(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
"Keşlə" "bazar"ı - Keşlə bazarı

"Keşlə" "bazar"ı - Keşlə bazarı

Zaur Axundovun "Keşlə”nin Müşahidə Şurasının sədri vəzifəsini tutacağını eşidəndə yəqin, çoxları yeni təyinatın vəziyyəti yaxşı doğru dəyişməyəcəyinə əmin idi.
 
Adamın sovetdənqalma psixologiyaya sadiq köhnə rəhbər olduğunu bilənlər futzaldan böyük futbola qədəm basan idarəçinin məharəti yox, şəxsi əlaqələri hesabına Bakı təmsilçisinə nəzarəti ələ keçirdiyini dərhal anlamışdı.

Axundovun Yuri Maksimovun ardından Mladen Milinkoviçi Bakı təmsilçisinə gətirməsi, bu iki əcnəbi dönəmində yaranan klubdaxili çəkişmələr haqda yenidən ətraflı təhlillər yazmağa ehtiyac yoxdu. Ölkə kubokundakı məlum nailiyyətin ardından Avroliqanın ilkin təsnifat mərhələsində Malta "Baltsan”ından alınan rüsvayçı səfər yenilgisi (1:4) ölkə futbolunun tarixinə qara yumor kimi düşdü. Həmin vaxt yenilgini təsadüf sayanlar bir həftə sonra Bakıda məğlubiyyətə bərabər 2:1 hesablı qələbə ilə təskinlik tapmadı. Beynəlxalq Bankın sabiq başqanının - "İnter”də xalqdan oğurladığı çirkli pullarını yuyan Cahangir Hacıyevin devrilməsinin ardından onurğası sınan bakılıların "cırtdanlar”dan betər vəziyyətə düşdüyü rəsmən isbatlandı.

Şübhəsiz, Maksimov yerli "məşqçi sexi”nin sıravilərindən geri qalan çalışdırıcı deyildi. Əvvəl təkhakimiyyətlilik uğrunda mübarizədə AFFA-nın klubdakı "qulağını” - Rəmiş Malıyevi qismən zərərsizləşdirən, zamanla səlahiyyətlərini bir qədər də "rəndələyən” Axundov ona dırnağarası haqq yolunu göstərdi. Bir qədər güc toplayıb Yuri xocaya da kimin xacə, kimin xan olduğunu başa saldı. İstədiyi oyunçuları almadı, "ya mən seçdiklərimlə oyna, ya da şələ-şüləni götür, get” dedi. Başqa cür ola da bilməzdi. Ukrayna futbolunun "şinelindən çıxmış” mütəxəssis oyun içində oyun qaydalarına uyğun piyada deyildi.
Kolxoz sədrlərisayağı fırıldaqlara daha tez uyğunlaşan Milinkoviçin isə "yuxarılar”ın yanında başqanın dilini uzun edəcək nəticələr qazana bilməməsi arzuolunmaz sürprizlərə şərait yarada bilərdi. Sədr əlli tərpəndi, necə deyərlər, arifləri bir işarədən anlayan Tərlan Əhmədovaqucaq açdı.

"Neftçi”də baş məşqçilik etdiyi vaxtlarda adı danışılmış oyunlarla yanaşı hallanan, futbolçulardan faiz aldığı haqda söz-söhbətlər gəzən çalışdırıcı "Keşlə”yə "yerləşdirildi”, yaşıl meydanlarla ötən il vidalaşan Rəşad Sadiqov köməkçi-məşqçi qismində işə götürüldü, Hacı Tərlanın peşə sirlərini çoxdan mənimsəmiş bir neçə sadiq "mürid” də "ASK Arena”nın tribunalarında göründü... Məntiqlə, "arzuların komandası” quruldu.
Artıq 7-8 futbolçuya qapını göstərən hacının yaratdığı hərəkətliliyi ciddi uğurun müjdəçisi sayaqmı? Əsla! Özünün də söylədiyikimi, kimin mömin, kimin kafir olduğunu müəyyənləşdirmək Allaha məxsusdu. Biz də imanımızı yandırıb, peşəkarlığımızı yazının oxunma sayına qurban verib məbləğləri, tutulan "otkat” siyahısını aşkarlamağa can atmayacağıq.

