu

20:46  Azər Əliyev üçün son turda 32 dəqiqə

19:28  Səfirlik: “Mxitaryan 3 dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib”

19:18  Ayaz Quliyevin komandası Avropa Liqasında

18:17  Ramil Şeydayev darmadağına üzüldü

17:17  Emil Balayev oynadı, “Tobol” qalib gəldi

16:12  İsrafilov üçün 45 dəqiqə və 1 xal

15:36  Balotelli Fransa klubundan ayrıldı

14:39  TFF prezidentliyinə 5 namizəd

14:06  “Qalatasaray”da ilk ayrılıq - RƏSMİ

13:33  “Barselona” finalda belə uduzdu - VİDEO

13:02  Bakı finalı: milyardların mübarizəsi

12:30  “Bavariya” darmadağınla kubok qazandı - VİDEO

11:31  “Qalatasaray”dan Fatih Terimlə yeni müqavilə - RƏSMİ

11:20  Şotlandiya kubokunda 39 qat qalib

11:00  “Qəbələ” heyəti gəncləşdirir: Volkovdan başqa hamı yola salınacaq

10:28  Portuqaliya kubokunun qalibi bəlli oldu

09:30  Amit Quluzadə mövsümün son matçında da oynamadı

01:05  “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58  İspaniya kubokunu “Valensiya” qazandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az