Amma bulaq kimi qaynayan informasiyalara dəyər verməmək, vəziyyətin nə yerdə olduğunu anlamamaq da özünə və bilgisayarının klaviaturasına hörmət edən media mənsublarına yaraşmaz. Əhmədovun vaxtında "Neftçi”yə keçən, qısa zaman kəsiyində rəhmətlik Böyükağa Hacıyevin təbirincə "papaq” adını haqq etdiyi aşkarlanan legionerlər hanı? Onlar yaxşı futbolçuydularsa, sadəcə, "Neftçi”də özlərini göstərmək imkanı qazanmamışdılarsa, niyə Tərlan bəy həmin legionerləri "Keşlə”yə səsləmir? Səbəb sadədi: bulaşıq qaşıqla yemək olmaz! İndi yeni səhifədi, yeni abzasdı, yeni gəlhagəldi, yeni bazardı. Dəyişən adlardı, dəyişməyən köhnə nırxdı. "Şah”a - Axundova da sərfəlidi, Əhmədov - "sərkərdə”yə də.

"Keşlə”dən göndərilənlərin yerinə onlardan bir baş üstün oyunçular təbii ki, gəlməyəcək. Yola salınan əcnəbilərdən səs çıxmayıbsa, deməli, könüllərini almadan yolları ayırmayıblar. Yerlilər isə susmur. Biri dostuna şikayətlənir, o biri mətbuatdakı tanışlarına gizli məlumatlar ötürür, bəziləri isə bazar ab-havasına biganə qalmadan sözünü açıq deyir.

Bu qış "torbası tikilən” qapıçının - Orxan Sadıqlının fikirlərinə diqqət yetirək: "Keşlə"də bəzi məşqçilər var, adlarını mömin qoyublar, ancaq futbolçunun puluna qarışırlar. "Keşlə" ilə müqaviləni xitam etməyə ona görə razılaşdım ki, məşqçi əgər məvacibimə qarışırsa, oynamaqdansa, elə futbolsuz qalsam, yaxşıdı".

Oyunçu da insandı, yalan danışa bilər. Ancaq bu boyda yalanı heç evli kişi saxladığı qadına da söyləməz. Sadıqlı gördüyünü, bildiyini, özünün və ya komanda yoldaşlarının hansınınsa başına gələni deyir.
 
Hər şeyi "malalayan”, səxavətli futbolçu kimi ad çıxaran Vaqif Cavadov da qeyri-peşəkar münasibətlərdən narazıdı. Haqqını tələb edib: "Klubdan mənə baş məşqçinin planlarına daxil olmadığımla bağlı məlumat verilib. Öz qərarlarıdı, hörmətlə yanaşıram. Onların mövqeyi və şərti olduğu kimi, mənim də haqlı olaraq öz şərtlərim var. Və həmin şərtləri diqqətə çatdırmışam. Lazım deyiləmsə, dediklərimə əməl etsinlər, ondan sonra sənədimi götürüb gedərəm. "Keşlə”dən cavab gözləyirəm”.
 
Fanat.Az

 
tarix: 13-01-2019 11:51


 
Xəbər lenti
20.04.2019

19:14   Nazarovsuz heç-heçə

18:32   Dadaşovun komandasına 1 qol bəs etdi

16:57   Balayevin komandasından ilk xal itkisi

14:34   Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24   Əzizovun komandasından daha bir qələbə

12:57   AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34   Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29   Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14   Son oyunda turun rekordu

12:07   Bordinsiz qələbə

11:59   “Real” onu itirdi

11:32   Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07   Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15   İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11   “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az